Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

18 


12. TKB  və  LTB-yə onların  rəhbərləri başçılıq edir. TKB  və  LTB rəhbəri ali 

məktəbin təqdimatına əsasən təsisçi nazirlik (idarə) tərəfindən təyin və azad edilir. 

13.  TKB  və  LTB-nin  rəhbəri  respublika  qanunvericiliyinin  normativ  hüquqi 

aktların  icra  olunmasını  və  intizamın  qorunmasını  təmin  edir.  TKB  və  LTB 

adından  bütün  təsərrüfat  və  maliyyə  əməliyyatlarını  həyata  keçirir,  təcrübə-

konstruktor  işlərinin  yerinə  yetirilməsi  üçün  müqavilələr  bağlayır,  bölmələrin  iş 

planlarını təsdiq edir, onların əsasında iş həcmini və ehtiyatları bölür, TKB və LTB 

üzrə əmrlər verir, əmək qanunvericiliyinə müvafiq işçiləri işə qəbul və işdən azad 

edir,  işçilərin  əmək  şəraitinin  və  məişətinin  yaxşılaşdırılması  və  onların 

mükafatlandırılması məqsədilə TKB və LTB-nin iqtisadi həvəsləndirmə fondundan 

istifadə edir. 

14.  TKB  və  LTB-nin  əsas  məsələlərinin  müzakirəsi  üçün  onun  elmi-texniki 

şurası  yaradılır.  Şuranın  tərkibi  mövcud  qaydada  TKB  və  LTB  əməkdaşlarından, 

qismən də ali məktəbin müvafiq kafedralarının üzvlərindən təşkil olunur və rektor 

tərəfindən təsdiq edilir. Elmi-texniki şuraya TKB və LTB-nin rəhbəri sədrlik edir. 

Şuranın  Əsasnaməsi  TKB  və  LTB-nin rəhbərinin təqdimatı əsasında ali  məktəbin 

rektoru tərəfindən təsdiq edilir. 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr tarixli  

242 nömrəli qərarı ilə təsdiq edilmişdir 

6 №-li Əlavə  

 

Ali  məktəbin nəzdindəki elmi-tədqiqat institutu və 

elmi-tədqiqat mərkəzi haqqında 

Ə S A S N A M Ə 

 

1.  Ali  məktəbin  nəzdindəki  Elmi-tədqiqat  institutu  (ETİ)  və  Elmi-tədqiqat 



mərkəzi  (ETM)  elmi  təşkilat  olmaqla,  müstəqil  balansa  və  hüquqi  şəxs  statusuna 

malikdir. 

2.  ETİ  respublikada  sənayenin,  iqtisadiyyatın  və  digər  təsərrüfat  sahələrinin 

mühüm  elmi-texniki  problemlərinin  həlli  məqsədilə  yaradılır.  Onun  təşkili, 

yenidən  təşkili  və  ləğvi  Dövlət  Elm  və  Texniki  Komitəsi  ilə  razılaşdırılmaqla  ali 

məktəbin  tabe  olduğu  nazirliyin  vəsatəti  əsasında  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti tərəfindən aparılır. 

3. ETİ-nin və ETM-in fəaliyyəti nəzdində olduğu ali məktəbin, təkimlləşdirmə 

institutularının  elmi  və  tədris  fəaliyyəti  ilə  sıx  bağlı  olub,  Təhsil  Nazirliyinin 

Dövlət  Elm  və  Texnika  Komitəsinin  və  tabeliyində  ali  məktəb  olan  nazirliklərin 

müvafiq qərar, əmr və sərəncamları ilə tənzimlənir. 



 

19 


4.  ETİ-nin  və  ETM-nin  fəaliyyətini  gücləndirmək  və  elmi-tədqiqat  işlərinin 

keyfiyyətini  yüksəltmək  məqsədilə  ali  məktəbin  rəhbərliyi  qiymətli,  nadir  tapılan 

zəruri avadanlıq və cihazları ETİ-nin, ETM-in bazasında yerləşdirilməlidir. 

5.  ETİ-nin  və  ETM-in  direktoru,  laboratoriya  və  kafedra  müdirləri,  eləcə  də 

ayrı-ayrı  mövzular  üzrə  elmi  rəhbərlər,  aparılan  elmi-tədqiqat  işlərinin  keyfiyyəti 

və səviyyəsi üçün birbaşa məsuliyyət daşıyırlar. 

6. Ali məktəbin ETİ-nin və ETM-in əsas vəzifələri: 

-  təsdiq  olunmuş  elmi  istiqamətlər  üzrə  fundamental  və  tətbiqi  elmi 

tədqiqatların yerinə yetirilməsi; 

-  öz  göstəricilərinə  görə  elm  və  texnikanın  ən  yüksək  nailiyyətlərinə  uyğun 

gələn yeni maşın, avadanlıq, materiallar və digər sənaye məmulatlarının, texnoloji 

proseslərin,  diaqnostika  və  müalicə  metodlarının  yaradılması  məqsədilə,  ayrı-ayrı 

problemlər  üzrə  elmi-tədqiqat,  layihə-konstruktor  və  təcrübə-texnoloji  işlərin 

nəticələrinin istehsalata tətbiq edilməsinə qədər işlənməsi; 

-  tədqiqat  və  işlənmələrin  nəticələrinin  istehsalata,  iqtisadiyyata  və  tədris 

prosesinə tətbiqi; 

-  ali  məktəbin  elmi-pedaqoji  kadrlarının  elmi  və  ixtisas  səviyyəsinin 

artırılması; 

-  tələbə,  aspirant  və  doktorantların  elmi-tədqiqat  və  təcrübə-konstruktor 

işlərinin yerinə yetirilməsinə cəlb edilməsi. 

7.  Ali  məktəbin  ETİ-də  və  ETM-də  elmi-tədqiqat,  layihə-konstruktor  və 

təcrübə-texnoloji işlər ali məktəbin təsdiq edilmiş elmi istiqamətlərinə uyğun tərtib 

olunmuş  mövzu  planına  əsasən  yerinə  yetirilir.  Bu  planlar  ali  məktəbin  müvafiq 

planlarına müstəqil bölmə kimi daxil edilir. 

8.  Ali  məktəbin  ETİ  və  ETM  Azərbaycan  Elmlər  Akademiyasının  elmi 

təşkilatları, başqa ali  məktəblər, sahə  nazirliklərinin  müəssisə, təşkilat  və  idarələri 

ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti-

yaradıcı  kollektivlər,  tədrs,  elm-istehsalat  komplekslərində  uzunmüddətli 

müqavilələr əsasında birgə tədqiqatlar aparır. 

9. Ali məktəbin elmi-tədqiqat institutunun maliyyə mənbələrinin ali məktəbin 

tabe  olduğu    nazirlik  tərəfindən  eilmi-tədqiqat  işləri  üçün  dövlət  büdcəsindən 

ayrılan  vəsait  və  təsərrüfat  müqavilələri  əsasında  yerinə  yetirilən  elmi-tədqiqat, 

layihə-konstruktor  və  təcrübə-texnoloji  işlərin  yerinə  yetirilməsi  nəticəsində  daxil 

olan  vəsait  təşkil  edir.  Dövlət  büdcəsindən  maliyyələşdirilən  işlərin  mövzuları 

DETK tərəfindən təsdiq edilir. 

10.  Ali  məktəbin  elmi-tədqiqat  institutlarında  elmi-tədqiqatlar  aşağıdakılar 

tərəfindən yerinə yetirilir: 

- ştatda olan rəhbər, elmi, mühəndis-texniki işçilər, konstruktorlar, texnoloqlar 

və digər mütəxəssis, fəhlə və qulluqçular; 

- ştat əvəzçiliyi şərti  ilə əvəz edilən  vəzifənin 0,5 ştat  vahidi  həcmində əmək 

haqqı ödənilməklə əsas iş vaxtı daxilində ali məktəbin professor-müəllim və tədris 

üzrə köməkçi heyəti; 

-  elmi-tədqiqat  institutunun  elmi  axtarışlarına  uyğun  mövzuda  dissertasiya 

üzərində  işləyən  aspirantlar  və  ordinatorlar,  elmi-tədqiqat,  kurs,  diplom  işləri  və 

layihələri  yerinə  yetirilən  zaman  ali  məktəblərin  tələbələri,  həm  əlavə  haqq 



 

20 


ödənilmədən, həm də təhsildən azad vaxtda ETİ-də tutulan vəzifənin 0,5 ştat vahidi 

həcmində əmək haqqı ödənilməklə. 

11. Ali məktəbdə ETİ və ETM bu Əsasnaməyə uyğun tərtib edilmiş və rektor 

tərəfindən təsdiq olunmuş Nizamnamə əsasında fəaliyyət göstərir. 

Nizamnamədə aşağıdakılar göstərilməlidir: 

- institut və bilavasitə onun tabe olduğu ali məktəbin adı, yerləşdiyi ünvan və 

onun banklarda olan hesablarının rerkvizitləri; 

- instituta tapşırılmış əsas məsələlər və onun fəaliyyətinin istiqamətləri; 

ETİ-nin  fəaliyyətinin  indiki  Əsasnaməyə  müvafiq  aparılması  və  hüquqi  şəxs 

statusuna malik olması. 

Nizamnaməyə 

ali 


məktəbin 

elmi-tədqiqşat 

institutunun 

səciyyəvi 

xüsusiyyətlərinə aid olan digər qaydalar da daxil edilə bilər. 

12.  ETİ  və  ETM  ona  tapşırılmış  vəzifələrə  müvafiq  olaraq  aşağıdakı 

funksiyaları həyata keçirir. 

Elmi-tədqiqatların planlaşdırılması və təşkili sahəsində: 

-  elmi-tədqiqat,  layihə-konstruktor,  təcrübə-texnoloji  və  müalicə-profilaktika 

işəlrinin planlarının layihəsini tərtib edir; 

- təsdiq edilmiş texniki təpşırıq və proqramlara müvafiq  olaraq, elmi-tədqiqat 

işlərinin  vaxtında  və  keyfiyyətli  yerinə  yetirilməsini,  onların  səmərəliliyini  təmin 

edir; 

- tədqiqat və işlənmələrin dövlət qeydiyyatını həyata keçirir; 



- elmi-tədqiqat işlərinin nəticələrinin xalq təsərrüfatında tətbiqi sahəsində işlər 

aparır. 


Elmi-tədqiqatların təminatı sahəsində: 

- dövlət elmi-texniki informasiya orqanları vasitəsi ilə elmi işlərin informasiya 

xidmətini təşkil edir; 

-  elmi-tədqiqatların  və  işlənmələrin  texniki-iqtisadi  qiymətləndirilməsini, 

patent təmizliyi və yüksək elmi-texniki səviyyəsini təmin etmək məqsədi ilə patent 

tədqiqatlarını aparır, ixtiralar (kəşflər) üzrə təqdimatlar tərtib edir; 

-  tabeliyində  olduğu  nazirliyə  ETİ-nin  cihazlarla,  avadanlıqlarla,  material  və 

reaktivlərlə  təchiz  olunması  haqqında,  qiymətli  və  nadir  avadanlıq,  hesablama 

texnikası vasitələrinin səmərəli istifadəsi üzrə təkliflər hazırlayır; 

-  istifadə  edilən  ölçmə  vasitələri  və  metodlarının,  buraxılan  elmi-texniki, 

konstruktor və texnoloji sənədlərin qüvvədə olan dövlət standartları, texniki şərtlər 

və  başqa  normativlərə  uyğunluğunu  təmin  edir,  ölçmə  vasitələrini  dövlət 

yoxlamasına təqdim edir. 

Elmi-tədqiqatların tədris prosesi ilə əlaqəsi sahəsində: 

- ali təhsilin elmi problemlərinin həllində və təkmilləşdirilməsində iştirak edir; 

- elmi işçiləri tələbə və aspirantların elmi işlərinə rəhbərliyə cəlb edir; 

-  ETİ-nin  və  ETM-nin  ştatında  olan  elmi  əməkdaşları  işdən  kənar  vaxtda 

əvəzçilik  və  əmək  haqqının  saat  hesabı  ödənilməsi  şərti  ilə  mühazirələr  oxumağa 

və digər tədris işlərinə cəlb edir

-  öz  laboratoriya  bazasını  tələbələr,  aspirantlar,  klinik  ordinatorlar  və 

doktorantlara  tədqiqatlar  aparmaq  üçün,  o  cümlədən  kurs  və  diplom  layihələrinin 



 

21 


(işlərinin),  tədris-tədqiqat  işləri  və  istehsalat  təcrübəsinin  keçirilməsinə  təqdim 

edir; 


-  ali  məktəbin  mövcud  tədris  laboratoriyalarının  təkmilləşdirilməsi  və 

yenisinin  təşkilində  iştirak  edir,  tədris  prosesində  elmi  tədqiqatların  nəticələrinin 

istifadə edilməsinə köməklik göstərir. 

Əməyin təşkili, tədqiqatların və əmək haqqının maliyyələşdirilməsi sahəsində: 

-  ayrılmış  vəsait  dairəsində  ştat  sayının,  stimullaşdırıcı  xarakter  daşıyan 

ödəmələrin məbləğini müəyyən edir, eləcə də gəlir və xərclər smetasını və ayrılmış 

ştat sayı daxilində ştat cədvəlini təsdiq edir; 

-  bank  kreditindən  istifadə  edir  və  onun  məqsədyönlü  istifadəsi  və  vaxtında 

qaytarılmasını təmin edir; 

-  ETİ-nin  və  ETM-in  elmi  işçilərin,  konstruktorların,  texnoloqların  və  digər 

mütəxəssislərin, attestasiyasını keçirir, daha mürəkkəb və məsuliyyətli işləri yerinə 

yetirən əməkdaşlara əlavə əmək haqqı müəyyən edir. 

13.  ETİ-nin  və  ETM-nin  strukturu  onun  direktoru  tərəfindən  hazırlanır  və 

rektor tərəfindən təsdiq edilir. 

ETİ-nin  və  ETM-nin  direktoru  tutduğu  vəzifəyə  görə  ali  məktəbin  elmi 

şurasının tərkibinə daxil edilir. 

ETİ-nin  və  ETM-in  əsas  hissələri  -  elmi  şöbələr,  laboratoriyalar  və 

bölmələrdir.  ETİ-nin  və  ETM-nin  tərkibində  konstruktor  büroları,  klinik  şöbələr, 

hesablama  mərkəzləri,  təcrübə  istehsalat  sahələri,  sınaq  stansiyaları,  sahə  elmi-

tədqiqat  laboratoriyaları,  digər  elmi  bölmələr,  tədqiqatların  yerinə  yetirilməsini 

təmin edən funksional və inzibati təsərrüfat bölmələri, eləcə də tələbələrin elmi və 

konstruktor bölmələri yaradıla bilər. Lazım gəldikdə ali məktəb ETİ-nin və ETM-

nin  strukturunda  müəyyən  edilmiş  qaydada  filiallar  yarada  bilər.  Bölmələr 

haqqında  qaydalar,  rəhbər  işçilər  və  qulluçuların  vəzifə  təminatları  direktor 

tərəfindən təsdiq edilir. 

14. ETİ-nə və ETM-ə ali məktəbin tabe olduğu nazirlik tərəfindən təyin edilən 

direktor, bir qayda olaraq, elmlər doktoru başçılıq edir. 

Direktorun  təqdimatına  əsasən,  rektor  tərəfindən  elmi  bölmələrin  və  yerinə 

yetirilən  mövzuların  rəhbərləri  ETİ-nin  və  ETM-in  ştatında  olan  işçilərdən,  eləcə 

də ali məktəbin elmi dərəcəsi və elmi adları olan müəllimlərindən təyin edilir. 

15.  ETİ-nin  və  ETM-nin  direktoru  onun  işinə  rəhbərliyi,  qanunvericiliyə  və 

intizam  qaydalarına  riayət  edilməsini,  dövlət  sirrlərinin  qorunmasını  təmin  edir, 

təsərrüfat  və  maliyyə  əməliyyatlarını  həyata  keçirir,  elmi  tədqiqat,  layihə-

konstruktor,  təcrübə-texnoloji  və  müalicə-profilaktika  işlərinin  aparılması 

məqsədilə  müqavilələr  bağlayır,  bölmələrin  iş  planlarını  təsdiq  edir,  onların 

arasında tədqiqatların həcmini maliyyə və maddi-texniki vasitələri bölüşdürür, ştat 

cədvəlnini  təsdiq  edir,  institut  üzrə  əmrlər  verir,  əmək  qanunvericiliyinə  müvafiq 

olaraq  işçiləri  işə  qəbul  və  işdən  azad  edir,  institutun  iqtisadi  həvəsləndirmə 

fondlarını  maddi-texniki  bazanın  inkişafına,  işçilərin  əmək  və  məişət  şəraitinin 

yaxşılaşdırılmasına istifadə edir. 

16.  Ali  məktəbin  rektoru  ETİ-nin  və  ETM-in  qarşısında  duran  vəzifələrin 

yerinə  yetirilməsi  ilə  əlaqədar  ali  məktəbin  səlahiyyəti  daxilində  ona  əlavə 

hüquqlar verilə bilər. 



 

22 


17. Elmi və elmi-təşkilati məsələlərə baxılması məqsədilə ETİ-nin və ETM-in 

elmi  şurası  yaradılır  və  ona  direktor  rəhbərlik  edir.  Elmi  şuranın  tərkibi  və  onun 

əsasnaməsi  direktorun  təqdimatı  əsasında  ali  məktəbin  rektoru  tərəfindən  təsdiq 

edilir. 


 

 

Azərbaycan Respublikası 



Təhsil Nazirliyinin  

11oktyabr 1994-cü il tarixli 

595 nömrəli əmrinə 

 

 



 

 

 



 

 

 



 

 

 



   Əlavə № 1 

 

 



ALİ MƏKTƏBLƏRİN “ELMİ-TƏDQİQAT ŞÖBƏSİ” HAQQINDA 

MÜVƏQQƏTİ ƏSASNAMƏ 

1. 


Elmi-pedaqoji 

kadrların 

hazırlanması, 

elmi-tədqiqat 

işlərinin 

planlaşdırılması,  yerinə  yetirilməsi  və  onlara  nəzarət,  həmçinin  elmi-tədqiqatların 

nəticələrinin  xalq  təsərrüfatına  və  tədris  prosesinə  tətbiq  edilməsi  məqsədilə  ali 

məktəblərdə  elmi-tədqiqat  şöbəsi  (ETŞ)  yaradılır.  Elmi-tədqiqat  şöbəsi  ali 

məktəbin  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsi  sahəsində  mövcud  olan 

strukturları  əhatə  edən  və  özündə  birləşdirən  tərkib  hissəsi  olub,  müstəqil  balansa 

və hüquqi şəxs statusuna malik deyildir. Elmi-tədqiqat şöbəsi ali məktəbdə mövcud 

olan bütün elmi  müəssisə  və bölmələrin (patent-lisenziya  və  metrologiya şöbələri, 

elmi-tədqiqat  və  sahə  laboratoriyaları,  elmi-tədqiqat  institutları  və  mərkəzləri, 

təcrübə və layihə-konstruktor büroları və s.) bazasında yaranır. 

 

Ali  məktəbin  elmi-tədqiqat  şöbəsinin  işçiləri  rəhbər  və  elmi  işçilər 



kateqoriyasına  aid  edilir.  Onların  vəzifə  maaşları,  məzuniyyət  normaları  və 

güzəştlərə  dair  digər  qaydalar  ali  məktəblərdəki  professor-müəllim  və  yardımçı 

heyət üçün tətbiq olunan prinsiplərə müvafiq müəyyənləşdirilir. 

 

Elmi-tədqiqat şöbəsinin strukturu rektor tərəfindən təsdiq olunur. 



 

2. Elmi-tədqiqat şöbəsinin qarşısında qoyulan əsas məsələlər aşağıdakılardır: 

 

- fundamental və axtarış tədqiqatların, prinsipcə yeni texnika, texnologiya və 



materialların işlənib hazırlanması sahələrinin üstün istiqamətlərinin inkişafı; 

 

-  xalq  təsərrüfatının  inkişafının  əsas  problemlərini  həll  etmək  məqsədilə  ali 



məktəbin elmi potensialının səmərəli istifadə edilməsi; 


 

23 


 

- elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilməsi; 

 

-  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanması,  yenidən 



hazırlanması  və  xalq  təsərrüfatı  mütəxəssislərinin  ixtisasartırılmasının  təmin 

edilməsi; 

 

- elmi nəticələrin istehsalatda istifadə edilməsinin genişləndirilməsi məqsədi 



ilə  xalq  təsərrüfatının  müxtəlif  sahələri  ilə  elmi-texniki  əməkdaşlığın  perspektiv 

formalarının inkişaf etdirilməsi; 

 

-  ali  məktəbin  xarici  ölkələrlə  elmi-texniki  əməkdaşlığının  inkişaf 



etdirilməsi. 

 

3.  ETŞ  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  qanunlarını, 



Azərbaycan Respublikası Prezidentinin təhsil və elm sahəsindəki fərmanlarını, Ali 

Sovetin  qərarlarını,  Nazirlər  Kabinetinin  qərar,  sərəncam  və  göstərişlərini, 

Respublika  Dövlət  Elm  və  Texnika  Komitəsinin,  ali  məktəbin  tabe  olduğu 

nazirliyin qərar, əmr və sərəncamlarını, ali məktəbdə elmi-tədqiqatların aparılması 

və elmi-pedaqoji kadrların hazırlanması sahələrində olan əsasnamələri rəhbər tutur. 

 

4.  ETŞ  Respublika  Elmlər  Akademiyasının,  sahə  nazirlik  və  idarələrinin 



elmi  təşkilatları,  müəssisələri  ilə  birgə  elmi-tədqiqat  planları  və  proqramları 

əsasında  elmi-tədqiqatların  aparılmasını  təşkil  edir.  Bunun  üçün  ali  məktəb 

bazasında  elmi,  elmi-texniki  və  elm-tədris  mərkəzlərinin,  iki  tabeli  elmi-tədqiat 

institutlarının, 

müvəqqəti 

yaradıcı 

kollektivlərinin, 

tədris 


elmi-istehsalat 

birliklərinin,  sahələrarası  elmi-texniki  komplekslərin  və  onların  filiallarının 

yaradılması haqqında tabe olduğu nazirliyə təkliflər hazırlayır. 

 

5. Ali məktəb ETŞ-sinin idarəetmə və elmi-köməkçi xidmət işçilərinin əmək 



haqqı dövlət büdcəsi hesabına ödənilir. 

 

6.  ETŞ-yə  elmlər  doktoru  və  ya  elmlər  namizədi  alimlik  dərəcəsi  olan  alim 



rəhbərlik edir və bilavasitə elmi işlər üzrə prorektora tabedir. ETŞ-nin rəhbəri elmi 

işçilərin,  konstruktor,  texnoloq,  mühəndis-texniki  və  digər  mütəxəssislərinin 

attestasiyalarını  təşkil  edir,  daha  mürəkkəb  və  məsul  işlər  yerinə  yetirən 

əməkdaşlara  əlavə  əmək  haqqının  verilməsi  haqda  rektorluq  qarşısında  məsələ 

qaldırır. 



 

24 


 

7.  Ali  məktəbdə  aparılan  elmi-tədqiqat  işlərinin  həcmindən  asılı  olaraq 

ehtiyac olduqda dekanların və kafedra müdirlərinin elmi işlər üzrə müavinləri təyin 

olunur.  Onların  vəzifələri  fakültə  Elmi  şurasının  qərarı  ilə  ştat  cədvəlində  və  ya 



tədris yükünün hesablanmasında nəzərə alınır.   

Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə