17
səviyyəsinə görə yoxsulluq həddindədir. Məhz bu qrup əhalinin turizmdən
istifadəsini təşkil etmək predmeti olmayan təhlil deməkdir. Ona görə də adam başına
düşən turizm məhsulunun orta statistik göstəricilər üzrə götürülməsi, bütövlükdə
makrosəviyyəli təhlil üçün qəbul oluna bilər.
Qrafik 1.1.
Щяйат сявиййяси Туризм мящсулуна ещтийаж
Ярзаг вя гейри-ярзаг истещлакы
Э
Onu da qeyd etmək lazımdır ki, hər bir turizm ilə məşğul olan sahibkar və
iatehlakçı üçün üçün adekvat təsəvvür təhrik etmiş olur. Ev təsərrüfatlarının istehlak
strukturu, ayrı-ayrı məhsulların istehlak strukturunda xüsusi çəkisini müəyyən edir.
Adam başına düşən gəlir səviyyəsi istehlak üçün mövcud qiymətlərdə turizm
məhsuluna ehtiyacların ödənilməsi üçün əsas olsa da, onun kifayət olması üçün
mövcud gəlirlərin səviyyəsi ərzaq və qeyri-ərzaq tələbatını ödəməlidir. Əhaliyə
göstərilən pullu xidmətlərin daha çox artması,bir sıra xidmətlərin istehlak dav-
ranışında yer tutması və qiymətlərin artması ilə baş verir.
Turizm məhsulunun qiymətinin dəyişməsi, onun xərc strukturu ilə və turist
obyektlərinin keyfiyyətinin dəyişməsi ilə bağlıdır. Belə ki, otel təsərrüfatının inkişafı
üç ulduzlu mehmanxanadan beş ulduzlu, içərisində bütün xidmət növü olan kompleks
əyləncə mərkəzlərinə keçirilməsi, istirahət, müalicə və idman kompleksləri ilə
kompleks xidmət obyektlərinin turizm müəssisələrində olması daha çox onun
qiymətinin artması ilə baş verir. Rəqabət mühitində bu qiymətin aşağı düşməsi
mümkün olsa da bütövlükdə dünya standartlarına uyğun qiymət dəyişməsi turist
xidmətinin dəyərini və onun satış qiymətini artırır.
Mədəni turizm sahələrinin bölməsi ilə funksional əhəmiyyət kəsb edən sağlamlıq
obyektlərin, səhiyyənin geniş mülkiyyətinin artması turizm obyektlərinin,
18
subyektlərinin funksional təyinatını və onun resurs quruluşunu genişləndirir. Turizm
məhsulunun qiymətinin dəyişməsi əhalinin alıcılıq qabiliyyəti ilə deyil, turizm
xərclərinin çoxalması və dünya qiymətlərinin turizm sferasında daha üstün artması ilə
izah oluna bilir. Turizm məhsulu daha çox yüksək təminatlı əhali qrupları və
dövlətlər üçün xarakterikdir.
Turizmin respublikada inkişafında yüksək amillərlə, onun inkişafını ləng edən
amillərin öz ətalətini saxlamaq dayanıqlığı mövcuddur. Hər ölkədə idxal və ixrac
xarakteri turizmin inkişafı ilə bağlı olmaqla bir-birinə qarşılıqlı təsir edir.
Müsbət saldo əsasən neft məhsullarının ixracı ilə bağlıdır. Turizmin
inkişafında gəlirlərin formalaşması baxımından ixrac məhsulları gəlirlərin başqa
ölkələrdə
istifadəsinə
şərait
yaradır.
O
cümlədən,
əhalinin
gəlirlərinin
qütbləşdirilməsində neft sektorunun payı artdıqca onların xarici ölkələrə getmək və
xarici ölkədən mal gətirmək qabiliyyəti artır. İxracatın xarakteri və onun hansı
ölkələrə ixrac olunması həmin ölkələrlə iqtisadi əlaqələr və turist birliklərinin
yaradılması üçün maddi baza yaradır.Belə ki, respublikada turizm motivi olaraq iş
birliklərinin olması vacibdir. İdxal həcmi respublikada məcmuu bazar tələbatına
uyğun istehlak mallarını və həmçinin istehsal tələbatını ödəmək imkanlarını artırır,
respublika daxili istehlakçıların və xarici ölkədən gələn iş adamlarının istehsal və
istehlak xərclərini ödəmək üçün respublikada marketinq strukturunu təkmilləşdirir.
Daha çox rəqabət mühiti yaratmaqla istehlak seqmentlərinin yüksək keyfiyyətli
olması üçün zəruri tədbirlər görülür.
Turizmin dinamikası, onun əsas istiqamətləri, respublika iqtisadiyyatında onun
ictimai-siyasi, mədəni quruculuqda baş verən keyfiyyət dəyişmələri və dünya
standartlarına uyğun təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi ilə ölçülür.
Ölkədə turizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaradılması əsasən
də mehmanxana və mehmanxana tipli obyektlərin inşası sürətlə həyata keçirilir.
Fəaliyyəti dayandırılmış mehmanxanaların yenidən qurulmasına, digər tərəfdən bu
tipli yeni obyektlərin inşasına yerli və xarici sahibkarlar sərmayə qoymaqdan
çəkinmirlər.Turizm sferasının inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənərək
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
19
Qaydaları”nda turizm infrastrukturunun inkişafının maliyyələşdirilməsi baxımından
bu istiqamətdə də güzəştli kreditlərin verilməsinə yer verilmişdir. Fondun vəsaiti
hesabına regionların və turizm infrastrukturunun inkişafı istiqamətində bir çox
turizm obyektlərinin genişləndirilməsinə və inşa olunmasına müvəkkil banklar
tərəfindən güzəştli kredit ayrılmışdır.Ölkədə turizmi inkişaf etdirmək, turizm
imkanlarından səmərəli istifadə etmək məqsədilə ölkənin sosial-iqtisadi inkişafını
təmin edən vasitələrdən biri kimi təbii və insan resurslarından məqsədyönlü istifadə
olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət
Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramının məqsədi normativ hüquqi
bazanın təkmilləşdirilməsini, turizm fəaliyyətinin təşkili, onun inkişafının idarə
olunmasını, marketinq tədbirlərinin görülməsini, turistlərə xidmətin beynəlxalq
standartlar səviyyəsinə çatdırılmasını, turizm infrastrukturunun təkmilləşdirilməsini,
bu sahədə elmi təminatı və daxili turizmin təşkili üçün tədbirlərin həyata
keçirilməsini təmin etməkdən ibarətdir.
Belə ki, turizm infrastrukturunun inkişaf etdirilməsinə yanaşmada Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Turist-ekskursiya xidmətlərinin
sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi bu istiqamətdə artıq mehmanxana
və mehmanxana tipli obyektlərin beynəlxalq standartlara uyğun qurulmasını və
yüksək xidmət imkanları əldə etməsini təmin etmişdir. Bu da təbii olaraq dünyada
qəbul olunmuş “ulduz” dərəcələrini müəyyən edərək beynəlxalq turizm xidmət
dərəcələrinin əldə edilməsi istiqamətində həyata keçirilir.
Azərbaycanın turizm sferasında beynəlxalq arenaya çıxması üçün 1975-ci ildə
yaradılmış və bu gün 130-dan çox üzvü olan Ümumdünya Turizm Təşkilatında
ölkəmizin də təmsil olunması inkişaf etmiş və geniş təcrübəyə malik olan ölkələrin
təcrübələrindən istifadə etmək imkanı yaradır.
Hazırda dünya xalqları arasında əlaqələrin inkişafına xidmət edən turizm sahəsi
Azərbaycanda geniş inkişaf etməkdir və 140-dan çox turist şirkəti daxili və xarici
turizmi reallaşdırmaq məqsədilə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir.
Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan gözəl turizm məkanına
Dostları ilə paylaş: |