8
- elmi hissənin elmi və elm-istehsalat bölmələrində fəal tədris işlərinin müxtəlif
formalarından – diplom və kurs işi layihələrindən, tədris və istehsalat təcrübəsindən, tədris
prosesində elmi avadanlıqlardan və hesablama texnikasından, tədqiqat və ölçmənin müasir
üsullarından, avtomatlaşdırılmış məlumat banklarından və s. istifadə edilməsi;
- elmi tədqiqatların nəticəsində yaradılmış tədrisin yeni texniki vasitələrinin (laboratoriya
qurğuları, mühazirə kursları, kompüter tədris vasitələri və praktikumlar, stend və trenaj
qurğuları) tədris prosesində tətbiq edilməsi;
- tədris prosesi ilə əlaqədar tələbələrin elmi və texniki yaradıcılığının müxtəlif formalarını
inkişaf etdirilməsi üzrə yaradılmış Şuralarla birlikdə elmi, metodik və təşkilat işlərinin
aparılması;
- tədrisdən kənar vaxtlarda konstruktor və layihə bürolarında, elm-istehsalat dəstələrində,
təhsil alan gənclərin elmi-texniki mərkəzlərində işlərin aparılması.
7.2. Tələbə elmi, layihə, konstruktor büro və mərkəzləri ali məktəblərin elmi hissəsinin
tərkibində yaradılır.
8. Təcrübə-istehsalat bazasının inkişaf etdirilməsi
8.1. Elmi-tədqiqatlarda ali məktəbin eksperimental və istahsalat bazasından səmərəli
istifadə edilməsi üçün nadir və bahalı elmi avadanlıqdan, hesablama texnikasından müxtəlif
formalarda kollektiv istifadə olunur. Burada, aliməktəblərarası, idarələrarası kooperasiya və
ixtisaslaşmadan istifadə olunur, elmi tədqiqatlara xidmət məqsədilə ali məktəblər sistemində
yüksək səmərəli texnologiyaların və rəqabətə davamlı yeni texnikanın yaradılması üçün
mərkəzlər və elmi-texnoloji parklar qaradılır.
8.2. Ali məktəblər nəzdində nadir cihazların, informatika vasitələrinin və başqa
avadanlıqların yaradılması məqsədilə elmtutumlu kiçik müəssisələr və istehsalatlar (o cümlədən
ali məktəblər əsasında) təşkil edilə bilər.
8.3. Elmi müəssisələrin, konstruktor və texnoloji təşkilatların və s. tikintisi, yenidən
qurulması və texniki təchizatı mərkəzləşmiş kapital qoyuluşuna müvafiq həyata keçirilir. Onlar
həmçinin elmi-texniki və valyuta fondlarından, xalq təsərrüfatı sahələrindən eksperimental,
istehsalat və sosial bazaya ayrılan vəsaitlər hesabına həyata keçirilir.
9. Beynəlxalq elmi əməkdaşlıq və xarici iqtisadi fəaliyyət
9.1. Ali məktəblər xarici ölkələrin təhsil müəssisələri və təşkilatları ilə elmi-texniki
əməkdaşlığı müqavilələr əsasında həyata keçirir.
9.2. Beynəlxalq elmi-texniki əməkdaşlıq və xarici-iqtisadi fəaliyyət aşağıdakı məsələləri
əhatə edir:
- elm və texnikanın üstün istiqamətlərinin inkişaf etdirilməsi sahəsində texniki layihələrin
xarici ali məktəblər, elmi təşkilatlar ilə birgə işlənməsi;
- kommersiya əsasında yüksək səmərəli elmi-texniki məhsulların işlənməsi və
hazırlanması;
- birgə tədqiqat aparmaq və elmi problemləri dərindən öyrənmək məqsədilə ali məktəb
alimlərinin xaricdə təcrübə keçməsi;
- müştərək elmi, elmi-texniki laboratoriyaların və müəssisələrin yaradılması, bunların
əsasında elmi-texniki məhsulların hazırlanması və müqavilə əsasında elm-istehsalat
xidmətlərinin göstərilməsi;
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəticəsində yaradılan elmtutumlu, aztonnajlı,
xırdaseriyalı elmi-texniki məhsulların və proqram vasitələrinin xarici ölkələrdə qəbul edilmiş
qaydalar əsasında satılması;
- qəbul olunmuş qaydalar üzrə lisenziyaların və “noyxay”ların satılması, elmi-texniki
məhsulların qarşılıqlı satışı, hesablama texnikasının, ölçü sistemlərinin dəzgah və texnoloji
avadanlıqların icarəyə verilməsi və alınması;
- nadir elmi avadanlıq, cihaz və materialların alınması, marketinq keçirilməsi, sorğu və
digər xidmətlərinin göstərilməsi.
9
10. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı
10.1. Qüvvədə olan texniki-normativ sənədlərə uyğun olaraq ali məktəblərdə aparılan
elmi-tədqiqat işləri mövcud qaydada dövlət qeydiyyatından keçməlidir.
Elmi-tədqiqat işlərinə göstərilən xidmətlər, elmin istehsalata tətbiqi, həmçinin ali
məktəblər və nazirliklərarası kooperasiya ilə bağlı xidmətlər isə dövlət qeydiyyatından keçmirlər.
10.2. Yerinə yetirilən işlər haqqındakı son hesabat aparılan tədqiqatların metroloji və
patent nöqteyi nəzərindən işlənməsinin nəticələrini, onların tətbiqi zamanı texniki, iqtisadi və
sosial səmərəliliyini qiymətləndirməyə imkan verəcək hesablamaların nəticələrini özündə əks
etdirməlidir.
Hesabatın mətni, illüstrasiyalar və başqa materiallar müəyyən olunmuş qaydada
müəlliflər tərəfindən çap işlərində (məqalə, monoqrafiya, dərslik və s.), həmçinin
dissertasiyalarda istifadə oluna bilər. Belə hallarda müəllif mətnlərinin bu materiallarla üst-üstə
düşməsi mümkündür.
10.3. Təcrübə-konstruktor və texnoloji işlər aparılarkən, iş sənədləri, təcrübə nümunələri,
maketlər, texnoloji reqlamentlər və s. qüvvədə olan normativ texniki sənədlərə uyğun olaraq
sifarişçiyə verilə bilər.
10.4. Başa çatmış mərhələlərin və bütövlükdə elmi işin alınmış nəticələri, işin təhvil
verilmə aktları sifarişçilərin (müqabil tərəflərin) və ya baş təşkilatın nümayəndələrinin, yaxın
profilli elmi təşkilatların, başqa kafedraların nümayəndələrinin iştirakı ilə kafedranın (şöbənin,
laboratoriyanın) iclasında müzakirə olunmalıdır.
Başa çatmış təsərrüfat hesablı tədqiqatların qəbul qaydası sifarişçi ilə birlikdə müəyyən
edilir. Təsərrüfat müqaviləsi ali məktəb tərəfindən qəbul olunmuş və təsdiq edilmiş son sənədlər
olduqda yerinə yetirilmiş hesab olunur.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən ən mühüm işlərin nəticələrinin qəbulu üçün ali
məktəblərin tabe olduğu nazirliyin ekspert, problem və baş idarələrinin komissiyası yaradıla
bilər.
Respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə, sahələrarası xarakterli
dövlət məqsədli elmi-texniki proqramlara uyğun olan elmi-tədqiqat işlərinin yerinə
yetirilməsinin qəbulu, müəyyən olunmuş qaydada yaradılan dövlət və ya sahələrarası
komissiyalar tərəfindən aparılmalıdır.
10.5. Elmi-tədqiqat işlərinin nəticələri hər il ali məktəbin Elmi Şurasında müzakirə
edilməlidir.
Ali məktəb, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqda tabe olduğu nazirliyə
(idarəyə), bu nazirlik tərəfindən müəyyən edilmiş qaydada uyğun formada və müddətdə hesabat
təqdim etməlidir.
10.6. Ali məktəblər elmi-tədqiqat işlərinin hesabatlarının müəyyən edilmiş qaydada,
vaxtında təqdim edilməsini və dəqiqliyini təmin edirlər.