Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

Qəbul  olunmuş  (yerinə  yetirilmiş)  elmi-tədqiqat  işləri  təsdiq  edilmiş  smeta  dəyəri  ilə 



elmi-texniki məhsulun həcminə daxil (realizə) edilir. 

 İl  ərzində  smeta  üzrə  qənaət edilmiş  büdcə  vəsaitləri  elmi  təşkilatın sərəncamında  qalır 

və əmək haqqı fondundan qalan qənaət maddi həvəsləndirmə fonduna, qalan maddələrdən edilən 

qənaət isə elmi-texniki və sisoal-inkişaf fonduna yönəldilir. 

 

3. Təsərrüfat hesablı elmi-tədqiqat işləri 

3.1.  Elm  və  elm-istehsalat  birlikləri,  müəssisələri  və  təşkilatları  ilə  ali  məktəbin  elmi 

təşkilatları  təsərrüfat  hesablı  müqavilələr  əsasında  təsərrüfatın  müxtəlif  sahələrinin  inkişafı 

məqsədilə  fundamental,  axtarış  və  tətbiqi  elmi-tədqiqatlar,  təcrübə-konstruktor  və  layihə-

texnoloji işlər aparırlar. 

Bundan  əlavə,  ali  məktəbdə  aparılmış  elmi-tədqiqatların  nəticələrinin,  alimlərin 

ixtiralarının istehsalata tətbiqi, elmtutumlu, aztonnajlı, xırda seriyalı məhsulun istehsalı, proqram 

vəsaitlərinin  yaradılması  və  elmi-istehsalat  xidmətlərinin  göstərilməsi  məqsədilə  təsərrüfat 

hesablı müqavilələr bağlana bilər. 

3.2.  Ali  məktəblərdə  təsərrüfat  hesablı  müqavilələr  əsasında  aparılan  elmi-tədqiqat, 

təcrübə-konstruktor  və  layihə-texnoloji  işlər  ali  məktəbin  hazırladığı  mütəxəssislərin-profilinə 

müvafiq  və  ali  məktəbin  əsas  elmi  istiqamətlərinə  uyğun,  müxtəlif  sahələrarası  və  sahədaxili 

problemlərin həlli məqsədilə, fundamental tədqiqatların nəticələrini tətbiq edərək yerinə yetirilir. 

3.3. Elmi təşkilatların elmi-texniki məhsulu - əmtəədir. 

Elmi-texniki  məhsula  sifarişçi  tərəfindən  qəbul  edilmiş  və  dəyəri  tam  ödənilmiş 

aşağıdakılar aiddir: 

-  elmi-tədqiqat,  təcrübə-konstruktor  və  layihə-texnoloji  işlər  və  onların  başa  çatmış 

mərhələləri; 

-  elmtutumlu  kadr  müşahidəsi  ilə  mühəndis  sistemləri  sahəsində  yaradılan  elmi-texniki 

layihələr; 

-  elmi-tədqiqatlar  və  təcrübə-konstruktor  işlərinin  nəticələri  əsasında  yaradılan  yeni 

texnika və materialların təcrübə nümunələri; 

-  ali  məktəbin  təcrübə  bazasında  hazırlanmış,  daxili  və  xarici  bazara  çıxarılan, 

elmtutumlu, aztonnajlı və xırda seriyalı məhsullar; 

-  hesablama  texnikası  üçün  proqram  təminatı,  həmçinin  ali  məktəb  şəraitində  yaradılan 

proqram vəsaitləri; 

- nadir elmi-texniki avadanlıqların  istifadəsi  ilə göstərilən elmi-texniki  xidmətlər, EHM-

də  aparılan  hesablama  işləri,  informatika  və  informasiya,  metrologiya,  patent  və  lisenziya 

sahələrində göstərilən xidmətlər; 

-  elmi-texniki,  iqtisadi  idarəetmə,  marketinq  və  s.  sahələrdə  verilən  məsləhət  və 

göstərilən ekspert xidmətləri. 

3.4. Elmi təşkilat adından təsərrüfat hesablı müqavilələr ali  məktəbin rektoru və  ya elmi 

işlər üzrə prorektoru, ali məktəbin filiallarının rəhbəri, müstəqil balansa və hüquqi şəxs statusuna 

malik olan elmi-tədqiqat müəssisələrinin rəhbəri tərəfindən bağlanır. 

3.5. Elmi təşkilatlar sifarişçi təşkilatlarla hər bir elmi-tədqiqat işi üzrə ayrılıqda müqavilə 

bağlayır.  Bir  neçə  müstəqil  işdən  ibarət  olan  kompleks  elmi-tədqiqat  proqramları  müqavilə 

əsasında  yerinə  yetirilərkən  planlıaşdırma,  maliyyələşdirmə  və  hesabat  bütün  proqram  üçün 

bütövlükdə aparıla bilər. 

3.6.  Bağlanılan  təsərrüfat  hesablı  müqavilələr,  sifarişçi  ilə  icraçıların  münasibətlərini 

tənzimləyən  və  öhdələrinə  götürülən  qarışılıqlı  vəzifələrin  yerinə  yetirilməsi  üçün  iqtisadi 

məsuliyyəti təyin edən yeganə maliyyə və hüquqi sənəddir. 

3.7.  Müqavilədə  xüsusi  şərtlər  kimi  tədqiqatların  nəticəsində  alınan  materialların  dərc 

olunması,  icraçının  müəllif  hüquqları,  xüsusi  avadanlığın  təchiz  edilməsi  və  s.  məsələlər  qeyd 

olina bilər. 

3.8.  Elmi-texniki  məhsulun  qiyməti  müqavilə  bağlanan  mərhələdə  təyin  edilir  və 

aparılacaq işlərin elmi-texniki səviyyəsi və alınacaq nəticələri ilə əlaqələndirilir. 




 

3.9.  Ali  məktəblərdə  təsərrüfat  hesablı  müqavilələr  əsasında  daxil  olan  vəsaitlər  və 



nəzərdə  tutlan  xərclər  büdcədənkənar  smetalar  üzrə  planlaşdırılır  və  rektor  tərəfindən  təsdiq 

edilir. 


3.10.  Elmi-texniki  və  sosial-inkişaf  fondunun  vəsaitləri  müvəqqəti  olaraq,  6  ay 

müddətində sifarişçinin vəsaiti hesabına, qaytarılmaq şərti ilə, rektor tərəfindən icazə verilməklə 

müqavilələr üzrə xərclərin ödənilməsi üçün istifadə oluna bilər. 

 

4. Ali məkətəblərin elm-istehsalat fəaliyyəti 

4.1.  Ali  məkətəblərin  elmi-istehsalat  fəaliyyəti  fundamental  və  tətbiqi  tədqiqatların 

əsasında elmtutumlu, rəqabətə davamlı  məhsulun  işlənməsi  və  istehsal edilməsinə, onun daxili 

və xarici bazarlara müstəqil çıxarılmasına, tədqiqatların nəticələrinin təhsil prosesinə və islahata 

tətbiq  edilməsi  formalarının  genişləndirilməsinə,  ali  məktəbin  təcrübə-istehsalat  maddi-texniki 

bazasının möhkəmləndirilməsinə yönəldilir. 

4.2.  Elm-istehsalat  fəaliyyətinin  elmtutumlu,  aztonnajlı  və  xırda  seriyalı  məhsulun 

istehsalı,  hesablama  texnikası  üçün  proqram  vəsaitlərinin  işlənib  hazırlanması,  elm-istehsalat 

xidmətlərinin göstərilməsi, informatika, informasiya, marketinq, metrologiya və patent-lisenziya 

sahələri üzrə məsləhət və başqa xidmət növləri aiddir. 

 

5. Elmi-təqdiqat işlərinin təşkili və planlaşdırılması 

5.1.  Ali  məktəblər  elmi  və  elm-istehsalat  fəaliyyətinin  cari  və  perspektiv 

planlaşdırılmasını sərbəst həyata keçirirlər. 

