rakterli səlahiyyətlərə malikdirlər. Səlahiyyətli dövlət orqanlarının və
vəzifəli şəxslərin inzibati hakimiyyəti onlara aid edilir.
Dövlət müəssisələrindən fərli olaraq, dövlətin qeyri-dövlət
müəssisələrinə təsiri məhduddur. Dövlət onlann təsis edilməsi, onların
fəaliyyət istiqamətlərini və onların idarə edilməsi kimi məsələləri
müəyyən edir.
Qeyri-dövlət müəssisələrinin fəaliyyətinə
qanunvericiliklə heç bir
məhdudiyyət qoyulmur, lakin cəmiyyətin və vətəndaşların təhlükəsizliyi
naminə onlann fəaliyyətinin məhdudlaşdınimasım qanunvericilik istisna
etmir.
Azərbaycan Respublikasında ictimai birliklərin və fondların
yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətləri
«Qeyri-hökumət təşkilatlan (ictimai birliklər və fondlar)» haqqında 13
iyun, 2000-ci il tarixli, 894-İQ saylı Azərbaycan Respublikasının qanunu
tənzimləyir.
81
Hələ o zamanlar nüfuzlu və hökmran inzibati hüquq spesifik və
tam dəqiq olmayan anlayış idi, çünki vətəndaşlar arasında həqiqi
bərabərlik mövcud deyildi. Bu artıq XV yüzillikdə öz təsir qüvvəsini
itirdi və zəiflər, bankirlər və dilənçilər arasında bərabərliyin olmaması
qabarıq surətdə üzə çıxdı. Bu prinsip aşağıdakılar arasında olan hüquq
münasibətlərində özünü büruzə verirdi, məsələn, sahibkarların yanında
muzdlu işləyən şəxslər arasında, ev sahibi ilə kirayənişinlər arasında,
sığortaçı ilə sığorta olunan şəxs arasında və yaxud minik sahibi ilə
sərnişin arasında münasibətlər qeyri-bərabərliyi təşkil edirdi. Doğrudan
da, hüquqi münasibətlərin bütün bu növlərində bir şəxs digəri qarşısında
asılı vəziyyətdə qalır. Mülki hüquqi münasibətlər hüquqi baxımdan yaxşı
məlum olan əmək müqaviləsinə imza atmaqla tərəflər arasında yaranır.
Sığorta haqqında müqavilə bağlamaq istədikdə, tərəflər öz
aralarında onu müzakirə etmək hüququna malikdirlər (və bəzi hallarda
onu həqiqətən müzakirə edirlər), lakin əksər hallarda adamlar artıq
hazırlanmış olan müqaviləyə qoşulmaqla, yəni onu imzalamaqla
kifayətlənirlər. Sığorta şirkəti həmin müqaviləni müzakirəyə qoymur,
lakin şərtlərinə də qoşulmağı təklif edir. Eynilə də nəqliyyata bilet alanda,
şərait və rahatlıq haqqında ümumiyyətlə müzakirə getmir. Tərəflərdən
biri faktiki olaraq elə vəziyyətdə olur ki, öz iradəsini digər tərəfə qəbul
etdirməyə nail olur.
Əlbəttə, hazırda belə vəziyyət qanunlarla, habelə həmkarlar
ittifaqlarının sahibkarlarla və fəhlələr arasında münasibətlər sahəsindəki
fəaliyyətilə xeyli dərəcədə qaydaya salınmışdır. Qeyri-bərabərlik hüququ
XIX əsrdən başlayaraq tədricən aradan qaldırılmağa başlansa da,
tərəflərin hüquq bərabərsizliyi inzibati hüquqda hələ qalırdı. Ona görə də
bu münasibətlər xüsusi hüquq normaları ilə tənzimlənirdi.
Tətbiq edilən xüsusi hüquq normaları nəticəsində ayrı-ayrı
sahələrdə administrasiya daha az imtiyazlara və hakimiyyətə malik
olurdu.
Xüsusi hüquq normaları sayəsində sahibkarın öz tabeçiliyində
olan muzdlu işçiləri işdən azad etmək proseduru çətinləşmişdi. Lakin
buna baxmayaraq onların işi administrasiyaya nisbətən daha asan idi. Bu
isə hüquqi səbəblərdən irəli gəlirdi, çünki qulluqçu üçün müdafiə
mexanizmi muzdlu əməklə məşğul olanlara nisbətən daha geniş idi. Bu
isə, sosial səbəblər və bəzi ənənələrlə əlaqədar ortaya çıxırdı.
Belə ki, ictimai hakimiyyətin imtiyaz formaları və yaxud ictimai
hakimiyyətin üstün hüquqları real gerçəkliyi tam əks etdirmirdi.
Professor Riveronun
göstərdiyi kimi, inzibati hüquq yalnız səlahiyyətlər
83