8
turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi və turizm inkişafı sahəsində
beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham
Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə
saxlayır. Buna ən bariz nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin
Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. “Turizm ili” çərçivəsində
bir sıra tədbirlərin keçirilmişdir. Təsadüfi deyildir ki, bu məqsədlə Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır.
Sosial-iqtisadi sahə kimi turizm əsasən XIX əsrin ortalarından inkişaf etməyə
başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış,
qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər.
Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada təbiətin demək olar ki,
bütün gözəlliklərinə rast gəlinir. Azərbaycanın turistik bölgəyə çevrilməsi üçün
burada çox geniş imkanlar var. Turizmin inkişafı iqtisadiyyatımızın güclənməsi,
gəlirlərin xeyli artması və ən əsası, regionların sosial-iqtisadi inkişafının əsasını təşkil
edə bilər.
Müasir dövrümüzdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil,
həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir. Çünki bu gün dünyada gedən
proseslər və təhlükəsizlik məsələləri baxımından turizmin inkişafı labüddür.
Turizm həm də ölkələri, xalqları bir-birinə yaxınlaşdırır, beynəlxalq münasibətləri
gücləndirir, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. Turizmin həcmini
artırmaqla, turistik bölgəyə çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi
inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik.Turizmin inkişafı həm
də regionların sosial iqtisadi baxımdan qısa bir müddətdə dirçəlməsi deməkdir.
Regionlarda yaşayış üçün normal şərait qurulduğu halda, xeyli insan kənd və rayon
yerlərində yaşamağa meyl edəcək. Eyni zamanda bununla həm də kəndlinin problemi
həll olunur, gəlir mənbələri əldə etmiş olur. Bu gün Azərbaycanda turizmin inkişafı
üçün çox geniş imkanlar var.
9
Turizmin inkişafı ilə bir sıra problemlər də avtomatik turizmin inkişafı nəticəsində
ekoloji təmiz məhsul istehsalına diqqət yönələcək ki, bu da növbəti uğurlara səbəb
olacaq: “Azərbaycanda ekoloji təmiz məhsul istehsalını gücləndirsək, bu, turistlərin
bölgəyə marağını, eyni zamanda regionların inkişafını gücləndirəcək”. Yəni bundan
aydın olur ki,turizmin bölgələrin sosyal-iqtisadi inkişafina təsiri misilsizdir.
Azərbaycanda son illər turizmin inkişafına diqqət artırılıb, bu istiqamətdə ilkin
addımlar atılır. Turizm sahəsində açılan hər bir iş yeri multiplikativ effekt prinsipi ilə
3-4, bəzən 6-7 yeni iş yerlərinin açılmasına səbəb olur. Yəni bu proses su və ərzaq,
kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirir, xidmət sahələrinin
keyfiyyətinin artırılması üçün peşəkar kadrlar yetişdirilir və bunun üçün kurslar açılır.
Bunlar hamısı yeni iş yerləri və bölgələrin inkişafı deməkdir.
Sosial-iqtisadi inkişaf sahəsində də şaxələndirmə siyasətini yürüdən Azərbaycan
XXI yüzilliyin əvvəllərində dinamik inkişafla səciyyələnən proseslər kontekstində
dünyaya yeni dövlətçilik modelini tanıtdırmağa nail oldu. Daha dəqiq deyilsə, bu
nailiyyət ölkənin ümumdaxili məhsulun artım tempinə görə 2005-ci ildən başlayaraq
sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə ÜDM-in artım tempinə görə dünyada
lider dövlətə çevrilməsi oldu. Son on ildə Azərbaycanda adambaşına düşən
ümumdaxili məhsul 7.5 dəfə, dövlət büdcəsinin xərclər hissəsi isə 21 dəfə artmışdır.
Bu illər ərzində ölkədə orta illik iqtisadi artım tempi 15.6 faiz təşkil etmişdir. Məhz
sosial rifaha ünvanlanmış islahat və balanslaşdırılmış inkişaf kursu nəticəsində
Azərbaycan postsovet ölkələri arasında ilk olaraq bir ictimai-iqtisadi formasiyadan
digərinə keçid dövrünü uğurla başa çatdırmış oldu. hesabına insanların maariflənməsi
baş verir, müasir dəyərlər aşılanır. Aşağıdakı cədvəldən göründüyü kimi turizm
müəssisələrinin əsas göstəricilərində üzrə il-ildən artım müşahədə olunur. Bu da
respublikamızda turizmin inkişafından xəbər verir.
10
Cədvəl 1.1.
Turizm müəssisələrinin əsas göstəriciləri
2010
2011
2012
2013
2014
Müəssisələrin sayı
126
141
170
197
218
İşçilərin sayı (kənar əvəzçilər
də daxil edilməklə), nəfər
1418
1541
1730
1729
1 794
ondan:
turizm fəaliyyəti ilə məşğul
olan işçilərin sayı, nəfər
1159
1279
1473
1 515
1 567
Müəssisələrin əldə etdiyi
gəlir, min manat
19065,3
22634,8
27121,5
29600,9
31 107,1
ondan:
turizm fəaliyyətindən
14755,5
17804,7
21597,1
24823,6
26 031,0
Məhsul (xidmət) istehsalına
çəkilən xərclər, min manat
17811,3
20662,1
23540,8
25292,5
27 018,1
ondan:
turizm fəaliyyətindən
13805,7
16065,6
18903,1
21818,2
25 708,60
Əhaliyə satılmış turizm
yollayış blanklarının sayı,
ədəd
34121
42583
62866
65448
66 233
o cümlədən:
ölkə daxilində səyahət etmək
üçün Azərbaycan
vətəndaşlarına, ədəd
3385
4045
5121
7078
6 990
ölkədən kənarda səyahət
etmək üçün Azərbaycan
vətəndaş-larına, ədəd
27030
34254
52378
53 771
54 900
Azərbaycan ərazisində
səyahət etmək üçün xarici ölkə
vətəndaşlarına, ədəd
3706
4284
5367
4 599
4 343
Əhaliyə satılmış turizm
yollayış blanklarının dəyəri,
min manat
25848,7
29316,6
40693,2
42892,3
44 820,3
o cümlədən:
ölkə daxilində səyahət etmək
üçün Azərbaycan
vətəndaşlarına, min manat
1708,4
2021,1
3147,4
2747,9
2 764,0
ölkədən kənarda səyahət
etmək üçün Azərbaycan
vətəndaşlarına, min manat
19750,2
22583,4
33652,3
36991,0
39 708,5
Azərbaycan ərazisində
səyahət etmək üçün xarici ölkə
vətəndaşlarına, min manat
4390,2
4712,1
3893,4
3153,4
2 347,8
Qəbul edilmiş və göndərilmiş
turistlərin sayı, nəfər
69923
83620
101431
91 961
92 305
Mənbəə:www.stat.qov.az.-2015