Azərbaycan respublikasi naziRLƏr kabineti


 Elmi-tədqiqat işlərinin icraçıları



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 



 



6. Elmi-tədqiqat işlərinin icraçıları 

6.1. Ali məktəbdə elmi-tədqiqat işləri aşağıdakılar tərəfindən yerinə yetirilə bilər: 

- əsas iş vaxtı ərzində fərdi iş planlarına müvafiq olaraq professor-müəllim heyəti; 

- əsas  iş  vaxtında elmi təşkilatların elmi, mühəndis-texniki  işçiləri, klinik  xəstəxanaların 

mütəxəssis və fəhlələri; 

-  kurs  işi,  diplom  layihəsi,  tədris  planlarında  nəzərdə  tutulmuş  digər  tədqiqat  işlərinin 

yerinə  yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində, bürolarında,  həmçinin ali  məktəblərin 

kafedra,  elmi-tədqiqat  müəssisələri,  konstruktor  və  texnoloji  təşkilatlarında  əlavə  əmək  haqqı 

ödənilməklə dərsdən kənar sərbəst vaxtda tələbələr; 

-  hazırlandığı  fərdi  planlara  müvafiq  kafedralarda,  elmi-tədqiqat  müəssisələrində, 

konstruktor  və  texnoloji  təşkilatlarda  dərsdən  kənar  boş  vaxtda  əlavə  əmək  haqqı  ödənilməklə 

doktorant, aspirant, tədqiqatçı-stajor, klinik ordinatorlar və müəllim-stajorlar. 

Dövlət  büdcəsi  və  təsərrüfat  müqaviləsi  vasitələri  üzrə  maliyyələşdirilən  elmi-tədqiqat 

işlərinin yerinə yetirilməsinə ali məktəbin professor-müəllim heyəti, elmi işçiləri, rəhbər və digər 

işçiləri,  həmçinin  (sifarişçi  müəssisə  istisna  olmaqla)  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada  kənar  müəssisə  və  təşkilatların  işçiləri  əsas  işlərindən  kənar  vaxtda  əvəzçiliklə  cəlb 

oluna bilər. 

6.2.  Ali  məktəbin  rektorları  əvəzçilik  üzrə  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsində 

yalnız  mövzunun  elmi  rəhbəri  kimi  iştirak  edə  bilərlər.  Ali  məktəbin  digər  işçilərinə 

məhdudiyyət qoyulmur. 

6.3.  Ali  məktəbin  ştatında  olan  rəhbər,  professor-müəllim  heyəti,  elmi  və  digər  işçilər 

əvəzçilik  üzrə  öz  ixtisas  və  dərəcələrinə  uyğun  gələn  istənilən  vəzifəni  tuta  bilərlər.  Əvəzçilik 

üzrə  vəzifə  maaşları  əsas  iş  yeri  üzrə  əmək  haqqının  həcmindən  asılı  olmayaraq 

müəyyənləşdirilir. 

Əvəzçilik üzrə iş müddəti müvafiq kateqoriyadan olan işçilər üçün müəyyən olunmuş iş 

vaxtı  normasının  yarısından  çox  olmamalıdır.  Əvəzçilik  şərti  ilə  elmi-tədqiqat  işlərinin 

aparılmasına  cəlb  olunan  işçilərin  əmək  haqqı,  tapşırığa  müvafiq  yerinə  yetirilmiş  işin  tam 

həcminə görə ödənilir. 

6.4.  Ali  məktəbin  elmi  müəssisələrinin  bölmələrinin  işə götürülən  elmi  əməkdaşları  ştat 

cədvəlində  nəzərdə  tutulmuş  boş  olan  elmi  vəzifələrə  müsabiqə  üzrə  seçilir,  sonradan  isə 

müəyyən olunmuş qaydada attestasiyadan keçirlər. 

Ali məktəbdə və ya onun elmi müəssisələrində (konstruktor və texnoloji bürolar da daxil 

olmaqla) işləyən şəxslər, attestasiyanın nəticələrinə görə elmi işçi vəzifəsinə təyin olunurlar. 

Mühəndis-texniki  işçilər  və  mütəxəssislər,  ali  məktəbin  rektorunun,  elmi-tədqiqat 

institutunun  və  ya  müstəqil təcrübə-konstruktor (layihə-texnoloji)  bürosunun rəhbərinin əmri  ilə 

işə götürülür və müəyyən edilmiş qaydada attestasiyadan keçirlər. 

Ali  məktəbin  rektoru,  elmi-tədqiqat  institutunun,  təcrübə-konstruktor,  layihə-texnoloji 

bürolarının  rəhbərləri  müəyyən  mövzuların    (mərhələlərin)  yerinə  yetirilməsi  müddətində,  ayrı-

ayrı hallarda elmi, mühəndis-texniki işçiləri və mütəxəssisləri işə qəbul edə bilərlər. İşçilərin işə 

qəbul  olunması  və  azad  olunması  ali  məktəbin  rektoru,  elmi-tədqiqat  institutunun,  təcrübə-

konstruktor, layihə-texnoloji büroların rəhbərləri tərəfindən əmrlə həyata keçirilir. 

Elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsində  əvəzçiliklə  iştirak  edən  şəxslər,  həmçinin 

doktorantlar,  aspirantlar,  klinik  ordinatorlar,  təcrübəçi-tədqiqatçılar,  tələbələr  ali  məktəbdə 

müəyyən edilmiş say limitində nəzərə alınmırlar. 

6.5.  Əvəzçilik  üzrə  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsinə  rəhbər  və  professor-

müəllim heyətinin, həmçinin doktorantların cəlb olunması əmək müqaviləsi əsasında ştat vəzifəsi 

üzrə aparılır. Müqavilə bu şəxslərlə rektor (elmi işlər üzrə prorektor), ali məktəb, elmi-tədqiqat 

institutları, təcrübə-konstruktor (layihə-texnoloji) bürolarının rəhbərləri arasında bağlanılır. 

Əmək  müqavilələri  bütövlükdə  işin  (ayrı-ayrı  mərhələlərin)  aparılması,  həmçinin  işin 

proqram  və  ya  təqvim  planına  müvafiq  konkret-tədqiqat,  eləcə  də  istehsal-texniki  xarakterli 

tapşırıqların  yerinə  yetirilməsi  üçün  bağlanılır.  Burada  götürülən  işin  həcmi,  onun  reallaşma 



 

müddəti və hesabat qaydası göstərilir. Həmin müqavilələrdə həmçinin yerinə yetiriləcək işin xalq 



təsərrüfatı  üçün  əhəmiyyəti,  elmi-texniki  səviyyəsi,  keyfiyyəti,  həcmi  və  mürəkkəbliyi  nəzərə 

alınaraq,  əmək  haqqının  məbləği  və  ödənilmə  qaydası  müəyyənləşdirilir.  Hər  ay  üçün  əmək 

haqqı  hesablanarkən  ali  məktəbin  elmi-tədqiqat  müəssisələrində,  texnoloji  və  konstruktor 

təşkilatlarında əvəzçilərin əmək haqqı işlədiyi vaxtda mütənasib olaraq əvəzçilik vəzifəsinə görə 

vəzifə  maaşlarına  əsasən  ödənilir.  Ali  məktəblərin  elmi-tədqiqat  təşkilatlarında  xüsusi 

əhəmiyyətə  malik  olan  işlər  yerinə  yetirildikdə  göstərilən  müqavilələrdə  əlavə  ödənişlər  də 

nəzərdə tutula bilər. 

6.6.  Tədqiqatların  yerinə  yetirilməsinə  cəlb  olunan  rəhbər,  professor-müəllim,  elmi  işçi 

heyətinə doktorantların əvəzçilik qaydasında əmək haqqı, aparılan işlərin təqvim plarına müvafiq 

olaraq  mərhələlərlə  ödənilir.  Müqavilədə  nəzərdə  tutulmuş  tapşırıqlar  vaxtından  əvvəl  yerinə 

yetirildikdə  və  sifarişçinin  müəyyən  etdiyi  işin  keyfiyyəti  və  elmi-texniki  səviyyəsi  tələblərinə 

riayət olunduqda,  icraçıya əmək müqaviləsində müəyyən edilmiş vəsaitin tam həcmi ödənilir.  

6.7. İstehsal və texniki xarakterli konkret tapşırıq və xidmətlərin aparılmasına cəlb olunan 

aspirant,  tədqiqatçı-stajor,  müəllim-stajor,  mühəndis-texniki  işçilər,  tədris-köməkçi  heyəti, 

mütəxəssislər,  tələbələr  və  ali  məktəbin  fəhlələrinin  əmək  haqqı,  işlədiyi  vaxtda  mütənasib 

olaraq əvəzçilik vəzifəsinə görə vəzifə maaşına əsasən ödənilir. 

6.8.  Tətil  dövründə  aspirant  və  tələbələr,  həmçinin  istehsalat  təcrübəsi  zamanı  tələbələr 

(əgər  bu  təcrübə  ali  məktəbdə  və  ya  sifarişçi  təşkilatlarda  keçirilərsə),  elmi-tədqiqat  işlərinin 

yerinə  yetirilməsi  üçün  tam  əmək  haqqı  ödənilməklə  işə  götürülə  bilərlər.  Professor-müəllim 

heyəti  öz  məzuniyyət  dövründə  (əmək  müqaviləsi  üzrə  əmək  haqqı  ödənilməklə)  işə  götürülə 

bilər. 

6.9.  Doktorant,  aspirant,  klinik-ordinator,  tələbə  və  fəhlə-icraçılarla  müqavilə  üzrə  iş 



yerinə yetirilən zaman, tutduğu vəzifə üzrə müəyyən olunmuş qaydada məzuniyyət və ya istifadə 

olunmayan məzuniyyətə görə iş qurtardıqdan sonra əvəzi ödənilməlidir. 

6.10.  Elm-istehsalat  xarakterli,  o  cümlədən  kooperativ,  kiçik  müəssə  və  s.  təşkilatların 

işində  iştirak  edən  ali  məkətəblərin  əməkdaşları,  rektorluqla  başlanmış  müqavilələrə  əsasən, 

xərci ödənilməklə ali  məktəbin  elmi cihaz, qurğu, istehsal sahələrindən  həmin təşkilatların  işini 

yerinə yetirmək üçün istifadə edə bilərlər. 

Elmi  hesabatlar,  metodik  proqram,  konstruktor  və  texnoloji  layihələr,  ali  məktəbin 

mülkiyyəti  hesab  olunmuş  və  əvvəllər  yerinə  yetirilmiş  elmi-tədqiqat  işlərinin  nəticəsində  əldə 

edilmiş digər materiallar müqavilə üzrə istifadə oluna bilər. 

6.11.  Təsərrüfat  müqavilələrini  yerinə  yetirmək  üçün  rektorun  əmri  ilə  müvəqqəti 

yaradıcı kollektivlər təşkil oluna bilər. 

6.12.  Ali  məktəblərin  kafedra  və  digər  qurum  rəhbərlərinə  və  idarə  aparatının 

əməkdaşlarına,  həmin  ali  məktəbin  nəzdində  yaradılmış  kooperativlərdə  (kiçik  müəssisələrdə) 

işləməyə icazə verilmir. 

 

7. Tədris və elmi proseslərin vəhdəti 

 

7.1.  Tədris  prossesinin,  elmin  və  istehsalın  inteqrasiyası  aşağıdakı  vasitələrlə  həyata 



keçirilir: 

- sahələrarası elmi-texniki sistemlərin yaradılması; 

- elmi kollektivlərin tərkibində tələbələrin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi; 

-  elmi-texniki  tərəqqinin  istiqamətlərinə  və  yüksək  səviyyəli  mütəxəssislərə  olan  sosial-

iqtisadi tələbata uyğun elmi və texniki nailiyyətlərin əsasında mütəxəssislərin hazırlanması; 

- Azərbaycan Respublikası Elmlər Akademiyası, nazirliklr, idarə və müəssisələrlə tədris-

elm-istehsalat  birlikləri  və  kompleksləri,  baza  kafedraları,  elmi-tədris  və  mühəndis  mərkəzləri 

təşkil  etməklə,  akademiya  institutlarının  elmi  laboratoriyalarında  və  tədqiqat  komplekslərində 

tədris-tədqiqat işlərinin aparılması; 

- dövlət büdcəsi; 

- təsərrüfat  müqaviləli elmi-tədqiqat işlərinin  yerinə  yetirilməsi (bu  halda tələbələr üçün 

əmək haqqının müəyyən hissəsi faiz ilə ayrılır); 




Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə