Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

10 


 

 

 



Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr tarixli  

242 nömrəli qərarı ilə təsdiq edilmişdir 

     2 №li Əlavə 

 

Ali məktəb elmi-tədqiqat laboratoriyası haqqında 

Ə S A S N A M Ə 

 

1. Elmi-tədqiqat  laboratoriyası  (ETL)  - ali  məktəbin struktur bölmələrindən 



biridir.  ETL  yüksək  ixtisaslı  mütəxəssislər  hazırlanması,  fundamental,  tətbiqi  və 

axtarış  elmi-tədqiqat  işləri  aparılması  üçün  yaradılır.  ETL  professor-müəlim 

heyətini, doktorantları, aspirantları və ali məktəb tələbələrini elmi-tədqiqat işlərinə 

geniş cəlb edir. 

ETL  -  elmi  təşkilatdır.  ETL-in  kateqoriyası  müvafiq  ali  məktəbin 

kateqoriyası ilə müəyyən olunur. Onun işçiləri rəhbər və elmi işçilər kateqoriyasına 

aid  edilir.  Onların  vəzifə  maaşları,  məzuniyyət  normaları  və  güzəştlərə  dair  digər 

qaydalar ali məktəblərdəki professor-müəllim və yardımçı heyət üçün tətbiq olunan 

prinsiplərə müvafiq müəyyənləşdirilir. 

2.  ETL  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  tabeliyində  ali  məktəb 

olan digər nazirliklərin DETK ilə razılaşdırılmış təklifinə uyğun müəyyən olunmuş 

qaydada yaradılır, yenidən təşkil edilir və ləğv edilir. 

3.  ETL-in  fəaliyyəti  ali  məktəblərdə  elmi-tədqiqat  işlərinin  təşkili  və 

planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir. 

4. ETL-in əsas vəzifələri: 

- nəzdində fəaliyyət göstərdiyi ali məktəbin müvafiq fakültə və ya kafedrası 

arasında tədrislə bağlı sıx  əlaqə yaradılması; 

-  təsdiq  edilmiş  istiqamətlər  üzrə  fundamental,  tətbiqi  və  axtarış 

tədqiqatlarının aparılması; 

-  ali  məktəbin  bölmələrinə,  müəssisələrə  və  xalq  təsərrüfatının  başqa 

təşkilatlarına laboratoriyada  yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod  və 

texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində 

köməklik edilməsi. 

5. ETL tabeliyində olduğu ali məktəbin hazırladığı mütəxəssislərin profilinə 

uyğun elmi istiqamətlər üzrə elmi-tədqiqat işlərini mövcud qaydada təsdiq edilmiş 

planlar  əsasında  yerinə  yetirir.  Planları  təsdiq  edilməmiş  laboratoriyaların 

fəaliyyəti 3 aydan gec olmayaraq dayandırılır. 

ETL-də  yerinə  yetirilmiş  elmi-tədqiqat  işləri  ali  məktəbin  elmi-tədqiqat 

işlərinin planına daxil edilir. 

6. 


ETL 

kafedralar, 

elmi-tədqiqat 

institutları, 

sahə 

elmi-tədqiqat 



laboratoriyaları,  həmçinin  Elmlər  Akademiyasının  və  sahə  nazirliklərinin  elmi 

bölmələri  ilə  sıx  əlaqədə  işləyir  və  müvafiq  qaydalar  üzrə    (əsaslandırılmış  və 

təsdiq edilmiş müqavilə ilə) birgə tədqiqatlar aparır: 



 

11 


7.  ETL-in  elmi  fəaliyyətinə  elmi  rəhbər,  bir  qayda  olaraq  professor  və  ya 

elmlər doktoru rəhbərlik edir. 

Elmi  rəhbər  ali  məktəbin  müvafiq  kafedralarının  əməkdaşları  sırasından 

rektor tərəfindən təyin olunur və azad edilir. 

ETL-in elmi rəhbəri: 

-  aparılan  tədqiqatların  elmi  və  metodik  səviyyəsinə,  onların  vaxtı-vaxtında 

yerinə yetirilməsinə, elmi nəticələrin alınmasına cavabdehdir; 

- elmi-tədqiqat işlərinin planlarının tərtibini və icrasını təmin edir; 

- laboratoriyanın başqa elmi təşkilatlarla və tabeliyində olduğu ali məktəbin 

müvafiq kafedraları ilə fəaliyyətinin əlaqələndirilməsini təmin edir; 

-  ali  məktəbin  professor-müəllim  heyətinin,  doktorantların,  aspirant  və 

tələbələrin  laboratoriyada  elmi-tədqiqat  işlərinin  aparılmasına  cəlb  olunmasına  və 

laboratoriyanın ştat işçilərinin tədris prosesində fəal iştirak etməsinə imkan yaradır; 

-  laboratoriyanın  elmi  işçilərinin  və  başqa  mütəxəssislərin  attestasiyasının 

qanunvericiliyə uyğun təşkil edir; 

-  xüsusi  əhəmiyyətə  malik  olan  və  ya  zərərli  əmək  şəraitində  işlərin  yerinə 

yetirilməsinə  iştirak  edən  əməkdaşlara  əlavə  kompensiyasiyalar  verilməsini  təmin 

edir. 


8.  ETL-in  işçilərinin  sayı  8  nəfərdən  az  olmadıqda  elmi  rəhbərin  təşəbbüsü 

ilə  rektor  tərəfindən  ETL-in  müdiri  vəzifəsi  müəyyən  edilə  bilər.  Müdir 

laboratoriyanın  elmi  rəhbərinin  təqdimatı  əsasında  rektor  tərəifndən  təyin  edilir. 

Laboratoriyanın  müdiri  laboratoriyanın  cari  fəaliyyətini  təşkil  edir  və  bilavasitə 

əməkdaşların işinə rəhbərlik edir. 

9.  Elmi-tədqiqat  laboratoriyalarında  elmi-tədqiqat  işləri  aşağıdakılar 

tərəfindən yerinə yetirilir: 

-  əsas  iş  vaxtı  daxilində  ali  məktəbin  professor-müəllim  və  tədris-köməkçi 

heyəti  tərəfindən,  eləcə  də  ştat  əvəzçiliyi  əsasında  əvəz  edillən  vəzifənin  0,5  ştat 

vahidi həcmində əmək haqqı ödənilməklə; 

- laboratoriyanın ştatlı işçiləri tərəfindən; 

-  elmi-tədqiqat  laboratoriyasının  elmi  axtarışlarına  uyğun  mövzuda 

dissertasiyanın  üzərində  işləyən aspirantlar və klinik ordinatorlar tərəfindən, elmi-

tədqiqat,  kurs,  diplom  işləri  və  layihələri  yerinə  yetirilən  zaman  ali  məktəbin 

tələbələri  tərəfindən  həm  əlavə  haqq  ödənilmədən,  həm  də  təhsildən  azad  vaxtda 

ETL-də tutulan vəzifənin 0,5 ştat vahidi həcmində əmək haqqı ödənilməklə. 

10.  ETL-in  tərkibində  lazım  olduqda  ali  məktəbin  elmi  şöbəsi  tərəfindən 

müvafiq elmi istiqamət üzrə bölmələr yaradıla bilər. 

11. ETL-in fəaliyyəti onun tabe olduğu nazirlik tərəfindən  maliyyələşdirilir. 

Laboratoriyanın  büdcə  vəsaiti  və  digər  mənbələr  laboratoriyaya  daxilolmalar 

hesabına əldə edilən cihazlar və avadanlıqlar laboratoriyanın əmlakı hesab edilir. 

12.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinə  və  ya  tabeliyində  ali 

məktəblər  olan  nazirliklərə  ETL-in  yaradılması  haqqında  göndərilən  təkliflər 

aşağıdakıları əhatə etməlidir: 

-  nəzdində  laboratoriya  yaradılması  nəzərdə  tutulan  ali  məktəbin  və 

fakültənin adları; 

- ETL-in nəzərdə  tutulmuş adı və elmi istiqamətləri; 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə