TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
Təhsildə İKT
25
ucuzlaşması, İnternetə çıxış imkanlarının artması əhalinin əksəriyyətinin kompyuter almaq və
İnternetə qoşulmaq imkanlarını artırır. Evlərində kompyuter olan ailələrin çoxunda uşaqların
kompyuterin arxasında saatlarla vaxt keçirməsi faktı hamımıza məlumdur, onlar vaxtlarının
çoxunu kompyuter oyunlarına, çatda şöhbətləşməyə, İnternetdə öz maraqlarına uyğun
informasiya toplamaq üçün (musiqi fayllarını köçürmək, avtomobillərə, telefonlara və s. aid
informasiya) müxtəlif saytlarda “gəzişməyə” sərf edirlər.
Mütəxəssislərin fikrincə, İnternet istifadəçiləri, xüsusən də, zəif xarakterli olanlar
arasında eskapizm (real həyatdakı problemlərdən və çətinliklərdən qaçaraq, xəyallara
qapılmaq) meylləri hiss olunur. İnsan real gerçəkliklə virtual məkan arasında qalır.
İnternet-asılılığa məruz qalanların, əsasən, uşaq və gənclərdən ibarət olduğunu nəzərə
alsaq, bu problemin qarşısının alınmasında, ona qarşı mübarizə aparılmasında valideynlərin
və müəllimlərin üzərinə xüsusi vəzifə düşür. Bunun üçün, ilk növbədə, valideynlərin və
müəllimlərin özlərini ba sahədə maarifləndirmək, onlara bu təhlükəni anlatmaq lazımdır.
İnformasiya mədəniyyətinin formalaşdırılması zamanı həmçinin onun etik aspektlərinə
diqqət yetirilməsi çox vacibdir. Qlobal informasiya məkanı insanlarda yeni davranış
stereotiplərinin meydana çıxmasına səbəb olur. Məsələn, hazırda yenicə proqramlaşdırma ilə
məşğul olmağa başlayanlar arasında geniş yayılmış hakerlik fəaliyyətini buna misal
göstərmək olar. Bu tip insanlar, xüsusən də gənclər burada sərbəstlik və cəzasızlıq şəraiti hiss
etdiklərindən özlərini başqalarının yanında təsdiq etmək üçün təhlükəsizlik təminatı zəif olan
informasiya sistemlərini dağıtmaq, müxtəlif virus proqramları yaratmaq həvəsinə düşürlər. Ən
dəhşətlisi də odur ki, onlar çox vaxt öz hərəkətlərinin cinayət olduğunu dərk etmək istəmirlər.
Amerika məktəbliləri arasında keçirilən bir sorğu zamanı, rəyi soruşulan 47000 məktəblinin
50%-i hakerliyin cinayət olmadığını bildirmişdir [13].
Son zamanlar İnternet vasitəsilə həyata keçirilən cinayətkarlıq halları xüsusilə
təhlükəli hesab edilir. Hazırda əhaliyə elektron xidmətlər təklif edilməsi, məsələn, malların və
xidmətlərin ödənişinin elektron formada aparılması, elektron poçtdan, verilənlər bazası və
informasiya banklarından müstəqil istifadə və s. müxtəlif növ informasiya cinayətkarlığına
şərait yaradır. Adi həyatda çox mədəni və ziyalı insan təsiri bağışlayanlar, virtual mühitdə
özünü tamamilə başqa cür apara, əsl soyğunçuluq törədə bilər, bank kompyuter sisteminə
daxil olub, başqasından hesabından pul götürə bilər.
Həmçinin getdikcə insanların, eləcə də, müxtəlif qurumların fəaliyyəti cəmiyyət üçün
daha şəffaf və açıq olur. Artıq bu gün kompyuter şəbəkələrində, müxtəlif təyinatlı elektron
verilənlər bazalarında müəssisələrin, dövlət və ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
Təhsildə İKT
26
fəaliyyətləri haqqında böyük miqdarda müxtəlif tip informasiyalar toplanır və saxlanılır. Belə
şəraitdə bəzi insanların bundan başqalarına zərər vermək məqsədilə istifadə etməsi təhlükəsi
yaranır [14].
Digər tərəfdən, informasiya və biliklərin müəyyən dəyərə malik olması, maddi və
digər resurslar kimi onun da müəyyən vəsait müqabilində əldə edilməsi və s. xüsusiyyətlər
hələ hamı tərəfindən tam dərk edilməyib. Bu isə “kompyuter piratlığı”na, müəllif
hüquqlarının pozulmasına və lisenziyasız proqram təminatlarının istifadəsinə gətirib çıxarır.
Bütün bəşəriyyət tərəfindən yaradılan informasiya axınlarının dövr etdiyi qlobal
informasiya məkanında, nəinki texniki, həm də mənəvi problemlərin həlli zərurəti meydana
çıxır. Müasir cəmiyyətdə qarşılıqlı informasiya əlaqəsinin aktivləşməsi və qloballaşması
şəxsiyyətin, ictimai qrupların və bütövlükdə cəmiyyətin informasiya təhlükəsizliyinin təmin
edilməsini tələb edir. Lakin qlobal informasiya məkanına uyğun davranış normaları
hazırlanmadan və ona əməl edilmədən bu tələblərin yerinə yetirilməsi mümkün deyil.
Ona görə də təhsil alanlarda informasiya etikasının formalaşdırılmasının insanların
informasiya cəmiyyətinə hazırlanması prosesində vacib amillərdən biri olmasını nəzərə
alaraq, təhsil sistemi kiçik yaşlardan başlayaraq onlarda informasiyaya münasibətdə
məsuliyyət hissini aşılamalı, informasiyanın əldə edilməsi, ötürülməsi və informasiya ilə bağlı
digər əməliyyatların yerinə yetirilməsi zamanı hüquqi və etik aspektlərə riayət olunmasını
tərbiyə etməlidir.
İnternetin sürətli inkişafı, yeni vasitə və imkanların meydana çıxması, istifadəçilərin
sayının get-gedə artması daim yeni etik problemlərin meydana çıxmasına səbəb olur. Bu
məsələ ilə əlaqədar son vaxtlar mühüm elmi-tədqiqatlar aparılır. Həmçinin 2001-ci ildən
Springer nəşriyyatında informasiya etikası problemlərini özündə əks etdirən “Etika və
informasiya texnologiyaları” adlı elmi jurnal nəşr olunur.
Hazırda informasiya texnologiyalarının inkişafı və tətbiqi ilə əlaqədar meydana çıxan
mənəvi problemlərin tədqiqi ilə informasiya etikası məşğul olur. İnformasiya etikası - etikanın
nisbətən yeni sahəsidir və onun problematikası kompyuter etikası, virtual etika, şəbəkə
etikası, İnternet etikası, kiberetika kimi problemlərin tədqiqi ilə sıx surətdə bağlıdır [13].
Beləliklə, informasiya cəmiyyətinin formalaşması prosesi insanların bu cəmiyyətin
tamhüquqlu üzvləri kimi yaşaması və fəaliyyət göstərməsi üçün onların xüsusi hazırlanması,
meydana çıxan problemlərin həlli üçün yeni bilik və bacarıqlara malik olmasını tələb edir ki,
bunun üçün insanlarda informasiya mədəniyyəti formalaşdırılmalı, eyni zamanda onun
psixoloji, etik və digər aspektləri nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |