Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ittifaqın  müxtəlif  şəhərlərində  yaradıcılıq  ezamiyyətində 
olmuşlar. 
 
Muxtariyyətin  ilk  illərində  yaradılan  “Qızıl  qələmlər” 
cəmiyyətində  birləşən  gənc  yazıçı  və  şairlər  Əyyub  Abbasov, 
Məmmədhüseyn  Təhmasib,  Müzəffər  Nəsirli,  Hüseyn  Əzim, 
Məmmədəli  Tarverdiyev,  Əvəz  Sadıq,  Nağı  Nağıyev,  Məmməd 
Əkbər  və  başqalarının  ilk  qələm  təcrübələri  bu  dövrdə  “Şərq 
qapısı”  qəzetində  müntəzəm  çap  edilirdi.  Xalq  yazıçıları  Mirzə 
İbrahimov,  Əli  Vəliyev,  Süleyman  Rəhimov  və  başqalarının  bu 
illərdə  Naxçıvanda  yaşayıb-yaratması  ədəbiyyat  və  incəsənətin 
inkişafına  öz  töhfəsini  vermişdir.  1958-ci  ildə  bu  cəmiyyət 
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir. 
 
Naxçıvanda  ilk  muzey  1924-cü  ildə  tarix-etnoqrafiya 
muzeyi  kimi  təşkil  olunmuşdur.  Naxçıvan  şəhər  sakinləri 
Balabəy  Əlibəyov,  Mirbağır  Mirheydərzadə  və  başqa  ziyalılar 
qədim  diyarımızda  muzey  yaradılması  işinin  ilk  təşkilatçıları 
olmuşlar.  1932-ci  ildə  Naxçıvan  tarix  və  ölkəşünaslıq  muzeyinə 
çevrilən bu  mədəniyyət  müəssisəsi yenidən qurulmuşdur. Muzey 
müəyyən  illərdə  Bəhruz  Kəngərlinin  adını  daşımışdır.  Keçən 
əsrin  60-cı  illərin  sonundan  isə  Dövlət  Tarix  Muzeyi  kimi 
fəaliyyət  göstərir.  1966-cı  ilə  qədər  bu  muzey  Naxçıvan  Muxtar 
Respublikasında yeganə muzey kimi fəaliyyət göstərmiş, 1967-ci 
il  iyunun  12-də  Naxçıvan  şəhərində  ədəbiyyat  muzeyi 
yaradılmışdır. 
 
Muxtariyyətin  yaranması  kitabxana  işinə,  kitabxana 
şəbəkələrinin  formalaşmasına  da  öz  təsirini  göstərmişdir.  Geniş 
kitabxana 
şəbəkələrinin 
yaradılmasına 
məhz 
bu 
illərdə 
başlanılmışdır.  Hələ  1922-ci  ildə  Xalq  Maarif  Komissarlığı 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tərəfindən  təsis  edilən  Naxçıvan  şəhər  kitabxanasının  bazasında 
1930-cu  ildə  Naxçıvan  Respublika  Kitabxanası  yaradılmışdır. 
1933-cü  ildə  muxtar  respublika  kitabxanasının  yanında  qiraət 
salonu  təşkil  edilmişdi.  Kitabxanaya  Naxçıvan  şəhəri  ilə  bərabər 
ətraf  kəndlərdən  də  oxucular  gəlirdilər.  1953-cü  ildə  Naxçıvan 
Muxtar Respublika Kitabxanasına görkəmli yazıçı Məmməd Səid 
Ordubadinin  adı  verilmişdir.  1960-cı  ildə  kitabxana  hazırda 
fəaliyyət  göstərdiyi  binaya  köçürülmüşdür.  1935-1965-ci  illərdə 
muxtar  respublika  kitabxanası  nəzdində  uşaq  kitabxanası  şöbəsi 
də  fəaliyyət  göstərmişdir.  Bu  şöbənin  bazasında  1965-ci  il 
yanvarın  1-də  muxtar  respublika  uşaq  kitabxanası  yaradılmış, 
1978-ci  ildə  isə  kitabxanaya  görkəmli  şair  Adil  Babayevin  adı 
verilmişdir. 
 
1924-1940-cı  illər arasında kitabxana, klub və  mədəniyyət 
evlərinin  geniş  şəbəkələrini  yaratmaq  sahəsində  aparılan  işlər 
nəticəsini  vermiş,  1940-cı  ildə  kitabxanaların  sayı  73,  klub 
müəssisələrinin sayı 105 olmuşdur. 
 
Ötən  dövrdə  muxtar  respublikada  xalça  sənətini,  xalq 
rəqslərini,  folklorumuzu  yaşatmaq  üçün  bir  sıra  işlər  həyata 
keçirmişdir.  Şərur  yallı  kollektivinin  bu  illərdəki  fəaliyyəti  diq-
qəti  xüsusilə  cəlb  edir.  1929-cu  ildə  yaradılan  kollektiv  1936-cı 
ildə  böyük  səhnəyə  qədəm  qoymuşdur.  1938-ci  ildə  yallı 
kollektivi  Moskvada  keçirilən  Azərbaycan  ədəbiyyatı  və 
incəsənəti  ongünlüyündə  iştirak  etmişdir.  Bu,  kollektivin 
Vətəndən  uzaqlarda  ilk  uğurlu  çıxışı  kimi  diqqəti  cəlb  edir. 
Sonrakı  illərdə,  yəni  1970-ci  ildən  sonra  isə  kollektivin  xarici 
ölkələrə  səfərləri  daha  intensiv  olmuş,  Moskva  şəhərində,  xarici 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ölkələrdə  təşkil  olunmuş  festival  və  şənliklərdə  uğurla  çıxış 
etmişdir. 
 
Müharibə  illərində  muxtar  respublikanın  mədəniyyət  və 
incəsənət 
işçiləri 
xalqın 
milli 
və 
mənəvi 
dünyasını 
zənginləşdirmək  üçün  öz  fəaliyyətlərini  daha  fəal  davam 
etdirmişlər. Teatr, musiqi kollektivləri xalqımızda ruh yüksəkliyi 
yaratmaq  üçün  daim  maraqlı  tamaşalar,  konsert  proqramları 
hazırlamışlar.  1949-cu  ilə  qədər  fəaliyyətini  davam  etdirən 
Ordubad Dövlət Dram Teatrı da bu tədbirlərdə fəal iştirak etmiş, 
vətənpərvərlik ruhunda tamaşalar hazırlamışdır. Bu illərdə ölkədə 
teatrların təsərrüfat  hesablı olaraq  fəaliyyət göstərməsi bu teatrın 
bağlanmasına səbəb olmuş, 1964-cü ildə isə rayonda Kazım Ziya 
adına xalq teatrı fəaliyyətə başlamışdır. 
 
1940-1950-ci  illər  arasında  Naxçıvanda  musiqi  mədəniy-
yətində  bir  canlanma  hiss  olunmuşdur.  Naxçıvanda  fəaliyyət 
göstərən  tibb  məktəbində,  müəllimlər  evində  yeni  musiqi 
kollektivləri, orkestrlər yaradılmışdır. 1949-cu ildə məşhur tarzən 
Hacı  Məmmədovun  Naxçıvanda  yaşayıb-yaratması,  tanınmış 
bəstəkar Ağasi Məşədibəyovun Naxçıvana dəvət edilməsi musiqi 
sahəsində  səviyyəli  kadrların  yetişməsinə  öz  bəhrəsini  vermişdi. 
Hacı  Məmmədovun  rəhbərlik  etdiyi  xalq  çalğı  alətləri  ansamblı 
ilk peşəkar ansambl kimi diqqəti cəlb edirdi. 
 
1955-ci ildə Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində 
xalq  çalğı  alətləri  ansamblı  yaradılmış  və  1959-cu  ildə  isə          
30  nəfərdən  ibarət  dövlət  konsert  briqadası  təşkil  olunmuşdur. 
1963-cü  ildə  bu  musiqi  kollektivinə  Naxçıvan  Dövlət  “Araz” 
Mahnı və Rəqs Ansamblı adı verilmişdir.  


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə