KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
91
Şagirdlər metal çubuq atomlarının öz tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət etdiklərini,
rəqs amplitudlarının necə artdığını müşahidə edirlər. Bu atomlar qonşu atomlarla qarşılıqlı
təsirdə olaraq öz artan daxili enerjilərinin bir hissəsini onlara verir (şəkil 2).
Beləliklə, cismin teperaturu yüksək olan hissəsindən temperaturu aşağı olan hissəyə doğru
daxili enerjinin ötürülməsi istilikvermə prosesi gedir. Bu proses bütün çubuq boyu baş
verdiyindən o, tədricən qızır. Bərk cismin atomları enerjilərinin bir hissəsini qonşularına
verərkən öz tarazlıq yerlərini dəyişmirlər. Nəticədə cisimdə maddə daşınması deyil, enerjinin
cismin bir hissəsindən digər hissəsinə yaxud toxunan bir cisimdən digərinə verilməsi,
ötürülməsi prosesi baş verir. İstilikvermənin bu növü istilikkeçirmə adlanır. Bundan sonra
şagirdləri qruplara ayırıb onlara aşağıdakı işçi vərəqləri paylanır.
I qrup - Maddələrin istilikkeçirməsinin eyni, yaxud müxtəlif olmasını müəyyənləşdirmək.
II qrup - Mayelərin istilikkeçirməsinin tədqiqi.
III qrup - Qazların istilikkeçirməsinin araşdırılması.
IV qrup - Maddələrin istilikkeçirməsinin onların aqreqat halından asılı olub, olmadığına aid
esse hazırlayin.
V qrup - Maddələrin istilikkeçirmə xassəsindən praktikada istifadə olunması.
I qrupun şagirdləri müxtəlif metalların istilikkeçirməsini tədqiq etmək üçün dəmir və mis
(yaxud alüminium) çubuqlardan istifadə etməklə dərsin əvvəlində numayiş etdirilən təcrübəyə
oxşar təcrübə qoyurlar (şəkil 3).
Şagirdlər dəmir və mis çubuqları ayrı-ayrı ştativlərə eyni səviyyədə bərkidirlər. Çubuqlara
ara məsafəsi eyni olmaqla mismarlar plastilin və yaparafinlə yapışdırılır. Sonra ştativlər elə
yerləşdirilir ki, sərbəst ucları qarşı-qarşıya olan çubuqlar bir düz xətt əmələ gətirsın. Çubuqların
sərbəst ucları şamla qızdırılır və mismarların çubuqlardan qopub düşmə ardıcıllığının müxtəlif
olmasına diqqət yetirilir. Şagirdlər müşahidənin nəticələrini qeyd edirlər.
II qrupun şagirdləri mayelərin istilikkeçirməsini yoxlamaq üçun sınaq şüşəsinə su töküb,
içərisinə buz parçası daxil edirlər. Buzu suyun dibində saxlamaq üçün onun üzərinə nisbətən ağır
cisim, məsələn qayka qoyulur. Sınaq şüşəsini ştativə maili vəziyyətdə bərkidib spirt lampası ilə
qızdırılır. Bir müddətdən sonra şagirdlər sınaq şüşəsinin yuxarı hissəsində suyun qaynadığnı, lakin
buzun ərimədiyini müşahidə edirlər (şəkil 4, a). Mayenin (suyun) istilikkeçirməsi haqqında
şagirdlər öz fikirlərini qeyd edirlər.
Şəkil 2.
Atomların rəqsi
hərəkət enerjisi artır
Metal
İstilik
Atoml
ar
Şəkil 3.
KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
92
III qrupun şagirdləri sinaq şüşəsini ortasından mil keçirilmiş tıxacla qapayırlar. Milin kənarda
qalan ucundan tutub sınaq şüşəsi spirt lampasında qızdırılır. Sınaq şüşəsinin qızmasına baxmayaraq,
milin isinmədiyi duyulur (şəkil 4, b). Bunun səbəbi işçi vərəqində qeyd edilir.
IV qrupun şagirdləri müxtəlif informasiya mənbələrindən,
o cümlədən uyğun internet ünvanlardan istifadə etməklə
maddələrin istilikkeçirməsinin onların aqreqat halından asılı
olub, olmadığını araşdıraraq aşağıdakı cədvəli iş vərəqinə kö-
çürürlər və onu araşdırırlar.
Bəzi maddələrin istilikkeçirməsi
Qazlar
(0°C)
Mayelər
Bərk
cisimlər
(20
o
C)
Su buxarı
Azot
Hava
Oksigen
Hidrogen
Karbon
qazı
0.016
0.024
0.024
0.025
0.17
0.14
Su
(10°C)
Süd
(20°C)
Civə
(0°C)
Dəmir
(1850°C)
Qurğuşun
(400°C)
Alüminium
(900°C)
0.57
0.49
7.8
9
15
63
Buz (0°C)
Taxta
Qurğuşun
Dəmir
Alüminium
Mis
2.26
0.18
34
73
209
400
Cədvəli araşdıraraq şagirdlər maddələrin istilikkeçirməsinin onların aqreqat halından asılı
olması haqqında qənaətə gəlirlər. Onlar cədvəldə verilənləri kompüter və proyektorla ekranda
nümayiş etdirirlər.
V qrupun şagirdləri dərslik və digər informasiya mənbələrindən istifadə edərək maddələrin
istilikkeçirmə xassəsinin praktikada tətbiqinə aid məlumatlar hazırlayırlar. Onlara yardım
məqsədilə Povver Point proqramında hazırlanan didaktik məlumatlar nümayiş olunur.
Çox zaman qızdırıcı cihazlar, elektrik mühərrikləri, avtomobil və məişət radiatorları, qazan,
caydan, samovar və s.-nin istehsalında istilikkeçirməsi yaxşı olan metal materiallardan istifadə
olunur. Avtomobil mühərriklərinin soyudulması üçün tətbiq olunan radiatorlar misdən hazırlanır.
Daxilində dövr edən mayenin hava axını ilə sürətlə soyuması üçün o, həm məsaməli hazırlanır, həm
də avtomobilin ön tərəfində yerləşdirilir.Bir çox hallarda isə istilikkeçirməsi zəif olan
materialların tətbiqi zəruri olur. Məsələn, binaların istidən və soyuqdan mühafizə olunması
üçün tikintidə içiboş kərpiçlər, məsaməli gips, karton, polistirol və s. bu kimi materiallardan
istifadə olunur. İstilikkeçirməsi kiçik olan hava məsaməli geyim materialları, soyuducu
kameraların, termosların və s.-nin hazırlanmasında nəzərə alınır.
Şəkil 4.
Dostları ilə paylaş: |