TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
Təhsildə İKT
27
ƏDƏBİYYAT
1.
Əliquliyev R. M., Mahmudova R. Ş. İnformasiya mədəniyyəti: mahiyyəti, formalaşdırılması
problemləri və həlli yolları. //Bakı Universitetinin xəbərləri.Sosial-siyasi elmlər seriyası, 2008, №1, s.137-145.
2.
О.Н.Вершинская. Информационно-коммуникационные технологии и общество. Ин-т соц.-
экон. Проблем народонаселения РАН. М.:Наука, 2007. -203 с.
3.
К.К.Колин. Об актуальных проблемах формирования новой информационной культуры
общества // Информационные технологии. - 2007. - № 8.
4.
Гендина Н.И. Новая парадигма образования и проблемы формирования информационной
культуры. http://netrover.narod.ru/infcult/gendina_rus.htm.
5.
http://www.unesco.org/webworld/observatory/index.shtml
6.
http://www.iiaun.ru/publications/
7.
http://confifap.cpic.ru
8.
Лау Х. Руководство по информационной грамотности для образования на протяжении всей
жизни. –М., 2007. -45 с.
9.
Mahmudova R. Ş. Şəxsiyyətin informasiya mədəniyyətinin formalaşdırılması təhsil sistemi
qarşısında dayanan mühüm vəzifə kimi // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Pedaqoji-
psixoloji elmlər seriyası. 2006. №4 . s. 247-251.
10.
Н.Р.Нурмеева. Формирование информационной культуры как отражение современных
требований информационного общества. Информационные технологии и общество. Казанский
Государственный Технологический Университет, 2008, №4, с.406-409.
11.
Toffler A. Future Shock. New York: Random House, 1975, 562 p.
12.
R.Əliquliyev, R.Mahmudov. İnformasiya asılılığı problemləri və onlarla mübarizə yolları.
Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya texnologiyaları” nəşriyyatı, 2009, 62
səh.
13.
Т.А.Гринченко. Интернет. Этические проблемы //Мир связи и информатики. 2000, №5, с.92-
95.
14.
К.К. Колин Информационная безопасность как гуманитарная проблема. //Открытое
образование, № 1 (54), 2006. – С. 86-93.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
Təhsildə İKT
28
RƏQƏMSAL KOMPETENSİYA VƏ TƏHSİL QRUMLARININ VƏZİFƏLƏRİ
Prof. Dr. Buket Akkoyunlu
Hacettepe Üniversitesi Eğitim Fakültesi
XÜLASƏ
Müasir dövrdə informasiya partlaması, rəqəmsal texnologiyalardakı sürətli inkişaf fərdlərin
informasiya cəmiyyətində iştirak etmələri və özlərini ifadə etmələri üçün yeni bacarıqlar əldə etmələri
lazım gəlmiş və hətta onlara müxtəlif imkanlar vermişdir. Başqa sözlə, rəqəmsal texnologiyalara sahib
olma və onları istifadə etməkdən başqa rəqəmsal kompetensiya əhəmiyyət daşımaqdadır. Rəqəmsal
kompetensiya, rəqəmsal texnologiyaları çox sayda emal olunan informasiyanın içindən ehtiyac duyulan
bilikləri əldə etmə vasitəsi kimi istifadə etmək, əldə edilən bilikləri anlama, qiymətləndirmə və yeni
biliklər istehsal etmə bacarıqlarıdır. Fərdlər rəqəmsal kompetensiyalar qazandırmaq üçün dörd tərkib
hissəsi: müxtəliflik, motivasiya, texniki istifadə və kompetensiyadır. Fərdlər rəqəmsal kompetensiyalar
qazandırmada təhsil müəssisələri üzərinə böyük vəzifələr düşür. Bu araşdırmada rəqəmsal
kompetensiya anlayışı və fərdlərə rəqəmsal kompetensiya qazandırmada təhsil müəssisələrinə düşən
vəzifələr diskussiya mövzusu olacaqdır.
Açar sözlər: rəqəmsal kompetensiya, rəqəmsal bölünmə, rəqəmsal uçurum, təhsil müəssisələri
GİRİŞ
Müasir dövrdə iqtisadi, sosial və texniki inkişafdan bütün cəmiyyətlər
təsirlənməkdədir. Bu araşdırmada rəqəmsal texnologiyalar anlayışı, məlumatı rəqəmsal olaraq
saxlayan və çatdıran geniş bir diapazonda olan çox müxtəlif texnologiyalara qarşılıq olaraq
istifadə edilmişdir. Bu texnologiya diapazonu kompüteri, İnterneti və elektron məktubu, cib
telefonları ilə digər mobil cihazları, kameraları, video oyunları və bundan başqa "Veb 2.0"
texnologiyalarını ehtiva etməkdədir. Veb 2.0 texnologiyası ümumiyyətlə "iştirakçı" və
istifadəçinin məzmunu hazırlayıb nəşr edə bildiyi interaktiv rabitə vasitələri üçün istifadə
edilməkdədir (bloqlar, wikipedia saytları və ictimai şəbəkələr bu qrupa daxildir).
Rəqəmsal inqilab olaraq adlandırılan bu inkişaflar, cəmiyyətlərin iqtisadi, ictimai,
siyasi və mədəni həyatına təsir etmişdir. İnkişaflara uyğunlaşmaq üçün cəmiyyətlər, təşkilatlar
və fərdlər hərəkətə keçmiş və nələr edilə biləcəyi mövzusunda müzakirə edilməyə başlan-
mışdır. Bu dəyişmə və inkişaflar özləri ilə bir çox fürsət gətirmişdir. Ancaq bu fürsətlərdən
faydalana bilmək üçün fərdlərin ehtiyacı olan bilik və bacarıqların böyük ölçüdə dəyişməsi
zəruri hala gəlmişdir. Rəqəmsal texnologiyaların gündəlik həyatımızda tutduğu yer hər keçən
gün artmaqdadır. Bu texnologiyalara müraciət imkanları ilə bərabər bunları istifadə etmə
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
Təhsildə İKT
29
bacarıqlarına sahib olmaq da artıq zəruri hala gəlmişdir. Ancaq, indiki vaxtda, texnologiyaya
müraciət imkanları və texnologiyadan istifadə etmə bacarıqlarına sahib olma coğrafi sahələrə
və sosial-iqtisadi şərtlərə görə müxtəlifdir. Bu müxtəlifliklər cəmiyyətlər arasında olduğu
qədər eyni cəmiyyət içindəki bölgələr arasında da balanssızlıq yaratmaqda, rəqəmsal
texnologiyalara müraciət və istifadədəki müxtəlifliklər yeni bir iqtisadi və ictimai bölünməyə
gətirib çıxarmaqdadır. Rəqəmsal texnologiyalara müraciətdə yaşanan bərabərsizlik "rəqəmsal
uçurum", "rəqəmsal bölünmə", ya da "rəqəmsal bərabərsizlik" kimi anlayışlarla şərh edil-
məkdədir.
Rəqəmsal uçurum, qloballaşma və texnologiyanın gətirdiyi imkanlardan faydalanmada
ölkələr arası və ya ölkə içi bərabərsizliklər olaraq, ya da texnologiyanın nemətlərindən daha
çox faydalananlar ilə digərləri arasındakı get-gedə genişlənən fərq kimi təyin olunmaqdadır
(Oruc və Aslan, 2002).
İnformasiya vasitələrinə müraciətdə və bu vasitələri istifadə edə bilmə bacarığında
bərabərsizlik insanlar arasında yaranan uçurum olaraq da təyin olunmaqdadır. Burada istifadə
edilən "uçurum" sözü yalnız iqtisadi imkanları deyil, rəqəmsal mühitə daxil olduqdan sonra
onu istifadə edə bilmə bacarığını və rəqəmsal mühiti məhsuldar istifadə edə bilmək üçün
sahib olunan texnologiyanı da təyin etməkdədir (Uçkan, 2009).
Rəqəmsal uçurum telefon xəttinin yayılması (100 adam başına telefon xətti),
kompüterin yayılması, İnternetin yayılması, İnternetə abunə sayı, İnternet saytlarının sayı,
geniş diapazonda istifadəçi sayı kimi meyarlarla təyin olunmaqdadır. Rəqəmsal
texnologiyalardakı inkişaflardan hər qitə, hər ölkə, hətta hər ölkə daxilində də hər bölgə
bərabər şəkildə faydalana bilməməkdədir. Məsələn İnternetdən istifadə nisbəti Afrikada 6.8%,
Asiyada 19.4%, Avropada 52%, Orta şərqdə 28.3%, Şimali Amerikada 74.2%, Latın
Amerikasında 30.5% və Avstraliyada 60.4%-dir (Dünya İnternetdən istifadə statistikaları,
2009). İnternet istifadə nisbəti, Finlandiyada 83.5%, İsveçrədə 75.5%, Fransada 69.3%,
Türkiyədə 34.5%, Gürcüstanda 22.2%, Azərbaycanda 18%, Özbəkistanda isə 8.9%-dir.
Türkiyə Avropa ölkələri arasında kompüter və İnternet istifadəsi baxımından son sıralarda
ikən, bölgələr arasındakı uçurumun da fərqli olmadığı diqqəti çəkməkdədir. Türkiyə Statistik
Təşkilatının (TÜİK, 2009) 10 min 151 müəssisədə cəmi 27 min 13 şəxs ilə etdiyi Hane Xalqı
Rəqəmsal Texnologiyalar İstifadəsi araşdırması nəticələri, Türkiyənin şəhər və kəndləri
arasındakı uçurumun qorxuducu ölçülərini ortaya qoymaqdadır. Kompüter istifadə nisbəti
aprel-iyun dövründə şəhərlərdə 23.16%, kəndlərdə isə 8.28%, heç istifadə etməyənlərin
nisbəti isə şəhərlərdə 77%, kəndlərdə 88% səviyyəsindədir.
Dostları ilə paylaş: |