20
çevriləcək və digər tərəfdən qabaqcıl turizm ölkələri sırasında öz layiqli yerini tutaraq
xarici turistlərin ölkəmizə axınına nail olacaqdır.
[
http://www.intranslaw.com/jurnal-
199.html.].
Ölkədə sosial turizmin inkişafına gəldikdə:- sosial turizmin inkişafı həmin
ölkənin sosial nailiyyətini özündə əks etdirir. 1980- ci ildə keçirilən Ümümdünya
konfrans iştirakçılarının gəldikləri qənaətə görə sosial turizmin hədəfi aztəminatlı
insanların istirahət imkanlarının genişlənməsinə xidmət etməlidir. Yəni sosial
turizmin əsas funksiyasına ilk növbədə dövlətin, yerli hakimiyyətin büdcə hesabına
ayırdığı vəsaitlə gerçəkləşən istirahət imkanı başa düşülməlidir.[2.səh.214.]
Sosial turizm aztəminatlı ailələr, tələbələr, sağlamlıq imkanları məhdud olanlar
və əlillər üçün nəzərdə tutulan turizm növüdür. Bu turizm növünün reallaşması üçün
hər bir müəssisənin maliyyə imkanları olmalıdır. Sovetlər birliyi müddətində bu
yalnız həmkarlar ittifaqı xətti ilə qabaqcıl işçilərin istirahəti və sağlamlıqlarının
bərpası məqsədi ilə həyata keçirilirdi. Müasir şəraitdə sosial turizmin inkişafı
müxtəlif ölkələrdə müxtəlif səviyyədədir. Məsələn, ABŞ və Almaniya kimi inkişaf
etmiş ölkələrdə dünya turizm istiqaməti kimi sosial turizm yoxdur.
Bir sıra digər ölkələrdə isə ümumiyyətlə sosial turizmə dövlət dəstəyi yoxdur.
Bu ilk növbədə onunla izah olunur ki, turizm mənfəət verməlidir, halbuki sosial
turizm yalnız vəsait qoyuluşları tələb edir. Üsrtəlik sosial turistlər əyləncə
sənayesinin inkişafına kömək etmək iqtidarında deyil. Deməli, sosial turizmin əsas
problemlərindən biri onun maliyyələşdirilməsi mənbələrinin aşkar edilməsindən
ibarətdir.Buna baxmayaraq uzun illər milyonlarla turistlər yenə də sosial turizmin
hesabına səyahət edirlər. Sosial turizmin maliyyə mənbələrini formalaşdıran
orqanlara aiddir:1.Dövlət müəssisələri; 2.Dövlət fondları; 3.Qeyri-hökümət fondları;
4.Xeyriyyə təşkilatları.
Avropanın bəzi dövlətlərində sosial turizmə son vaxtlar müəyyən diqqət
artmaqdadır.Məsələn bu sahə üzrə Almaniyada xristian mehmanxanalar şəbəkəsi
məşhurdur. Xidmət xərclərini xüsusi fondlar ödəyir.
21
1.3. Turizmin inkişafının müasir problemləri
Əgər bir neçə il əvvəllər turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi
növlərindən biri hesab edilirdisə, artıq indi bu sahə daha qlobal məna kəsb etməyə
başlayıb. Belə ki, hazırda turizm əsasən iqtisadi inkişaf, zəngin büdcə mənbəyi hesab
olunur. Məsələn, turizmin dünyanın gəlirli sahəsinə çevrilən ölkələrindən Türkiyə
ötən il turizmdən 35 milyard dollar qazanmışdı. İspaniya, Fransa kimi inkişaf etmiş
Avropa ölkələrində də turizmdən gələn gəlir ölkə büdcəsinin təqribən 8-10 faizini
formalaşdırır. Hətta inkişafdan geridə qalan Afrika ölkələrində də turizmin inkişafı
prioritet sayılır. Xüsusən savannalara, milli qoruqlara təşkil edilən turizm adrenalin
həvəsli və cibizəngin turistlər üçün cəlbedici bir məkana çevrilib.
Təbii ki, təbiəti və iqlimi zəngin Azərbaycanın da milli turizmdən qazanacağı xeyli
sahələr mövcuddur. Məhz bu sahələrin prioritet təşkil etməsi üçün Prezident İlham
Əliyevin xüsusi diqqət və qayğısı özünü imzalanan Dövlət proqramlarında göstərir.
Belə ki, son 10 ildə Prezident İlham Əliyevin turizmin inkişafına dair imzaladığı bir
neçə Dövlət proqramları mövcuddur. Xüsusən, turizmin müxtəlif növlərinin inkişaf
etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək
“Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün
Dövlət Proqramı” hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin
müvafiq Fərmanının tələbinə uyğun olaraq “Turizm və rekreasiya zonalarının
nümunəvi Əsasnaməsi” hazırlanmışdır. Ötən illər ərzində turizmin nümayiş obyekti
kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri
bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir.
İndi Azərbaycanın bölgələrində ən müasir otel və pansionatların tikintisi
sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə,
Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda 4 və 5 ulduzlu otellərin sayı
davamlı olaraq artır. Xüsusən Qəbələnin turizm imkanları o qədər genişlənibdir ki,
hətta burada bəzən turisistlərin yerləşdirilməsi problemləri yaranır. Təbii ki, bütün
bunlar müvəqqəti xarakter daşıyır.
22
Turizmə dair Şamaxı rayon Mədəniyyət və Turizm İdarəsindən məlumata görə,
2014-cü ilin 8 ayı ərzində Şamaxıya 58 minədək turist səfər edib. Sadə bir
hesablamaya görə, hər bir turist orta hesabla istirahətinə 200 dollar xərcləsə bu 12
milyon dollara yaxın vəsait deməkdir. Demək, rayon büdcəsinin təxminən 10 faizini
turizmlə zənginləşdirmək mümkündür.
Qeyd edək ki, 27 sentyabr hər il Azərbaycanda “Ümumdünya Turizm Günü” kimi
qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çərçivəsində həmçinin, hər il müxtəlif
mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının
müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm
infrastrukturunun yaradılması və s. mövzusunda “Ümumrespublika Daxili Turizm
Konfransları” da keçirilir. Eləcə də bu müddət ərzində turizm şirkətləri, turist xidməti
obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.
MDB-də “Soçi qış turizmi” istisna olmaqla Azərbaycan qış turizmi yaradan yeganə
ölkədir. Qusar rayonundakı Dağ-Xizək Qış Turizmi meydançalarının istifadəyə
verilməsi ölkəmizə ilin hər fəslində turist axını yaradan özəl bir haldır. Belə ki, əgər
iki-üç il əvvələdək Azərbaycana turistlər yalnız yaz və yay aylarında maraq
göstərirdilərsə, Qusar Dağ-Xizək Qış turizmi yaradılandan sonra ölkəmizə qış
aylarında da turist səfərləri artmağa başladı. Xüsusən bu möhtəşəm turizm məkanında
süni iqlim yaratma mexanizmi, yəni qar yağdırma işi reallaşandan sonra buraya
maraq daha da yüksəlib.Təbii ki, milli turizmin inkişafı ölkəmizdə prioritet təşkil edir
və bu sahə üzrə çalışanlara, turizmə sərmayə yatırmaq istəyənlərə dövlət dəstəyi də
mövcuddur. Mətbuatda gedən informasiyalara görə, son 10 ildə turizmin inkişafı
üçün özəl sektora hərtərəfli- həm maliyyə, həm də digər iqtisadi resurslarla köməklik
edilərək onlara kreditlər və subsidiyalar ayrılıbdır.
Ancaq bununla belə irad və təklifləri də var. Burada otellərdə sıxlıqdır və onların
sayının artması şərtdir. Digər tərəfdən, qiymətlərdə endirimlər olsa, xüsusən xarici
vətəndaşlara nisbətən ölkə vətəndaşlarına qiymətlərdə güzəştlər tətbiq edilsə bu, daha
münasib olar.
İnsanları daha çox cəlb edən turizm əyləncə obyektlərinə, milli mətbəxin dadlı
təamlarına üstünlük vermək lazımdır. Eyni zamanda, on illərlə kənd həyatından
Dostları ilə paylaş: |