Azərbaycan respublikasi naziRLƏr kabineti



Yüklə 242,94 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix05.04.2018
ölçüsü242,94 Kb.
#36125
1   2   3   4   5   6   7   8   9

 

14 


-  təklif  edilən  sahə  laboratoriyasının  yaradılmasının  məqsəd  və  vəzifələri 

(laboratoriyanın elmi istiqamətləri və tədqiqatların gözlənilən nəticələrinin texniki-

iqtisadi dəyəri); 

- təklif olunan elmi rəhbər; 

- ali  məktəbdə  və  ya sifarişçi  nazirliyin (idarənin)  müəssisə və təşkilatlarında 

laboratoriyanın normal fəaliyyəti üçün ayrılan sahə haqqında məlumat; 

- yeni yaradılacaq sahə laboratoriyasına elmi himayədarlıq edəcək kafedranın 

adı, onun professor-müəllim heyəti haqda məlumat; 

-  sifarişçi  tərəfindən  sahə  laboratoriyasında  görüləcək  elmi-tədqiqat  işlərinin 

dəyərinin ödənilməsi məqsədilə ayrılan maliyyə vəsaitin həcmi. 

12.  Sahə  laboratoriyasının  mühasibat  uçotu  və  maliyyə  əməliyyatları  ali 

məktəbin mühasibatlığı tərəfindən həyata keçirilir. 

13.  Sahə  laboratoriyasının  fəaliyyətinə  nəzarət  ali  məktəbin  tabe  olduğu 

nazirlik (idarə) və sifarişçi nazirlik (idarə) tərəfindən həyata keçirilir. 

14.  Sahə  laboratoriyası  ali  məktəbin  tabe  olduğu  nazirlik  (idarə)  və  sifarişçi 

nazirliklərin  (idarələrin)  birgə  qərarına  əsasən  ali  məktəbin  tabe  olduğu  nazirliyin 

əmri  ilə  ləğv  və  yenidən  təşkil  edilə  bilər.  Sahə  laboratoriyasının  ləğv  edilməsi 

haqqında qərar qəbul edildikdən sonra bu barədə ali məktəbə məlumat verilməli və 

həmin sahə laboratoriyasının fəaliyyəti üç aydan gec olmayaraq dayandırılmalıdır. 

Laboratoriya  ləğv  edildikdən  sonra  avadanlıq  və  başqa  əmlak  ali  məktəbin 

balansında  saxlanılıb,  müvafiq  elmi-tədqiqat  (sahə)  laboratoriyalarına  və  ya 

kafedralara verilir. 

15.  Sahə  laboratoriyasının  fəaliyyəti  ilə  bağlı  bu  Əsasnamədə  nəzərdə 

tutulmayan  bütün  məsələlər,  ali  məktəbin  tabe  olduğu  nazirlik  tərəfindən  həll 

edilir. 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər  

Kabinetinin 1995-ci il 6 noyabr tarixli  

242 nömrəli qərarı ilə təsdiq edilmişdir 

  4 №-li Əlavə  

 

Təsərrüfat hesablı elmi-tədqiqat işləri haqqında 

Ə S A S N A M Ə 

 

1.  Ali  məktəbin  elmi  tədqiqatlar  aparan  bölmələri  (icraçı)  istehsalat  və  elmi-



tədqiqat  birlikləri,  müəssisə  və  təşkilatlar  ilə  (sifarişçi  təşkilat)  təsərrüfat 

müqavilələri  fundamental,  axtarış  və  tətbiqi  tədqiqatlar,  təcrübə-konstruktor  və 

texnoloji  xidmətlərin,  bundan  əlavə  təsərrüfat  müqavilələri  ali  məktəbdə  aparılan 

elmi  tədqiqatların  nəticələrini,  ixtiralarını  xalq  təsərrüfatına  tətbiq  etmək, 

elmtutumlu  və  aztonnajlı,  xırda  seriyalı  məhsulun  istehsalı,  proqram  vəsaitlərinin 

yaradılması və elmi-texniki xidmətlərin göstərilməsi üçün bağlana bilər. 




 

15 


2.  Elmi  təşkilatlar  təsərrüfat  müqavilələri  əsasında  sahədaxili  və  sahələrarası 

problemlərin  həll  edilməsi  məqsədilə,  ali  məktəbin  ixtisas  istiqamtlərinə  müvafiq, 

xalq  təsərrüfatı  üçün  hazırladığı  mütəxəssislərin  profilinə  uyğun  və  ali  məktəbdə 

alınmış  fundamental  tədqiqatların  nəticələrinə  əsaslanaraq  elmi-tədqiqat  və 

konstruktor texnoloji işlər aparırlar. 

3.  Təsərrüfat  hesablı  elmi-tədqiqat  işləri  icraçı  bölmələrin  ştat  işçiləri,  ali  

məktəbin  professor-müəllim  heyəti,  rəhbər,  mühəndis-texniki  işçiləri  və  başqa 

mütəxəssisləri,  tədris-köməkçi  heyəti,  aspirant  və  tələbələri,  daxili  ştat  əvəzçiliyi 

şərtləri  ilə  və qismən əməkdaşlıq  haqqında razılıq əsasında kənardan cəlb edilmiş 

mütəxəssislər tərəifndən yerinə yetirilir. 

4.  Təsərrüfat  hesablı  elmi-tədqiqat  işləri  ali  məktəblərdə  elmi-tədqiqat 

işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir. 

5. Müqavilədə xüsusi şərt olmadıqda təsərrüfat hesablı elmi-tədqiqat işlərinin 

aparılması üçün lazım olan sahə, avadanlıq, elektrik enerjisi və s. icraçı tərəifndən 

təmin edilir. 

6.  Təsərrüfat  hesablı  müqavilənin  icrası  müddətində  ayrılan  vəsait  hesabına 

əldə  edilən  avadanlıq,  ləvazimat  və  s.  iş  başa  çatdıqdan  sonra  icraçı  müəsisənin 

balansında qalır. 

7.  Elmi  təşkilatların  müqavilələr  əsasında  alınmış  elmi-texniki  məhsulları 

əmtəədir. 

8. Elmi-texniki məhsula aşağıdakılar aiddir: 

- elmi-tədqiqat, konstruktor, texnoloji və layihə işləri və onların mərhələləri; 

- elmtutumlu tədqiqatlar sahəsində elmi-texniki layihələr; 

-  elmi-texniki  və  təcrübə-konstruktor  işlərinin  nəticələri  əsasında  yaradılmış 

materialların, yeni cihaz və texnikanın sınaq nümunələri; 

-  ali  məktəbin  sınaq  bazasında  yaradılmış  xırda  seriyalı  və  aztonnajlı 

elmtutumlu məhsullar; 

-  hesablama  texnikası  üçün  yaradılmış  proqram  vasitələri,  elm-istehsalat 

xiddmətləri,  həmçinin  informasiya,  informatika,  metrologiya,  patent-lisenziya 

sahələrində görülən xidmətlər; 

-  elmi-texniki,  iqtisadi,  idarəetmə  və  s.  sahələrdə  məsləhətverici  və  ekspert 

xidmətləri. 

9.  Təsərrüfat  müqaviləsi  ali  məktəbin  rektoru,  elmi  işlər  üzrə  prorektor  və 

yaxud  məktəbin  nəzdindəki  hüquqi  şəxs  statusuna  malik  olan  elmi-tədqiqat 

təşkilatının rəhbəri tərəifndən təsdiq edilir. 

10. Bağlanmış  müqavilə elmi-texniki  məhsulun sifarişçisi və icraçısı arasında 

münasibətləri  tənzimləyən,  götürülmüş  öhdəliklər  və  onların  yerinə  yetirilməsi 

üzrə  qarşılıqlı  iqtisadi  məsuliyyəti  müəyyənləşdirən  əsas  hüquqi  və  maliyyə 

sənədidir. 

 

 



 

 

 



 


Yüklə 242,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə