əməliyyatları ilə məşğul olan ticarətçilərə qarşı iqtisadi sanksiyalar tətbiq
edilə bilər. Belə sanksiyalar onların ticarət xidmətlərinin bağlanması ilə
də nəticələnə bilər. Bu sanksiyalar iqtisadi və sosial sahələrdə olduqca
daha geniş yayılmışdır.
Dövlət qulluğu rejimi - dövlət qulluqçusunun bütün karyerası
boyunca, yəni o, vəzifəyə təyin olunduğu vaxtdan qulluqdan
çıxarılanadək administrasiya tərəfindən ona münasibətdə birtərəfli
qaydada qəbul edilən hakimiyyət qərarları ilə səciyyələnən rejimdir.
Məsələn, dövlət qulluqçusu xüsusi bölmədə işə keçmək üçün istefaya
getmək arzusunda olduğunu bildirir. O, öz istefasını təklif etməklə, istefa
verə bilər, lakin onun istefası yalnız administrasiya tərəfindən qəbul
edildiyi təqdirdə gerçəkləşəcəkdir. Administrasiyanın razılığı olmadan o,
işi tərk edə bilməz. Bir qayda olaraq, belə razılığı administrasiya
verməlidir. Administrasiya hüquqa, bəzi hallarda isə dövlət
qulluqçusunun təcrübəli, işgüzar olmasına əsaslanaraq, istefa barədə
imtina qərarı qəbul edə bilər.
Hətta administrasiya və xüsusi şəxs arasında bərabərhüquqlu
münasibətlərin saxlanılması şəraitində çərçivələri müəyyənləşdirilən
müqavilə münasibətlərində administrasiyanın birtərəfli qaydada hərəkət
etmək səlahiyyətləri müəyyənləşdirilir.
Administrasiya bəzən kontragentə qarşı müqaviləyə əsasən, mal
göndərilməsi və yaxud işlərin görülməsi müddətlərini ləngitdiyinə görə
sanksiyalar tətbiq edə bilər. O, birtərəfli qaydada müqavilədə iş həcmini
azaltmaq və ya dəyişikliklər etməklə edibsə də, bunu, kontragentə
məcburən qəbul etdirə bilər. Nəhayət, kontragentin heç bir günahı
olmadıqda belə administrasiya müqaviləni poza bilər, lakin bu zaman o,
kontragentə vurulan ziyanı ödəməyə borcludur.
Maliyyə xarakterli məsələlər barədə qərarlar qəbul edilməsində
administrasiyanın imtiyazlı vəziyyətinə dair üç misal göstərmək olar.
Qanunla icazə verildiyi təqdirdə administrasiya vergi tuta və hər
bir adamın ödəməyə borclu olduğu verginin miqdarını müəyyən edə
bilər, lakin o, xüsusi şəxslərdən və digər xüsusi şəxslərdən vergi tutmaq
hüququna malik deyildir.
Bir çox hallarda qarşılıqlı vergiyə münasibətlərindən başqa,
administrasiyanın xüsusi şəxslərə qarşı borcla bağlı tələbləri də meydana
çıxa bilər.
Bu, o halda olur ki, dövlət qulluqçusu əsas maaşından əlavə
həddən artıq qeyri-qanuni mükafat alır: bu zaman ona bir vəzifə olaraq
tapşırılır ki, qanuni olaraq artıq aldığı pulu qaytarsın: o, öz əməli ilə
müdiriyyətə
zərər vurmuşdursa, onda zərərin məbləğini ödəyir.
92