5.2.  Ali  məktəblərdə  elmi-tədqiqat  işlərinin  planlaşdırılması  onların  əsas  elmi 

istiqamətlərinə müvafiq həyata keçirilir. 

Ali  məktəbin  elmi  istiqamətləri,  orada  hazırlanan  mütəxəssislərin  profilinə  uyğun, 

müvafiq  elm  və  texnika  sahəsində  perspektiv  inkişafını  və  vəziyyətini,  kadr təminatı,  maddi  və 

maliyyə imkanlarını nəzərə almaqla müəyyən edilir. 

5.3.  Elmi-tədqiqat  işlərinin  mövzularına  ali  məktəbin  Elmi  Şurasında  baxılır  və  onların 

planı  rektor  tərəfindən  təsdiq  olunur.  Ali  məktəbin  Elmi  Şurası  elmi-tədqiqat  işlərinin 

yekunlarını müzakirə edir, ən aktual və perspektivli elmi istiqamətlərin inkişaf etdirilməsi haqda, 

həmçinin  elmi-texniki  tərəqqinin  sürətləndirilməsinə  real  xidmət  etməyən  və  elmi 

zənginləşdirməyən elmi-işlərin dayandırılması haqda qərarlar qəbul edir. 

5.4.  Nazirliklər,  tabeliklərində  olan  ali  məktəblərin  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

elmi-tədqiqat  işlərini  maliyyə  vəsaiti,  təcrübə-eksperimental  bazasına  və  dövlət  planına  daxil 

edlimiş  obyektlərin  siyahısına  müvafiq  yeni  tikintilərin  inkişafı  üçün  mərkəzləşmiş  kapital 

qoyuluşunun  limitləri  ilə,  tikinti-quraşdırma  işlərinin,  eləcə  də  mərkəzləşmiş  qaydada  paylanan 

maddi-texniki resursların limitləri ilə və iqtisadi normativlərlə təmin etməlidirlər. 

5.5. Elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin yaradılması və 

tətbiq  edilməsi  müddətinin  azaldılması  məqsədilə,  müəyyən  olunmuş  qaydada  ali  məkətbin  

bazasında mühəndis və elmi-texniki mərkəzlər, ikili tabelikdə olan laboratoriyalar, respublikanın 

və  xarici  ölkələrin  müştərək  müəssisələri,  elm-istehsalat  birlikləri,  mərkəzlər,  kooperativlər, 

kiçik müəssisələr və s. şəklində çevik təşkilati formalar yaradıla bilər. 

5.6.  Ali  məktəbdə  yerinə  yetirilmiş  işlənmələrin,  elmi-texniki  nailiyyətlərin  tətbiqi  və 

mənimsənilmiş  təcrübənin  istifadəyə  verilməsi,  ali  məktəbin  təcrübə  bazasında  hazırlanmış 

elmtutumlu,  aztonnajlı,  xırda  seriyalı  məhsulun  istifadə  üçün  verilməsi,  müəssisələrdə, 

təşkilatlarda, xarici firmalarda, kooperasiyada elmi-texniki məhsulun birgə istehsalı, ali məktəbin 

elmi-texniki  məhsulun  onların  nəzdindəki  elm-istehsalat  kooperativləri,  elmi-texniki  xidmət 

mərkəzləri,  kişik  müəssisələr  və  həmçinin  birlik  və  assosiasiyalar  tərəfindən  istifadə  edilməsi 

haqda müqavilələr əsasında həyata keçirilir. 

5.7.  Tədqiqatların  və  işlənmələrin  nəticələrinin  təbliq  edilməsi  məqsədilə  ali  məktəblər, 

xarici ölkələrin sahə elmi-texniki, sənaye, kommersiya və başqa sərgilərində iştirak edir, tematik 

toplular  və  xüsusi  reklam  nəşrləri  buraxır  və  yayır,  özlərinin  elmi-texniki  nailiyyətləri  haqda 

nazirliklərə məlumat göndərir. 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə