Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə28/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

hüquqi deyil, həm də birinin digərindən asılılıq sistdmini də əhatə edirdi. 
Həqiqətən  də,  mülki  hüquqa  nisbətən  inzibati  hüquq  yalnız 
administrasiyaya geniş səlahiyyətlər vermişdir, biri digərinin sistemi ilə 
mövcuddur,  bu  zaman  hakimiyyət  həcmi  məhdudlaşdırılır  və 
administrasiyaya həvalə olunan, xüsusi şəxslərin (fərdlərin) öhdəsindən 
gələ bilmədikləri vəzifələr, onların qarşısına qoyulur. 
Məsələn,  xüsusi  müəssisə  öz  məhsulatlarmı  kimə  istəsə  ona  da 
sata  bilər.  Halbuki  məhsul  buraxan  və  yaxud  xidmətlər  göstərən 
administrasiya  öz  müştərilərini  özləri  seçə  bilməz,  çünki  o,  ictimai 
(ümumi) xidmətdən istifadə edənlər arasında münasibətlərdə bərabərlik 
prinsipi  ilə  bağlıdır  və  onun  xidmətlərinə  ehtiyacı  olanların  hamısını 
təmin etməlidir. 
Sahibkar  öz  işlərini  istədiyi  yolla  -  qəzetdə  elan  verməklə  və 
yaxud  ixtisaslaşdırılmış  müəssisələrə  müraciət  etmək  yolu  ilə  seçib 
toplaya  bilər.  Administrasiya  isə  öz  şəxsi  işçilərini  bu  şəkildə  toplaya 
bilməz;  o  bir  sıra  prosedurlara,  ilk  növbədə  müsabiqə  qaydasına  əməl 
etməyə borcludur. 
Bununla  bərabər,  administrasiya  öz  tədarükçülərini  və  yaxud 
podratçılarını  da  sərbəst  şəkildə  seçə  bilməz.  O  öz  fəaliyyətini  ümumi 
(ictimai) sövdələşmələr bağlanmasına əməl etməklə həyata keçirə bilər. 
Nəticə etibarilə inzibati hüquq çox zaman öz aralarında bağlı olan 
səlahiyyətlərin və vəzifələrin ayrılmaz məcmusundan ibarət olur. 
Misal  üçün,  dövlət  əmlakı  iki  elementlə  səciyyələnir:  o, 
toxunulmazdır  və  özgələşdirilə  bilməz.  Toxunulmazdır,  ona  görə  ki, 
ictimai  sərvətin  bir  hissəsini  təşkil  edir  və  göstəriş  əsasında  digərləri 
tərəfindən uzun müddət istifadə edilə bilməz, halbuki xüsusi mülkiyyəti 
əldə  etmək  üçün  belə  normalar  yoxdur.  İctimai  sərvətlərin  müdafiə 
mexanizmi  bundan  ibarətdir  ki,  ictimai  mülkiyyət  hətta  bir  neçə  əsr 
ərzində  xüsusi  şəxslərin  istifadəsinə  verilsə  belə,  onların  mülkiyyətinə 
çevrilmir.  Mülkiyyətçi  isə idarə etdiyi  xidmətlərin  üzərində  məsuliyyət 
yükünü  özü  daşıyır.  Onlar  mülkiyyətin  reyestrlərdən  silinməsini  başa 
çatdırmadan (nəticədə ictimai istifadədən çıxarmadan) həmin mülkiyyəti 
sata bilməzlər. 
Administrasiya müəyyən səlahiyyətlərə malikdir. O, öz təşəbbüsü 
ilə, digər tərəfin razılığı olmadan ona müəyyən vəzifələr həvalə edə bilər, 
lakin bunun əvəzində ona maliyyə kompensasiyası haqqı ödənməlidir. 
İnzibati məsuliyyətə gəldikdə isə administrasiyanın məsuliyyətə 
84 


cəlb edilməsi Dövlət Şurasının qəran ilə müəyyən edilməlidir. Lakin bu 
barədə qərar qəbul edildikdən sonra qeyd edilən məsuliyyətə cəlb - etmə 
məhkəmə  praktikası  vasitəsilə  həyata  keçirilir,  hətta  belə  risk  üçün 
məsuliyyət  dairəsinin  genişləndirilməsi  nəticəsində  administrasiyanın 
məsuliyyəti xüsusi şəxslərin məsuliyyətindən xeyli geniş təfsir edilir. Bu 
isə 
səlahiyyətlərin 
məhdudlaşdırılması 
hesabına 
vəzifələrin 
genişləndirilməsi ilə nəticələnir. 
İnzibati  hakimin  nəzarət-yurisdiksion  fəaliyyətində  də  eyni 
proseslər baş verir. Çox zaman iddia edilir ki, onun nəzarəti yurisdiksion 
imtiyazlardır, əslində isə bu, servitutdur, yaxud vəzifədir, o mənada ki, 
həmin  xüsusi  hakim  tərəfindən  edilən  nəzarət  ədliyyə  məhkəmələri 
tərəfindən  edilən  nəzarətlə  müqayisədə  nisbətən  daha  geniş  və  daha 
məsuliyyətlidir. 
Hətta səlahiyyət və vəzifə arasında fərqin olmasına baxmayaraq, 
inzibati  hüququn  əsas  prinsipləri  haqqında  mühakimə  yürüdülərkən  bu 
prinsip əsas götürülə bilər. 
Administrasiyanın  üstün  hüquqlarını  iki  böyük  kateqoriya  üzrə 
təsnif  etmək  olar.  Bunlar  idman  terminologiyasından  istifadə  edərkən 
işlədilən  «hücum»  və  «müdafiə»  anlayışlarına  uyğun  gəlməlidir: 
administrasiya,  bir  tərəfdən,  xüsusi  (fərdi)  şəxslərə  münasibətdə 
səlahiyyətlərə  malikdir,  digər  tərəfdən  isə  o,  xüsusi  (fərdi)  şəxslərin 
hərəkətlərinə məxsus müdafiə ilə təmin olunmur. 
Administrasiya  qərarların  qəbul  və  icra  edilməsində  bir  sıra 
səlahiyyətlərə malikdir. Qərar elə hüquqi  aktdır ki, inzibati orqan onun 
köməyi  ilə  əvvəllər təşəkkül tapmış  hüquqi  sistemdə  dəyişikliklər edir. 
Hüquq qaydası həmişə elementlərin müəyyən vəziyyətinə əsaslanır və hər 
bir yeni qəbul edilmiş qərar əvvəlki qərarın həqiqi vəziyyətinə əks təsir 
göstərə bilməz. 
Misal üçün, yeni qərarın icra edilməsi problemi ortaya çıxırsa və 
onun  icrası  məcburi  xarakter  daşıyırsa,  o,  məcburi  qaydada  icra 
edilməlidir. 
İnzibati  hüququn  üstün  hüquqları  administrasiyaya  hüquqi 
baxımdan mütləq icra edilməli olan qərarlar qəbul etmək və onlann maddi 
təcəssümünü təmin etmək imkanı yaradılması ilə səciyyələnir. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnun  prinsipləri 
dedikdə, inzibati hüququn mahiyyətini əks etdirən əsas ideyalar, tələblər
müddəalar  başa  düşülür.  İnzibati  hüququn  prinsipləri  öz  məzmun  və 
məqsədlərinə görə iki qrupa bölünür: 

 
konstitusion (ümumi) prinsiplər; 

 
xüsusi prinsiplər. 
85 


Konstitusion (ümumi) prinsiplərə aşağıdakı prinsiplər aiddir: 
qanunçuluq; demokratizm; humanizm; 
vətəndaşların qanun və hüquq tətbiqedicilik arşısmda bərabərliyi
dövlət və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi
təqsirsizlik prerumpsiyası; ədalətlilik və s. 
Xüsusi prinsiplərə aşağıdakılar aiddir: 

 
dövlət qulluğunun keçirilməsi prinsipləri

 
inzibati məsuliyyət prinsipləri; 

 
inzibati xətalar haqqında işlərin icraat prinsipləri və s. 
Yuxarıda göstərilən prinsiplər öz xarakterlərinə görə ümumi və 
xüsusi xarakter daşıyırlar. 
§2. Qərarların qəbul edilməsi qaydası, 
məzmunu və icrası 
Qərar  qəbul  etmək  baxımından  administrasiyanın  vəziyyəti 
xüsusi şəxslərin vəziyyətindən iki cəhətə görə: metodların daha səmərəli 
olması və məzmununun genişliyi ilə fərqlənir. 
Xüsusi hüquqda şəxs əgər icra olunmalı, yəni yerinə yetirilməsinə 
nail ola biləcəyi qərar qəbul etməyə hazırlaşırsa, o, digər xüsusi şəxsin 
razılığını  almaq  və  yaxud  hakimin  müdaxiləsindən  istifadə  etmək 
imkanına malik olur. 
Birinci halda o, qəbul etmək istədiyi qərarı əks etdirən müqavilə 
bağlayır.  Lakin  o,  hələ  məhsulun  keyfiyyətini,  qiymətini,  göndərilmə 
müddətini  və  i.a.  təmin  etmək  üçün  əvvəlcədən  alıcının  razılığını 
almalıdır. 
Əgər  o,  razılıq  verməsə,  belə  hallarda  məhkəməyə  müraciət 
edilməlidir. Bu, kirayənişini mənzildən çıxarmaq istəyən ev sahibinə də 
aiddir: əgər kirayənişin öz razılığı ilə köçüb gedirsə, məsələ öz- özünə 
həll  olunur,  əgər  o,  tutduğu  mənzildən  çıxmaq  fikrində  deyilsə,  onda 
onun  çıxarılması  üçün  müvafiq  orqanlara  müraciət  edilir  və  bu  barədə 
sərəncam verilməsi xahiş olunur. Administrasiya qərar qəbul edərkən iki 
imtiyaza  malikdir:  o,  digər  şəxsin  razılığı  və  məhkəmənin  müdaxiləsi 
olmadan da qərar qəbul edə bilər. Bunun üçün o, birtərəfli hakimiyyət 
səlahiyyətinə  və  qabaqcadan  sanksiya  verilməsi üçün  hakimə  müraciət 
etmək hüququna malikdir. 
Administrasiyanın mühüm xarakterik cəhətlərindən biri onun 
86 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə