Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
 
 
29 
pının  daralmasına,  yırtıq  defektinin  çapıqlaşmasına  səbəb  olur.  İnyeksion  üsul  sər-
bəst,  kiçikölçülü  yırtıqların  müalicəsində  çox  səmərəlidir.  Lakin  seçimin  səhv  apa-
rılması və texniki yalnışlıqlar hesabına bəzi fəsadlar meydana çıxır: 
toxum ciyəsinin 
və 
yırtıq möhtəviyyatının nekrozu, kimyəvi peritonit və b. [83]. Bu səbəbdən üsulun 
tətbiqi  onun  istifadədinə  göstərişlərin  dəqiq  təyinini,  keyfiyyətli  şüa  vizualizasiyası 
(USM, KT və ya MRT nəzarəti altında) və texniki manipulyasiyaların incəliklə yeri-
nə yetirilməsini tələb edir. 
1.4.
 
Qarının  ön  divarının  yırtıqları  zamanı  cərrahi  əməliyyat  üsulunun 
seçilməsinin ümumi prinsipləri 
Sonuncu  onilliklərdə  yırtıqların,  xüsusilə  qasıq  yırtıqlarının  plastiksaında  poli-
mer  tərkibli  torların  istifadəsinə  üstünlük  verilməklə  gərginliksiz  plastikası  üsulları-
nın  geniş  tətbiqi  yırtıqların  residivi  və  əməliyyatdan  sonrakı  ağırlaşmaların  əmələ 
gəlməsi riski məsələlərini tam həll etməmişdir. Birincili yırtıqlara görə cərrahi əmə-
liyyatlardan  sonra  residivlərin  tezliyi  10-15%,  təkrar  yırtıqlardan  sonra  isə  30%-ə 
qədərdir [5, 136, 174, 197, 214]. Yalnız ixtisaslaşmış hernioloji cərrahiyyə şöbələri-
nin  və  mərkəzlərinin  nəticələri  xeyli  əlverişlidir,  müvafiq  surətdə  seçilmiş  xəstələr 
qrupunda 2%-ə qədər və 10-14% təşkil edir [53, 140, 178, 219, 225]. 
Lakin  yırtıqların  plastikası  əməliyyatlarını  hər  bir  ümumi  cərrahiyyə  şöbəsinin 
bütün  cərrahları  icra  etdiyinə  görə  problemə  yanaşma  köklü  sürətdə  fərqli  olmalı, 
əməliyyat üsulunun seçimi, əməliyyatların, o cümlədən azinvaziv laparoskopik əmə-
liyyat  metodikalarının  icra  texnikasının  sadələşdirilməsi  o  səviyyəyə  çatdırılmalıdır 
ki, əməliyyatdan sonrakı qeyri-qənaətbəxş nəticələrin rastgəlmə tezliyi ixtisaslaşdırıl-
mış mərkəzlərin nəticələrinə yaxınlaşsın. Digər tərəfdən cərrah hər bir xəstənin yırtıq 
nahiyəsinin anatomik kənaraçıxma səviyyəsinə uyğun olaraq ən azı bir neçə plastika 
üsulunun  metodikasını  o  səviyyədə  mənimsəməlidir  ki,  konkret  situasiyada  ən  opti-
mal əməliyyat üsulunu seçməyi və peşəkarcasına icra etməyi bacarsın [12,  83, 117, 
209]. Ona görə bu və ya digər lokalizasiyalı yırtıqlar zamanı vacib antomik struktur-
ların  (qasıq  kanalının  arxa  divarı,  daxili  qasıq  dəliyi,  bud  kanalı,  göbək  halqası,  ağ 


 
 
 
30 
xətt və b.), qonşu nahiyələrin dəyişikliklərinin dərəcəsi və səviyyəsi, birləşdirici toxu-
manın  zəiflik  (sərtlik)  səviyyəsi  və  digər  suallar  müəyyən  edildikdən  sonra  seçim 
aparılmalıdır.  Yalnıs  kiçikölçülü  çəp  yırtıqlarda  ön  divarın  plastikasının  aparılması 
məqsədəuyğundur.  Bütün  digər  hadisələrdə  kanalın  arxa  divarı  bərkidilməlidir  [69, 
102, 165, 207, 230]. Bud yırtıqlarında, digər lokalizasiyalı yırtıqlarda da qeyd edilən 
faktorlar  nəzərə  alınmalı,  genişlənmiş  bud  kanalı  (Bassini  üsulu),  qasıq  halqası 
(Mayo  və  ya  üsulu), ağ  xətt  üzərindəki  yırtıq  qapısı  (Mayo,  Сапежко, Греков,  На-
пальков və b. üsullardan biri)  daraldılmalıdır (qapadılmalıdır) [28, 68, 89, 136, 206]. 
Cərrahi əməliyyat üsulunun yalnış seçilməsinə görə, konkret olaraq qasıq kanalı-
nın ön divarının plastikasından sonra 11%, residiv qasıq yırtıqlarının analoji plastika-
sından sonra 20%, bud kanalının, ağ xəttin, göbək halqasının, əməliyyatdan sonrakı 
yırtıqların  ənənəvi  gərginlikli  plastikası  əməliyyatlarından  sonra  12-35%  hallarda 
residivlər baş verir [3, 60, 114, 146, 206, 219]. 
Bu və ya digər yırtıqlar zamanı yırtığın lokalizasiyası, antomo-topoqrafik xüsu-
siyyətləri,  xəstələrin  yaşı,  əmək  fəaliyyətinə  malik  olması  (olmaması),  peşə  (sənət) 
fəaliyyəti, cinsi həyat rejimi və bir sıra başqa amillər əsasında cərrahi əməliyyat üsulu 
seçilməlidir. Hansı əməliyat üsuluna üstünlük verilməsi və onun icra texnikasının xü-
susiyyətləri  bu  günə  qədər  intensiv  surətdə  müzakirə  edilməkdədir.  Fiziki  əməklə 
məşğul olan gənc və orta yaşlı xəstələrdə gərginliksiz əməliyyat üsulunun seçilməsi, 
seksual fəaliyyətsizliyə görə yaşlı şəxslərdə toxum ciyəsinin (qasıq yırtıqlarında) yer-
dəyişməsi (arxa divarın Postempsky üsulu ilə plastikası) və ya arxa divarın yerli toxu-
malarla plastikasının zəruriliyi kimi mövcud yanaşma tərzi artıq öz əhəmiyyətini itir-
məkdədir.  Belə  yanaşma  ilk  növbədə  residiv  əmələ  gəlməsinin  səbəbləri  haqqında 
səthi təsəvvürlərin olması və keyfiyyətli sintetik protezlərin bahalılığı, həmçinin plas-
tika üsullarının kifayət qədər mənimsənilməməsi ilə əlaqədardır [6, 19, 70, 105]. 
Gərginliksiz plastika üsullarının geniş miqyasda tətbiqini tədqiqatçıların əksəriy-
yəti məqbul hesab edirlər. Тимошин А.Д. и соавт. (2003) istər gənc, istərsə də yaşlı, 
ahıl və qoca yaşlı şəxslərdə gərginliksiz plastika üsullarının  əlverişli nəticələri haq-
qında məlumat vermişdir [144]. Xüsusilə ahıl və qoca yaşlı şəxslərdə əməliyyatın az 


 
 
 
31 
trav-matikliyi çox mühümdür və gərginliksiz plastika yerli toxumaların maksimal qo-
runmasına səbəb olur. Yerli toxumaların israflı mobilizasiyası və plastika məqsədi ilə 
istifadəsi  əməliyyatdan  sonrakı  dövrdə  sidik  ifrazının  pozğunluqları,  ağrı  sindromu, 
hərəkət zamanı ağrılılığın (ağrıların) baş verməsi səbəbindən oturaq həyat tərzinə ke-
çilməsinə,  sonuncu  faktla  bağlı  digər  fəsadların  (yanaşı  xəstəliklərin  kəskinləşməsi, 
in-tensivləşməsi, hətta dekompensasiyası) inkişafına səbəb olur. Gərginliksiz plastika 
bu kateqoriyadan olan xəstələrdə də ikitərəfli olaraq və simultan qaydada yerinə yeti-
rilə bilər. Adətən xəstələrin bu kontingentində yerli toxumalar hesabına yırtığın plas-
tikası və eynimomentli simultan əməliyyatlar yerinə yetirilmir. Həmin əməliyyatların 
ayrı-ayrılıqda  və  müxtəlif  vaxtlarda  icrası  isə  xəstələrə  fiziki,  iqtisadi  və  psixoloji 
əzab verir [143]. 
Xəstələrin  tibbi  və  sosial  reabilitasiyası  proseslərinin  sürətli  gedişinə  görə  də 
gərginliksiz plastika daha üstündür. Gənc yaşlı, ümumi somatik və yanaşı xəstəlikləri 
olmayan xəstələrdə alloplastika üsullarının istifadəsi xeyli məqsədəuyğundur [16, 22, 
23, 125,  139, 182, 197, 218, 221].   
Əməliyyat üsulunun düzgün seçilməsi üçün yırtıq qapısının və ətraf toxumala-
rın, qasıq yırtıqlarında arxa divarın vəziyyətini qiymətləndirmək vacibdir. Arxa diva-
rın vəziyyətinə uyğun olaraq (burada yırtıq qapısının və yırtığın özünün ölçüləri o qə-
dər də önəmli deyil) arxa divarın az dəyişiklikləri və çox dəyişiklikləri olan yırtıqlar 
ayırd  edilir.  Qasıq  yırtığının  plastikasında  bu  amilin  nəzərə  alınması  daha  vacibdir  
[48].  Воскресенский  П.К.,  Емельянов  С.И.,  (2002)  görə  böyük  ölçülü  çəp,  əksər 
düz və residiv yırtıqlarda, həmçinin 45-dən yuxarı yaşlı xəstələrdə alloplastika seçim 
əməliyyatıdır  [48,  73].  İkitərəfli  yırtıqlar  və  müştərək  əməliyyatların  yerinə 
yetirliməsi zərurəti yarandığı hallarda da (ahıl və qoca yaşlı şəxslərdə) alloplastikaya, 
gənc  yaşlı  xəstələrdə  isə  arxa  divarın  az  dəyişiklikləri  müəyyən  edildiyi  hadisələrdə 
yerli toxumalarla plastikaya üstünlük verilməlidir. 
Bud kanalının plastikasının yerli toxumalar hesabına plastikası əksər hadisələrdə 
daha səmərəlidir. Bu bud kanalının o qədər də böyük ölçülərə çatmaması ilə əlaqədar-
dır.  Kanalın  plastikasının  qasıq  kanalının  daxili  dəliyinin  genişlənməsinə  səbəb  ol-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə