Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşaq kitabxanasi



Yüklə 288,76 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix06.05.2018
ölçüsü288,76 Kb.
#42786
1   ...   4   5   6   7   8   9   10   11   12

24 

 

mövzularla yanaşı, məktəb proqramına kömək məqsədi də daşıyır. 



Proqramın hazırlanmasında baxça və məktəb müəllimlərinin fikirləri, 

tövsiyələri də nəzərə alınır. Bu da təkcə uşaqların deyil, kitabxanaçıların da 

uşaqlar üçün kitab seçməsində böyük rol oynayır.  

   Kitabxanaçılar yalnız uşaqları maarifləndirməklə kifayətlənməməli, 

eyni zamanda baxça müəllimləri ilə də söhbət aparmalı, kitabxana 

haqqında onları da məlumatlandırmalıdırlar. Söhbət zamanı onlar azyaşlılar 

üçün  hansı kitabların kitabxanada mövcudluğundan bəhs etməli, hansı 

kitabların uşaqlar üçün daha məqsədəuyğun olduğunu xüsusilə qeyd 

etməlidirlər.  

   Məktəbəqədər uşaqlarda, daha çox oxumağı bacarmayan uşaqlarda 

oxu vərdişlərini yaratmaq məqsədilə səhərciklər və ucadan oxuların 

keçirilməsi məqsədəuyğundur. Ucadan oxu üçün seçilən nağıl maraqlı və 

qısa olmalıdır ki, uşaqlarda fikir çaşqınlığı yaranmasın. Ucadan oxu üçün 

kitabxanaçı tərəfindən seçilən maraqlı nağıllar, hekayələr, şeirlər ibrətamiz 

və tərbiyəvi olmalıdır. Ucadan oxunun maraqlı təşkil olunması azyaşlılarda 

mütaliəyə həvəs yaradar, onların tez bir zamanda əlifbanı öyrənmək, kitab 

oxumaq istəyini də artırır. Bu məqsədlə kitabxanalarda kiçik həcmli 

nümunələrin ucadan oxusunu keçirmək yaxşı olar. Xüsusilə ucadan oxu 

“Nağıl otağı”nda keçiriləndə bu balacalar üçün daha maraqlı olur. Belə ki, 

onlar diskli nağılların köməyi ilə kitablarda şəkillərə baxır, aktyor ifasında 

səslənən nağılı dinləyir. Ucadan oxu zamanı oyuncaq kitablardan, pazl-

kitablardan da istifadə etmək olar. Məsələn: “Keçəlin nağılı” pazl kitabından 

nağılı oxuyandan sonra uşaqlar həmin kitabın pazllarını özləri sərbəst 

şəkildə qura bilirlər. Bu da onlarda məntiqi qabilliyətin, düşüncənin inkişaf 

etməsində böyük rol oynanır.  



25 

 

 



 

 

 



 

 

 



 

Uşaqların diqqətini cəlb etmək kitabxanaçıdan əsl aktyor bacarığı tələb 

edir. Belə ki, o oxuduğu nağlların və hekayələrin qəhrəmanlarının keçirdiyi 

hiss və həyəcanı müxtəlif səs tonları, hərəkətləri və intonasiya ilə balaca 

oxuculara çatdırmaqla mütaliə olunan kitaba daha çox maraq yaratmış olur.   

  İstər azyaşlı məktəblilər, istərsə də baxça uşaqları üçün səhərciklərin 

keçirilməsi uşaqların mütaliəyə həvəsini artırır. İbtidai sinif şagirdləri, eyni 

zamanda baxça uşaqları ilə “Turp”, “Cırtdan”, “Şir və siçan”, “Cik-Cik 

xanım”, “Xoruz” və digər nağılların səhərciklərini hazırlamaq olar.  

Məktəb şagirdlərinə mütaliə vərdişləri aşılanarkən onlara göstərilən 

qayğı baxça uşaqlarına olan qayğıdan tamamilə fərqlənməlidir. Məktəb 

şagirdləri arasında mütaliəni uşaqlara sevdirmək məqsədilə kitabxana 

işçilərinin məktəblərdə uşaqlarla, müəllimlərlə və valideynlərlə iş aparması 

olduqca mühüm bir amildir. Belə ki, uşaqlara hətta kitabxananın yerləşdiyi 

ünvan, məktəbin yerləşdiyi ərazidən oraya necə getməyin yolları belə izah 

olunmalıdır. Kitabxanaçılar təkcə şagirdləri maarifləndirməklə 

kifayətlənməməli, eyni zamanda valideynlərlə və müəllimlərlə də iş 

aparmalıdırlar. Məktəb şagirdlərini kitabxanalara cəlb etməyin əsas 

yollarından biri də onların valideynləri ilə söhbət aparmaqdan asılıdır. 

Kitabxanaçıların məktəblərdə və baxçalarda valideynlərlə görüş təşkil 

etməsi yaxşı nəticələr doğurur. Görüş zamanı kitabxanaya yeni daxil olan 

ədəbiyyatdan, uşaqların düzgün yetişməsi üçün mütaliənin onların 




26 

 

həyatında oynadığı roldan söhbət açılmalı, onlara kitabxananın bələdçisini, 



vizit kartını vermək məsləhətdir. 

Kitabxananın abonement şöbəsində maraqlı, fərqli kitab sərgiləri təşkil 

etmək olar: “Kitabxanaçının tövsiyə etdiyi kitabları oxuyun” və s.  

Hər bir kitab rəfində düzülmüş kitabların altında kitabxanaçı öz adını, 

soyadını yazır. Tövsiyə olunan kitabların içində anket forması qoyulur ki, 

anketin yalnız iki bəndi oxucu tərəfindən doldurulur: kitab haqqında fikir və 

mülahizələrin və kitabı öz dostuna oxumağı məsləhət görərsənmi? Sərgi 

rəflərindən kitab seçib götürən oxucular mütaliə etdikləri kitabla bağlı artıq 

özlərinə həmsöhbət tapmaqla yanaşı, həmçinin ona kitabı tövsiyə edən 

kitabxanaçı ilə fikir mübadiləsi edir, rəylərini bildirir. Belə kitab sərgilərinin 

də kitabxanaya oxucu cəlbində çox böyük köməyi olur.  

Kitabxana imicinin artmasında, kitaba və kitabxanaya marağın artması 

ilə əlaqədar aşagıdakı təkliflərimizi edirik: 

1.Məktəblərdə kitabxana dərslərinə ayrıca saat ayrılsın və müəllimlər 

bu dərsi məhz kitabxanada keçsinlər 

2. Uşaq ədəbiyyatı portalı yaradılsın 

3. Müasir dünya uşaq ədəbiyyatı nümunələrinin tərcüməsi, nəşri 

4. MKS-in uşaq şöbələrində ailəvi abonement işi inkişaf etdirilsin 

5. Oxucular arasında vətənpərvərlik, hüquq, ekoloji və s. tərbiyələr 

üzrə sosioloji sorğular aparılsın  

5. Regionlarda kitabxanalar yay mövsümündə turizm istirahət zonaları 

ilə müqavilə bağlasınlar, orada səyyar kitabxana təşkil etsinlər 

6. Çay evlərində, marketlərin kafeteriyalarında balaca bir kitab dolabı 

qoymaq.  Eləcə də onlar arasında sorğu keçirmək olar ki, hansı kitabı 

oxumaq istəyirlər və s.  

7. Radionun səhər verilişlərindən birində kitablarla bağlı oyun keçirilsə 

mütaliə mədəniyyətinin yüksəlməsinə səbəb olar. 



27 

 

Bütün bunlar bir daha kitab, kitabxana, kitabxanaçı imicinin artmasına 



xidmət edər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 288,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə