dı; çünki o, özünə hüquq qazanmış, xidməti işdə
də mövqe tutmuşdur; bu
baxımdan onun mövqeyini sonsuzluğadək sual altında qoymaq olmaz.
Buna görə də Dövlət Şurası Kaşenin işinə dair qərarında həmin iki tələb
arasında kompromis variantına əl atdı.
Əgər hər hansı bir akt qanunsuz normativ aktdırsa (çox zaman
fərdi aktlar belə olur), onun fəaliyyəti yalnız məhkəmə qaydasında şikayət
verilməsi ilə həll edilir. Bu zaman aktın qüvvəsi onun dərc edildiyi və
yaxud haqqında məlumat verildiyi gündən etibarən iki aylıq müddət
ərzində dayandınla bilər. Bu, məmurun vəzifəyə təyin edilməsinə,
tikintiyə icazə verilməsinə və yaxud hər hansı güzəştlərin müəy-
yənləşdirilməsinə də aiddir.
Əksinə, qanunsuz akt dəfələrlə öz təsir gücünə malikdirsə, o,
istənilən vaxt ləğv oluna bilər. Dövlət Şurası öz məhkəmə praktikası ilə
hüquqi
normalara
uyğun
olmayan
aktların
siyahısını
müəyyənləşdirmişdir. Bunlar misal üçün, reqlamentar aktları və
qulluqçuların maaşının miqdarını müəyyən edən maliyyə xarakterli
qərarlar ola bilər.
Lazımi şərait olduqda, yəni qəbul edilən akt qanunsuz hüquq
normalarına uyğun olmayan akt deyilsə, yaxud belə akt olsa da belə ondan
şikayət verilməsi müddəti keçmişdirsə, bu zaman həmin aktın ləğv
olunması administrasiyadan tələb edilə bilər və yaxud da administrasiya
bunu öz təşəbbüsü ilə də ləğv edə bilər. Əgər administrasiya öz qarşısına
məqsəd qoymuşdursa, o aktı ləğv etmək onun borcudur - bu, sərt
səlahiyyət haqlı hesab edilir.
Lakin çox zaman administrasiya psixoloji və yaxud siyasi
səbəblər üzündən öz səhvini etiraf etməyə tərəddüd edir, qulluqçularının
qanunsuz hərəkətə yol verdiyini təsdiqləmək istəmir. Belə hallarda aktın
ləğvinə nail olmaq üçün məhkəməyə müraciət edilməlidir. Bu, qanunsuz
aktların məhkəmə qaydasında ləğv edilməsinin ən geniş yayılmış
üsuludur.
Məhkəmə qaydasında ləğvetmə.
Administrasiyadan fərqli olaraq
məhkəmə öz təşəbbüsü üzrə fəaliyyət göstərə bilməz. O gözləməlidir ki,
ona şikayət daxil olsun və həm də bu şikayət əsaslı olsun.
Şikayətlərin əsaslılığının şərtlərindən biri ikiaylıq müddətdir.
Konkret haldan asılı olaraq, aktın ləğv edilməsi yalnız onun dərc
olunduğu və yaxud haqqında məlumat verildiyi gündən sonra iki ay
ərzində tələb oluna bilər. Bu norma qanunsuz xarakterli olması barədə
istənilən vaxt şikayət verilə bilən aktlara qarşı irəli sürülən iddialara da
tətbiq olunur.
Onu da qeyd etmək lazımdır ki, şikayət verilməsi faktı
özü-özlüyündə aktın icrasını dayandırmır. Əgər administrasiya başqa
qərara gələrsə, icra təxirə salına bilər, belə hallarda akt icra edilməlidir.
149
Qanun aktlarının ləğvinə nail olmaq üçün ikiaylıq müddətdən
sonra və yaxud aktın qeyri-qanuniliyindən istənilən
vaxt etiraz bildirmək
olar; ləğv edilməsinə, fəaliyyətinin dayandırılmasına və yaxud
qanunçuluğun pozulması barədə protestlərin qəbul edilməsinə yalnız
mürir-müddət çərçivəsində nail oluna bilər. Lakin administrasiya hüquqi
normalara uyğun olmayan aktlarını, yəni bütün qanunsuz aktla- nnı və
fərdi aktlarının bəzilərini istədiyi vaxt ləğv edə bilər.
Ləğ-yetmənin nəticələri.
Prinsipcə belə nəticələrin böyük əhəmiyyəti
vardır,
çünki
aktın
fəaliyyətinin
administrasiya
tərəfindən
dayandırılmasından və ya məhkəmə tərəfindən onun ləğvindən söhbət
getməsindən asılı olmayaraq, belə aktlar heç vaxt mövcud olmamış hesab
edilir və
tamamilə, qəti olaraq onun geriyə təsir qüvvəsi olmur.
Belə hallarda çox zaman obyektiv və subyektiv xarakterli
çətinliklər meydana çıxır.
Obyektiv çətinliklərə gəldikdə isə Marli-le-Ruada çoxmərtəbəli
binaların tikintisinə verilmiş icazənin Dövlət Şurası tərəfindən ləğv
edilməsi ilə əlaqədar olaraq iki binanın tikintisinə verilmiş icazələrin ləğv
edilməsini göstərmək olar: bir bina tam tikilib qurtarmış, lakin
sökülməmişdir, digərinin isə yalnız bünövrəsi qoyulmuş, bundan sonra
tikinti tamamilə dayandırılmışdır.
Mülahizələr əsas götürülərək qətiyyətlə etiraf edilməlidir ki, ləğv
edilmiş işlərin geriyə təsir qüvvəsi yoxdur.
Subyektiv çətinliklərə gəlincə, söhbət o subyektlərdən gedir ki,
administrasiya ləğvetmə haqqında tələbi yerinə yetirə biləcəyi halda,
bunu siyasi və yaxud praktik mülahizələrə görə qəsdən etmir.
Bir sıra hallarda aktların ləğv edilməsi hər cür maneələrə rast
gəlir, ona görə də nəticəsiz qalır; bəzən isə administrasiya onu başqa
formada bərpa edir, yaxud görülmüş işi nəyin bahasına olur-olsun
qanuniləşdirməyə çalışaraq, onu rəsmi qaydada normativ şəklə salır.
Sonuncu halda hökumət məhkəmə hakimiyyətini inandırmağa
çalışır ki, belə hallar bir növ parlamentin nüfuzuna xələl gətirir. Hökumət
isə parlamentdən xahiş edir ki, həmin aktı qanuni qüvvədə saxlasın.
Klassik ingilis nəzəriyyəsində qeyd olunur ki, parlament kişini qadına
çevirməkdən başqa hər şey edə bilər. Fransız variantında demək olmaz ki,
parlament hər şeyə qadirdir, lakin o cümlədən o da qeyri-qanuni aktlara
müvafiq qüvvə verməklə onları qanuni akta çevirə bilər.
Bəzi hallarda belə praktikalar dövlət büdcəsi ilə əlaqədar olan
tələsik, təcili, hazırhqsız olaraq müzakirə edilir, nəticədə isə qanunsuz
qərar qəbul olunur.
Parlament qanunsuz aktların qanuni qüvvəyə minməsi barədə
150