Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

-  elmi  hissənin  elmi  və  elm-istehsalat  bölmələrində  fəal  tədris  işlərinin  müxtəlif 



formalarından  –  diplom  və  kurs  işi  layihələrindən,  tədris  və  istehsalat  təcrübəsindən,  tədris 

prosesində  elmi  avadanlıqlardan  və  hesablama  texnikasından,  tədqiqat  və  ölçmənin  müasir 

üsullarından, avtomatlaşdırılmış məlumat banklarından və s. istifadə edilməsi; 

- elmi tədqiqatların nəticəsində yaradılmış tədrisin yeni texniki vasitələrinin (laboratoriya 

qurğuları,  mühazirə  kursları,  kompüter  tədris  vasitələri  və  praktikumlar,  stend  və  trenaj 

qurğuları) tədris prosesində tətbiq edilməsi; 

- tədris prosesi ilə əlaqədar tələbələrin elmi və texniki yaradıcılığının müxtəlif formalarını 

inkişaf  etdirilməsi  üzrə  yaradılmış  Şuralarla  birlikdə  elmi,  metodik  və  təşkilat  işlərinin 

aparılması; 

- tədrisdən kənar vaxtlarda konstruktor və layihə bürolarında, elm-istehsalat dəstələrində, 

təhsil alan gənclərin elmi-texniki mərkəzlərində işlərin aparılması. 

7.2.  Tələbə  elmi,  layihə,  konstruktor  büro  və  mərkəzləri  ali  məktəblərin  elmi  hissəsinin 

tərkibində yaradılır. 

 

8. Təcrübə-istehsalat bazasının inkişaf etdirilməsi 

8.1.  Elmi-tədqiqatlarda  ali  məktəbin  eksperimental  və  istahsalat  bazasından  səmərəli 

istifadə  edilməsi  üçün    nadir  və  bahalı  elmi  avadanlıqdan,  hesablama  texnikasından  müxtəlif 

formalarda  kollektiv  istifadə  olunur.  Burada,  aliməktəblərarası,  idarələrarası  kooperasiya  və 

ixtisaslaşmadan  istifadə  olunur,  elmi  tədqiqatlara  xidmət  məqsədilə  ali  məktəblər  sistemində 

yüksək  səmərəli  texnologiyaların  və  rəqabətə  davamlı  yeni  texnikanın  yaradılması  üçün 

mərkəzlər və elmi-texnoloji parklar qaradılır. 

8.2.  Ali  məktəblər  nəzdində  nadir  cihazların,  informatika  vasitələrinin  və  başqa 

avadanlıqların  yaradılması  məqsədilə elmtutumlu kiçik  müəssisələr  və istehsalatlar (o cümlədən 

ali məktəblər əsasında) təşkil edilə bilər. 

8.3.      Elmi  müəssisələrin,  konstruktor  və  texnoloji  təşkilatların  və  s.  tikintisi,  yenidən 

qurulması  və  texniki  təchizatı  mərkəzləşmiş  kapital  qoyuluşuna  müvafiq  həyata  keçirilir.  Onlar 

həmçinin  elmi-texniki  və  valyuta  fondlarından,  xalq  təsərrüfatı  sahələrindən  eksperimental, 

istehsalat və sosial bazaya ayrılan vəsaitlər hesabına həyata keçirilir. 

 

9. Beynəlxalq elmi əməkdaşlıq və xarici iqtisadi fəaliyyət 

9.1.  Ali  məktəblər  xarici  ölkələrin  təhsil  müəssisələri  və  təşkilatları  ilə  elmi-texniki 

əməkdaşlığı müqavilələr əsasında həyata keçirir. 

9.2.  Beynəlxalq  elmi-texniki əməkdaşlıq və  xarici-iqtisadi  fəaliyyət  aşağıdakı  məsələləri 

əhatə edir: 

- elm və texnikanın üstün istiqamətlərinin inkişaf etdirilməsi sahəsində texniki layihələrin 

xarici ali məktəblər, elmi təşkilatlar ilə birgə işlənməsi; 

-  kommersiya  əsasında  yüksək  səmərəli  elmi-texniki  məhsulların  işlənməsi  və 

hazırlanması; 

-  birgə  tədqiqat  aparmaq  və  elmi  problemləri  dərindən  öyrənmək  məqsədilə  ali  məktəb 

alimlərinin xaricdə təcrübə keçməsi; 

-  müştərək  elmi,  elmi-texniki  laboratoriyaların  və  müəssisələrin  yaradılması,  bunların 

əsasında  elmi-texniki  məhsulların  hazırlanması  və  müqavilə  əsasında  elm-istehsalat 

xidmətlərinin göstərilməsi; 

-  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsi  nəticəsində  yaradılan  elmtutumlu,  aztonnajlı, 

xırdaseriyalı  elmi-texniki  məhsulların  və  proqram    vasitələrinin  xarici  ölkələrdə  qəbul  edilmiş 

qaydalar əsasında satılması; 

-  qəbul  olunmuş  qaydalar  üzrə  lisenziyaların  və  “noyxay”ların  satılması,  elmi-texniki 

məhsulların  qarşılıqlı  satışı,  hesablama  texnikasının,  ölçü  sistemlərinin  dəzgah  və  texnoloji 

avadanlıqların icarəyə verilməsi və alınması; 

- nadir elmi  avadanlıq,  cihaz və  materialların  alınması,  marketinq keçirilməsi, sorğu  və 

digər xidmətlərinin göstərilməsi. 



 

 



10. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı 

  

10.1.  Qüvvədə  olan  texniki-normativ  sənədlərə  uyğun  olaraq  ali  məktəblərdə  aparılan 



elmi-tədqiqat işləri mövcud qaydada dövlət qeydiyyatından keçməlidir. 

Elmi-tədqiqat  işlərinə  göstərilən  xidmətlər,  elmin  istehsalata  tətbiqi,  həmçinin  ali 

məktəblər və nazirliklərarası kooperasiya ilə bağlı xidmətlər isə dövlət qeydiyyatından keçmirlər. 

10.2.  Yerinə  yetirilən  işlər  haqqındakı  son  hesabat  aparılan  tədqiqatların  metroloji  və 

patent  nöqteyi  nəzərindən  işlənməsinin  nəticələrini,  onların  tətbiqi  zamanı  texniki,  iqtisadi  və 

sosial  səmərəliliyini  qiymətləndirməyə  imkan  verəcək  hesablamaların  nəticələrini  özündə  əks 

etdirməlidir. 

Hesabatın  mətni,  illüstrasiyalar  və  başqa  materiallar  müəyyən  olunmuş  qaydada 

müəlliflər  tərəfindən  çap  işlərində  (məqalə,  monoqrafiya,  dərslik  və  s.),  həmçinin 

dissertasiyalarda  istifadə  oluna  bilər.  Belə  hallarda  müəllif  mətnlərinin  bu  materiallarla  üst-üstə 

düşməsi mümkündür.  

10.3. Təcrübə-konstruktor və texnoloji işlər aparılarkən, iş sənədləri, təcrübə nümunələri

maketlər,  texnoloji  reqlamentlər  və  s.  qüvvədə  olan  normativ  texniki  sənədlərə  uyğun  olaraq 

sifarişçiyə verilə bilər. 

10.4.  Başa  çatmış  mərhələlərin  və  bütövlükdə  elmi  işin  alınmış  nəticələri,  işin  təhvil 

verilmə  aktları  sifarişçilərin  (müqabil  tərəflərin)  və  ya  baş  təşkilatın  nümayəndələrinin,  yaxın 

profilli  elmi  təşkilatların,  başqa  kafedraların  nümayəndələrinin  iştirakı  ilə  kafedranın  (şöbənin, 

laboratoriyanın) iclasında müzakirə olunmalıdır. 

Başa  çatmış  təsərrüfat  hesablı  tədqiqatların  qəbul  qaydası  sifarişçi  ilə  birlikdə  müəyyən 

edilir. Təsərrüfat müqaviləsi ali məktəb tərəfindən qəbul olunmuş və təsdiq edilmiş son sənədlər 

olduqda yerinə yetirilmiş hesab olunur. 

Dövlət büdcəsi hesabına maliyyələşdirilən ən mühüm işlərin nəticələrinin qəbulu üçün ali 

məktəblərin  tabe  olduğu  nazirliyin  ekspert,  problem  və  baş  idarələrinin  komissiyası  yaradıla 

bilər. 


Respublikanın  iqtisadi  və  sosial  inkişafının  əsas  istiqamətlərinə,  sahələrarası  xarakterli 

dövlət  məqsədli  elmi-texniki  proqramlara  uyğun  olan  elmi-tədqiqat  işlərinin  yerinə 

yetirilməsinin  qəbulu,  müəyyən  olunmuş  qaydada  yaradılan  dövlət  və  ya  sahələrarası 

komissiyalar tərəfindən aparılmalıdır. 

10.5.  Elmi-tədqiqat  işlərinin  nəticələri  hər  il  ali  məktəbin  Elmi  Şurasında  müzakirə 

edilməlidir. 

Ali  məktəb,  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsi  haqda  tabe  olduğu  nazirliyə 

(idarəyə), bu nazirlik tərəfindən müəyyən edilmiş qaydada uyğun formada və müddətdə hesabat 

təqdim etməlidir. 

10.6.  Ali  məktəblər  elmi-tədqiqat  işlərinin  hesabatlarının  müəyyən  edilmiş  qaydada, 

vaxtında təqdim edilməsini və dəqiqliyini təmin edirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə