Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

12 


-  görüləcək  işlərin  yeniliyi  və  aktuallığı,  alim  və  mütəxəssislərin  bu  sahədə 

əldə etdikləri elmi  nailiyyətləri,  gözlənilən nəticələr  göstərilməklə  laboratoriyanın 

yaradılmasının əsaslandırılması; 

-  yaradılacaq  ETL-in  ştat  vahidlərinin  sayı,  əmək  haqqı  fondu  və  illik 

xərclər; 

- təşkil olunan laboratoriyanın gələcək elmi rəhbəri haqqında məlumat, onun 

ixtisası, elmi dərəcəsi, elmi adı və müvafiq sahədə iş təcrübəsi; 

-  yaradılacaq  laboratoriyanın  maddi-texniki  bazası,  laboratoriyanın 

yerləşdirilməsi üçün sahə barədə məlumat. 

13.  Başa  çatmış  elmi-tədqiqat  işlərinin  hesabatları  və  onların  mərhələləri 

ETL-in iclaslarında müzakirə  edilir. ETL-in fəaliyyətinin nəticələri  haqqında elmi 

rəhbərin  hesabatı  hər  il  məktəbin  və  ya  profilinə  uyğun  fakültənin  elmi  şurasında 

dinlənilir və müzakirə edilir. 

14.  ETL-in  fəaliyyətinə  nəzarət  edilməsi  və  qiymət  verilməsi  Azərbaycan 

Respublikası Təhsil Nazirliyi  və tabeliyində ali  məktəb olan  nazirliklər  tərəfindən 

müəyyən edilmiş qaydalar üzrə  həyata keçirilir. 

15. Ali məktəbdə ETL birbaşa elmi işlər üzrə prorektora və rektora tabedir. 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr tarixli  

242 nömrəli qərarı ilə təsdiq edilmişdir 

3 №-li Əlavə  

 

Ali məktəbin sahə elmi-tədqiqat laboratoriyası haqqında 



Ə S A S N A M Ə 

 

1.  Xalq  təsərrüfatının  müvafiq  sahəsinin  mühüm  elmi-texniki  problemlərinin 



həll  edilməsi  məqsədilə  ali  məktəbin  professor-müəllim  heyətinin,  doktorantların, 

aspirantların və tələbələrin geniş cəlb edilməsi ilə ali məktəbdə sahə elmi-tədqiqat 

laboratoriyası  (gələcəkdə sahə laboratoriyası) yaradılır. 

2. Sahə laboratoriyası ali məktəbin elmi-tədqiqat şöbəsinin tərkibində sifarişçi 

nazirliklə  (idarə)  ali  məktəbin  tabe  olduğu  nazirliyin  birgə  razılığı  əsasında,  ali 

məktəbin tabe olduğu nazirliyin əmri ilə yaradılır. 

Sifarişçi  nazirlik  (idarə)  sahə  laboratoriyasının  yaradılması  üçün  əmək 

limitlərini ali məktəbə verir. 

3.  Sahə  laboratoriyasının  fəaliyyəti  ali  məktəblərdə  elmi-tədqiqat  işlərinin 

təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir. 

4. Sahə  laboratoriyasının əsas vəzifələri: 

-  təsdiq  edilmiş  istiqamətlər  üzrə  nəzəri  və  təcrübi  fundamental  elmi-

tədqiqatların yerinə yetirilməsi; 



 

13 


-  laboratoriyada  başa  çatmış  tədqiqatların  nəticələrinin  istehsalata  tətbiq 

edilməsi və müəllif nəzarətinin həyata keçirilməsi; 

- elmi-pedaqoji kadrların va mütəxəssislərin elmi səviyyəsinin yüksəldilməsi. 

5.  Sahə  laboratoriyasının  elmi  istiqamətləri  tabe  olduğu  nazirlik  tərəifndən 

sifarişçi təşkilatın tabe olduğu nazirliklə birlikdə təsdiq edilə və dəyişdirilə bilər. 

6.  Sahə  laboratoriyasının  elmi-tədqiqat  işləri  sifarişçi  təşkilatla  bağlanan 

müqavilələr  və  müvafiq  planlar  əsasında  yerinə  yetirilir.  Planlar  sifarişçi  nazirlik 

tərəfindən təsdiq edilir. 

7.  Sahə  laboratoriyası  müvafiq  sənaye,  elmi-tədqiqat,  layihə-texnoloji  sahə 

təşkilatları ilə sıx əlaqədə elmi-tədqiqat işləri yerinə yetirir. 

8. Sahə laboratoriyasının fəaliyyətinə, bir qayda olaraq professor və ya elmlər 

doktoru  rəhbərlik  edir.  Elmi  rəhbər  ali  məktəbin  müvafiq  kafedralarının  

əməkdaşları sırasından rektor tərəfindən təyin olunur və azad edilir. 

Sahə laboratoriyasının elmi rəhbəri: 

-  aparılan  tədqiqatların  elmi  və  metodik  səviyyəsinə,  onların  vaxtında  yerinə 

yetirilməsinə, elmi nəticələrin alınmasına cavabdehdir; 

- elmi-tədqiqat işlərinin planlarının tərtibini və icrasını təmin edir; 

- laboratoriyanın başqa elmi tədqiqatlarla və ali məktəbin müvafiq kafedraları 

ilə fəaliyyətini əlaqələndirir; 

- ali məktəbin professor-müəllim heyətini, doktorantları, aspirant və tələbələri 

laboratoriyada  elmi-tədqiqat  işləri  aparmasına  cəlb  edir  və  laboratoriyanın  ştatlı 

işçilərinin tədris prosesində  iştirak etməsinə şərait yaradır; 

-  laboratoriyanın  elmi  işçilərinin  və  başqa  mütəxəssislərinin  attestasiyasını 

təşkil edir; 

-  xüsusi  əhəmiyyətə  malik  olan  və  ya  zərərli  amillərlə  bağlı  işlərin  yerinə 

yetirilməsində iştirak edən əməkdaşlara əlavə əmək haqqı ayrılması barədə məsələ 

qaldırır. 

Sahə  laboratoriyasının  işçilərinin sayı 8  nəfrədən az olmadıqda elmi rəhbərin 

təşəbbüsü  ilə  rektor  tərəfindən  laboratoriyaya  müdir  vəzifəsi  müəyyən  edilə  bilər. 

Müdir  laboratoriyanın  elmi  rəhbərinin  təqdimatı  əsasında  rektorun  əmri  ilə  təyin 

edilir. 

Laboratoriyanın  müdiri  laboratoriyanın  cari  fəaliyyətini  təşkil  edir  və 

bilavasitə əməkdaşların işinə rəhbərlik edir. 

9.  Sahə  laboratoriyasında  elmi-tədqiqait  işləri  laboratoriyanın  ştat  işçiləri,  ali 

məktəbin  professor-müəllim  heyəti,  rəhbər,  mühəndis-texniki  işçiləri  və  başqa 

mütəxəssisləri, tədris-köməkçi heyəti, tələbələri tərəfindən və daxili ştat əvəzçiliyi 

şərtləri ilə cəlb edilmiş işçilərlə aparılır. 

Sahə  laboratoriyalarının  ştat  cədvəli  ali  məktəbin  rektoru  tərəfindən  təsdiq 

edilir. 

10.  Sahə  laboratoriyası  ali  məktəbdə  və  ya  sifarişçi  nazirliyin  (idarənin) 

müəssisə və təşkilatlarında yerləşdirilir. 

11.  Sahə  laboratoriyasının  təşkili  haqqında  təkliflər  aşağıdakıları  əhatə 

etməlidir: 



Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə