Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

16 


 

 

 



 

Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr tarixli  

242 nömrəli qərarı ilə təsdiq edilmişdir 

5 №-li Əlavə  

 

Ali   məktəbin təcrübə-konstruktor, layihə-texnoloji büroları haqqında 



Ə S A S N A M Ə 

 

1.  Bu  Əsasnamə  ali  məktəb  nəzdindəki  sərbəst  balansa  və  hüquqi  şəxs 



statusuna  malik  olmaqla,  özünümaliyyələşdirmə  prinsipi  əsasında  fəaliyyət 

göstərən  təcrübə-konstruktor  bürosu  (TKB)  və  həmçinin  layihə-texnoloji  büronun 

(LTB) fəaliyyətini əhatə edir. 

Təcrübə-konstruktor  və  layihə-texnoloji  bürolar  təsisçi  nazirlik  (idarə) 

tərəfindən  nazirliyin  özünün  təşəbbüsü  və  ya  ali  məktəbin  rektorunun  vəsatəti 

əsasında yaradılır, yenidən təşkil və ya ləğv edilir. 

2.  TKB  və  LTB  öz  fəaliyyətini  ali  məktəblərdə  elmi-tədqiqat  işlərinin  təşkili 

və planlaşdırılması haqqında Əsasnaməyə uyğun həyata keçirir. 

3. TKB və LTB-nin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

-  ilk  növbədə  ali  məktəblərin  alimlərinin  təklif  etdikləri  yeni  texnika 

nümunələrinin, materialların və texnoloji proseslərin yaradılması və tətbiq edilməsi 

məqsədilə  ali  məktəblərlə  sahə  nazirliklərinin  (idarələrin)  təşkilatları  ilə  təsərrüfat 

müqavilələri  əsasında  təcrübə-konstruktor,  layihə-texnoloji  işlərin  (gələcəkdə 

təcrübə-konstruktor işləri) yerinə  yetirilməsi; 

-  TKB  və  LTB-də  aparılan  işlərə  tələbələrin  cəlb  edilməsi,  onlarda  real 

layihələndirmə prosesində mühəndis vərdişlərinin inkişaf etdirilməsi; 

-  tədris  prosesinin  təmin  edilməsi  üçün  texniki  vəsitələr  və  xüsusi 

avadanlıqların hazırlanması. 

4. TKB və LTB-də təcrübə-konstruktor işləri müvafiq planlar əsasında  yerinə 

yetirilir.  Planlar  mövcud  qanunvericiliyə  müvafiq  olaraq  razılaşdırılır  və  təsdiq 

edilir. 

5. TKB və LTB-nin əsas maliyyə mənbələri təsərrüfat müqavilələri ilə görülən 

təcrübə-konstruktor işləri üçün sifarişçi təşkilat və müəssisələrdən daxil olan vəsait 

TKB  və  LTB-nin  istehsal  etdiyi  məhsulun  satışından  əldə  olunan  gəlir  hesabına 

formalaşır. 

İşlərin həcmi, əmək limitləri və maddi-texniki ehtiyyat fondları TKB və LTB 

üçün  təsisçi  nazirlik  (idarə))  tərəfindən  müəyyən  edilir  və  ali  məktəbin  plan 

göstəricilərinə ayrıca sətirlə daxil olunur. 

6. TKB və LTB müəyyən edilmiş plan tapşırıqları daxilində: 

-  öz  ştat  cədvəlini  və  xərclər  smetasını  işləyib  təsdiq  edir  və  onlarda 

dəyişikliklər aparır; 

- elmi-texniki, sosial-inkişaf və maddi həvəsləndirmə fondunu təşkil edir; 




 

17 


-  bank  kreditindən  istifadə  edir,  onun  məqsədyönlü  sərf  olunmasına  və 

vaxtında qaytarılmasına cavabdehlik daşıyır. 

7. TKB və LTB öz fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün: 

- ona təhkim edilmiş əsas fondlara malikdir; 

- bilavasitə özü və ya ali məktəbin müvafiq  yardımçı bölmələrinin köməyi ilə  

əsaslı tikinti, yenidənqurma, texniki təchizat və əsas fondların əsaslı təmir işlərini 

həyata keçirir; 

- tələb olunan avadanlıq, xammal, yanacaq və başqa qiymətli  materiallar alır, 

həmçinin  istifadə  edilməyən  cihazların,  materialların,  avadanlıqların  və 

məmulatların  satışını  təşkil  edir,  texniki  cəhətdən  köhnəlmiş  və  ya  yararsız  hala 

düşmüş  avadanlıq,  nəqliyyat  vasitələri,  cihazlar  və  alətləri  müəyyən  edilmiş 

qaydada balanslardan silir; 

istehlakçılarla  razılaşdırılaraq,  təcrübə  istehsalatında  buraxılan  məhsullara 

dövlət qiymət orqanları tərəfindən  müəyyən edilmiş qaydalar  üzrə qiymətlər təyin 

edir. 

8.  TKB  və  LTB-də  təsərrüfat  hesablı  təcrübə-konstruktor  işləri  aşağıdakılar 



tərəfindən yerinə yetirilir: 

-  ştatda  olan  rəhbər,  mühəndis-texniki  işçilər,  konsruktor-texnoloq  və  başqa 

mütəxəssislər, qulluqçu və fəhlələr; 

-  ştat  əvəzçiliyi  şərti  ilə  ali  məktəbin  professor-müəllim  və  tədris  köməkçi 

heyəti, həmçinin fəhlələri; 

- dərsdən kənar vaxtda, TKB və LTB-də tutduğu vəzifəsinin 0,5 ştat vahidinin 

əmək  haqqını  almaq  şərti  ilə  ali  məktəbin  aspirantları,  klinik  ordinatorları  və 

tələbələri; 

- əvəzçilik əsasında kənar təşkilatların fəhlələri. 

9.  Mövcud  olan  əsasnamələrə  müvafiq  TKB  və  LTB  mühəndislərin, 

konstruktorların,  texnoloqların  və  başqa  mütəxəssislərin  attestasiyasını  təşkil  edir, 

məsul  və  xüsusi  əhəmiyyətli  işləri  yerinə  yetirən  əməkdaşlara  əlavə  əmək  haqqı 

müəyyən edir. 

10.  TKB  və  LTB  rektor  tərəfindən  təsdiq  edilmiş  nizamnamə  əsasında 

fəaliyyət göstərir. 

Nizamnamədə  TKB  və  LTB-nin  tabe  olduğu  ali  məktəbin  adı,  yerləşdiyi 

ünvanı,  rekvizitləri,  hüquqi  şəxs  olması  və  onun  hazırki  Əsasnaməyə  müvafiq 

fəaliyyət göstərdiyi haqda qeyd, əsas fəaliyyət istiqamətləri öz əksini tapmalıdır. 

Nizamnaməyə  TKB  və  LTB-nin  fəaliyyət  dairəsinə  aidiyyatı  olan  başqa 

əsasnamələr də daxil edilir. 

11.  TKB  və  LTB-nin  strukturu  rektor  tərəifndən  təsdiq  edilir.  TKB  və  LTB-

nin  tərkibində  şöbələr,  bölmələr  və  qruplar  funksional  (norma-nəzarət,  texniki 

nəzarət,  standartlaşdırma  və  s.)  və  inzibati-təsərrüfat  bölmələri  təşkil  edilə  bilər. 

Kütləvi  istehsal  üçün  müasir avadanlıq, cihaz  və texnoloji  xətlərin  yaradılması  və 

təkmilləşdirilməsinin başa çatdırılması məqsədilə TKB və LTB-də təcrübə-istehsal 

sahəsi  yaradılır.  Bundan  əlavə  TKB  və  LTB-yə  hesablama  mərkəzi,  sınaq 

stansiyaları, tələbə konstruktor bölmələri daxil edilə bilər. 

Bölmələrin  əsasnamələri  və  əməkdaşların  vəzifə  təlimatları  TKB  və  LTB 

tərəfindən təsdiq edilir. 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə