Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 463,74 Kb.
səhifə6/6
tarix01.11.2017
ölçüsü463,74 Kb.
#7617
1   2   3   4   5   6

NƏTİCƏ

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda magistr disertasiyasında aparılan tədqiqatın əsasında aşağıdakı təkliflər və tövsiyyələr verilə bilər:



  1. Dünya iqtisadiyyatının mühüm geostrateji və geoiqtisadi bölgələrində biri Mərkəzi Asiyadır. Dünya xəritəsində özünün geniş ərazisi ilə - 4 milyon km2 , xüsusi seçilən regionda ümumi əhalisi 55 milyon nəfər olan beş ölkə - Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan yerləşir. Mərkəzi Asiya ölkələri Cənubi Qafqaz ölkələri ilə birgə Şərq və Qərb arasında keçid rolunu icra edir. Şərq-Qərb iqtisadi əlaqələrdə ən səmərəli və əlverişli nəqliyyat-komnunikasiya imkanları da bu bölgə ölkələrinə məxsusdur. Eyni zamanda Mərkəzi Asiya ölkələri (Xəzər dənizi hövzəsində olanlar) təbii qaynaqları, xüsusən enerji daşıyıcıları (neft, qaz), qiymətli metal ehtiyatları ilə də zəngindir. Ona görə də bu region ölkələri dünya iqtisadiyyatının aparıcı dövlətlərinin arasında maraq mübarizəsini şərtləndirir və stimullaşdırır.

  2. Azərbaycanın xarici iqtisadi siyasətində Mərkəzi Asiya ölkələrin tutduqları yeri və rolu şərtləndirən amillər aşağıdakı kimi göstərilə bilər:

  1. Azərbaycan və Mərkəzi Asiya ölkələri təxmini iki əsrə yaxın əvvəlcə Rusiya imperiyasının, sonra isə Sovetlər birliyinin tərkibində vahid bir siyasi-iqtisadi sistemdə olmuşdur. Ona görə bu ölkələr arasında iqtisadi əməkdaşlıq, demək olar ki, müstəqillik əldə edəndən sonra sıfırdan qurulmuşdur;

  2. Həmin ölkələrin iqtisadiyyatında transformasiya dövrünü yaşaması, təxminən eyni vəziyyətdə bazar iqtisadiyyatı formalaşması, bu dövlətlərarası iqtisadi əməkdaşlığına özünün müvafiq təsirini göstərir;

  3. Azərbaycan MDB üzvü olan Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın əsasını dünya iqtisadiyyatında qəbul edilmiş beynəlxalq iqtisadi və hüquqi normalardan irəli gələn prinsplər təşkil edir.

  1. Sovet ittifaqının dağılmasından sonra Qafqaz və Mərkəzi Asiya ölkələri daxil olmaqla, böyük bir coğrafi ərazidə yeni iqtisadi məkanın formalaşması prosesinə yol açmışdır. Bu proses TRASEKA proqramı adlanan Böyük İpək Yolunun əsaslarının qoyulması ilə yeni vüsət almışdır. Yeni iqtisadi məkan artıq bir tam şəklində dünya təsərrüfat sisteminin tərkibi kimi formalaşır. Azərbaycan özünün əlverişli geostrateji mövqeyi ilə bu yeni iqtisadi məkanın mərkəzində, Qərblə Şərqin kəsişmə nöqtəsində yerləşmişdir. İki qitə arasında yaradılan nəhəng tranzit-komnunikasiya qurğularının ölkə ərazisindən keçməsi onun strateji rolunu daha da artırmışdır. Yaranan yeni iqtisadi məkanda beynəlxalq ticarət, beynəlxalq kapital və maliyyə axınları sürətlə genişlənməyə başlanmışdır. TRASEKA layihəsinin əsas məqsədi hal-hazırda Uzaq Şərqi və Avropanı birləşdirən tək quru nəqliyyat marşutu olan Transsibir magistralının alternativini yaratmaqdadır. Çın-Qırğızıstan-Özbəkistan dəmiryol magistralının layihəsinin reallaşdırılması, Bakı-Tblisi-Qars dəmir yolu ilə Çindən gələn yüklərin hesabına maksimal artacaq və Avropa gətiriləcəkdir. TRASEKA proqramı üzrə dünya əhəmiyyətli nəhəng layihələrin həyata keçirilməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın daha da sürətləndirəcəkdir.

  2. 2006-ci ildən etibarən Qazaxıstan və Azərbaycan nefti dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan streteji neft kəməri vasitəsilə çıxarılır ki, bu da XXI ci əsrdə müstəqil Azərbaycanın taleyində müstəsna əhəmiyyət kəsb edən neft strategiyasının reallaşması və dünya təsərrüfat sisteminə inteqrasiyasını sürətləndirmişdir.

  3. Enerji sahəsində Azərbaycan gələcəkdə də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığında böyük rol oynaya bilər. Söhbət Cənub Qaz Dəhlizi, yəni Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək Yolu rolunu oynayan vasitə kimi qəbul edilir. “Şahdəniz-2” layihəsi TANAB (Trans-Anadolu) və TAP (Trans-Areatik) transregional qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək. Avropa yeni qaz dəhlizi açacaqdır. “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Layihə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Bu transregional qaz layihələrində Türkmənistan və Qazaxıstanın da iştirakı nəzərdə tutulur. Ona görə də bu layihə bu tranzit və istehsalçı ölkələr üçün eyni dərəcədə vacibdir.

.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT




  1. Abdullayev M.İ Azərbaycan-Türkiyə əlaqələri. Bakı, 1998. 2. Abdullayev V. Azərbaycan yeni diplomatiya məkanında. Bakı, 2000.

  2. Azərbaycan-Türkiyə münasibətləri. Bakı, 1997.

  3. Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə. Bakı, 1997.

  4. Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası

  5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”, Bakı 2013

  6. Əliyev H. Müstəqilliyimiz əbədidir. I-XXII kitablar. Bakı, 1997-2007.

  7. Həsənov Ə.M. Heydər Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşməsi. Bakı, 2005.

  8. Qasımov M.C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-1995-ci illər). Bakı 1996.

  9. Qasımov Ə., Qasımov M. İpək yolu bəşəriyyətin tərəqqi yoludur. Bakı, 1999.

  10. Ağayev S.M, & Yamak, N. (2009). “Bağımsız Devletler Topluluğu Ülkelerinde Ekonomik Büyümenin Belirleyicileri”. Atatürk Üniversitesi İktisadi ve İdari Bilimler Dergisi, 23(4), p.179-204

  11. Ağcakaya, S., 2009. “Geçiş Ekonomilerinden Orta Asya Türk Cumhuriyetleri'nde Bütçe Yönetimi ve Mali Disiplin Sorunu”, Akademik Bakış Dergisi, Sayı 16, Nisan.

  12. Arıkan, Z., 2002. “Geçiş Ekonomilerinde Mali Disiplin, Küreselleşme ve Geçiş Ekonomileri Uluslararası Sempozyumu”, Kırgızistan- Türkiye Manas Üniversitesi Yayınları:29, Kongre Dizisi:3, 02-04 Mayıs 2002, Bişkek- Kırgızistan.

  13. Eli Hesenov .Hazar-Karadeniz havzasında enerji politikaları, 24 may 2012 , ss 1- 2 3.

  14. Nermin Zahide AYDIN. Hazar Enerji Kaynakları ve Siyaset , KSÜ Sosyal Bilimler Dergisi / (2) 2012, s 209 2.

  15. Kadysheva A. Legal status of the Caspian Sea: history and present. European Journal of Business and Economics, Volume 6, 2012.

  16. BP Statistical Review of World Energy, June 2015.

  17. Caucasus and Central Asia in the Globalization Process. Qafqaz və Mərkəzi Asiya enerji layihələri.2007,s358,364

  18. HAZAR WORLD , TANAP’IN önemi Avrupa Parlamentosunda tartışıldı, april 2014 sayı 17 , s 18

  19. Жильцов С.С. (2013). Каспийское море. Энциклопедия. M.: Восточная книга (Восток-Запад, Муравей), 560 c. (Jiltsov S.S. (2013). Xəzər dənizi. Ensiklopediya. M.: Şərq kitabı (Şərq-Qərb. Muravey), 560 s.)

  20. Нефть Баку ключ к победе. (2015). Под руководством академика З.Самедзаде Баку: “LETTERPESS”, 440 с. (Bakı nefti qələbənin açarı. (2015). Akad. Z.Səmədzadənin rəhbərliyi ilə. “LETTERPESS”, 440 s.) 91

  21. UNCTAD (2014) World Investment Report 2014: Towards a New Generation of Investment Policies. New York — Geneva: United Nations. Additional web tables available at:http://www.unctad.org.

  22. Мониторинг взаимных инвестиций в СНГ-2014, ЕАБР

  23. Прикаспийский регион: стратегическое значение пространства и нефти. «Центральная Азия и Кавказ». 2001, №3

İnternet resursları

  1. http://papers.ssrn.com

  2. http://m.apa.az

  3. http://www.stat.gov

  4. http://transparency.az

  5. http://unec.edu.az




Yüklə 463,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə