KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
84
Ş: Bu fiziki kəmiyyətləri xarakterizə edir.
M: İstilik miqdarı nəyə deyilir?
Ş: İstilikvermə prosesində cismin aldığı və verdiyi enerji miqdarına istilik miqdarı deyilir.
M: İstilik miqdarı hansı hərflə işarə olunur?
Ş: İstilik miqdarı Q hərfi ilə işarə olunur.
M: Başlanğıc temperaturları eyni olan bərabər kütləli müxtəlif kütləli eyni temperatura qədər
qızdırmaq üçün onlara veriləcək istilik miqdarı haqqında nə deyə bilərsiniz?
Ş: Təcrübə göstərir ki,onlara müxtəlif istilik miqdarı vermək lazımdır.
M: Tələb olunan istilik miqdarı cismi təşkil edən maddədən necə asılıdır?
Ş: Hər hansı cismin temperaturunu müəyyən qədər dəyişmək üçün tələb olunan istilik miqdarı
həmin cismi təşkil edən maddədən asılıdır.
M: Beləliklə,cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya ayrılan istilik miqdarı) hansı
kəmiyyətlərdən asılıdır?
Ş: Bu cismin kütləsindən,temperaturundan və cismi təşkil edən maddənin növündən asılıdır.Yəni: Q
= cm(t
2
-t
1
)
M: Fincandakı ilıq çayı qızdırmaq üçün adətən bir qədər qaynar su əlavə edirik.Bu zaman ilıq çay
ilə su temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi gedəcək.Mayelərin daxili
enerjisi dəyişəcək.Hansı mayenin daxili enerjisi artır və hansının daxili enerjisi azalır.
Ş: Qaynar suyun daxili enerjisi azalır,ilıq çayın daxili enerjisi artır.
M: Bunun səbəbi nədir?
Ş: Temperaturun tarazlaşması üçün enerjisi çox olandan az olana ötürülməsi baş verir.Qaynar suyun
daxili enerjisi azalaraq ilıq çaya ötürülür.
İndi gəlin kiçik sualların yerində cavablarını yazaq. (səkil 2.)
Çaynikdəki suyun daxili
enerjisi artır.
Çaynikdəki
su
qızdırıldıq-
da nə baş
vermiş
olur?
İstilik
ver-mə
baş
verir
.
Çaynikdəki su
istilik almış
olur.
Çaynikdəki
suyu çaydana
tökdükdə
nə
baş
verir?
İstilik
miqdarı cismin
kütləsindən asılıdır.
Çaynikdəki suyu
qızdırarkən nə baş
verir?
KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
85
Şəkil 2
M: Bütöv bunlar birlikdə nəyi ifadə edir?
Ş: Bütün bunlar birlikdə istilik miqdarını ifadə edirlər.
M: Demək,bu günkü dərsimiz “İstilik miqdarı” olur.
Bunları nəzərə alsaq,alarıq. (şəkil 3.)
Şəkil 3.
Tədqiqat sualı: İstilik miqdarı hansı kəmiyyətlərlə xarakterizə olunur?
3.Tədqiqatın aparılması - 10 dəq
Şagirdlər 4 qrupa bölünür: “Atom”,“Molekul”,“Maye”və “Qaz” qrupları.Hər bir qrupa mövzu ilə
bağlı cihaz və avadanlıq,iş vərəqləri paylayır.Onlara təcrübələri aparıb,müşahidələrini işçi
vərəqlərinə qeyd etmələri tapşırılır.
1.”Atom” qrupu
1.
İstilik mübadiləsi zamanı fincandakı çay və suyun daxili enerjisi necə dəyişər?
2.
Hansı mayenin daxili enerjisi azalır,hansının daxili enerjisi artır?Nə üçün?
2.”Molekul” qrupu
1.
Mayenin daxili enerjisinin nə qədər artdığını təyin edin.
2.
Mayenin daxili enerjisinin nə qədər azaldığını təyin edin.
Çaynikdəki suyun daxili
enerjisi artır
.
İSTİLİK
MİQDARI
Çaynikdəki
su
qızdırıldıq-
da nə baş
vermiş
olur?
İstilik
ver-mə
baş
verir
.
Çaynikdəki su
istilik almış
olur
.
Suyu qızdırdırmaq üçün
lazım olan istilik cismin
kütləsindən necə asılıdır?
Çaynikdəki
suyu çaydana
tökdükdə
nə
baş
verir?
Çaynikdəki suyu
qızdırarkən nə baş
verir?
İstilik miqdarı cismin
kütləısindən asılıdır.
Suyu qızdırmaq üçün lazım
olan istilik cismin
kütləsindən necə asılıdır?
KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
86
3.”Maye” qrupu
1.
İstilik miqdarı kütlədən necə asılıdır?
2.
Kimyəvi stəkanlardan birisində su o birindən 2 dəfə çoxdur.Hər iki stəkana eyni vaxtda eyni
istilik miqdarı veriləndə nə müşahidə olunar?Nə üçün?
4.”Qaz” qrupu
1.
İstilik miqdarı mayenin növündən necə asılıdır?
2.
Stəkanlardan birinə 100 q su,digərinə 100 q bitki yağı tökün və stəkanlara termometrləri
daxil edin.Qızdırıcını şəbəkəyə qoşub,stəkanlardakı mayeləri qızıdırın.5 dəqiqədən sonra
termometrlərin göstərişləri necə olar?Nə üçün?
4.Məlumat mübadiləsi – 5 dəq
Kiçik qruplar öz aralarında aparılmış tədqiqat nəticələrini məlumat mübadiləsi edir və gəldikləri
nəticələri işçi vərəqlərində qeyd edirlər.Həmin vərəqlər lövhədən asılır.
5.Məlumatın müzakirəsi və təşkili - 5 dəq
Məlumatın müzakirəsi üçün şagirdlərin fiziki düşüncələrini inkişaf etdirmək məqsədilə aşağıdakı
suallar verilir:
M: Bu gün nəyi öyrəndik?
Ş: Bu gün “İstilik Miqdarı” mövzusunu öyrəndik.
M:İstilik miqdarı nəyə deyilir?
Ş:İstilik miqdarı- istilik vermə zamanı alınan və ya verilən enerjidir.
M:İstilik miqdarı hansı hərflə işarə olunur?
Ş: İstilik miqdarı Q hərfi ilə işarə olunur.
M: İstilik miqdarı vahidi nədir?
Ş: İstilik miqdarı vahidi BS-də Couldur.[Q]=1C
M: İstilik miqdarının digər vahidi nədir?
Ş: İstilik miqdarının digər vahidi kaloridir.
M: Kalori nəyə deyilir?
Ş: 1q suyu 1 dərəcə qızdırmaq üçün tələb olunan istilik miqdarına kalori deyilir.
M: Stəkanların birində o birisindən 2 dəfə çox su olduqda,eyni vaxtda stəkanlardakı sular eyni
miqdarda istilik verildikdə həmin sulara salınmış termometrlərin göstərişlərində nə müşahidə edilir?
Ş: Termometrlərin göstərişlərində fərq əmələ gəlir.
M: Buradan hansı nəticəyə gəlmək olar?
Ş: Cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin
kütləsindən asılıdır.Kütləsi böyük olan cismə daha şox istilik miqdarı vermək lazımdır.
M: Cismin temperaturunu müəyyən qədər dəyişdirmək üçün tələb olunan istilik miqdarı nədən
asılıdır?
Ş: Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismi təşkil edən maddədən asılıdır.
M: Deməli,cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin kütləsindən,onun
temperaturunun dəyişməsindən,cismi təşkil edən maddədən asılıdır.
M: Bunu riyazi olaraq necə ifadə etmək olar?
Ş: Q=cm(t
2
-t
1
)
6.Müqayisə,ümumiləşdirmə və nəticə - 5 dəq
Beləliklə,biz “İstilik miqdarı” mövzusunu öyrəndik.Öyrəndik ki,istilikvermə prosesində cismin
aldığı və ya verdiyi enerjiyə istilik miqdarı deyilir.Cismi qızdırmaq və soyuması zamanı aldığı və
verdiyi istilik miqdarlarının hesablanması bacarıqları formalaşmış oldu.Həm də cismi qızdırmaq
Dostları ilə paylaş: |