Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   32   33   34   35   36   37   38   39   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
93 
 
VIII  sinfə  aid  Fizikadan    metodik  vəsaitdə  müəlliflər    haqlı  olaraq  hesab  edirlər  ki,  təlim 
nəticələri  zəif  və  sağlamlıq  imkanları  məhdud  olan  şagirdlərin  də  dərsdə  fəal  iştirakını  təmin 
etmək  lazımdır.  Bunun  üçün  onlara    müxtəlif  maddələrin  istilikkeçirməsinin  fərqli  olduğunu 
aydınlaşdırmaq  üçün  aşağıdakı  kimi  təcrübə  aparmaq  tövsiyə  olunur:  Kalorimetrin  içərisinə 
metal, şüşə və ağac, yaxud plastmas çubuq daxil edib, ora isti su tökülür. Bir müddətdən  (4 - 5 
dəq)    sonra  çubuqların  sudan  kənarda  qalan  hissəsinə  şagirdlər  barmaqları  ilə  toxunmaqla 
maddələrin 
istilikkeçirməsinin müxtəlif olması qənaətinə gəlirlər. 
 
Aparılan 
araşdırmaların müzakirəsindən sonra şagirdlər bərk cisimlərin, xüsusilə metalların istilikkeçirmə 
xassəsinin  maye  və  qazlara  nisbətən  yüksək  oldğunu  öyrənirlər.  Onlar  qazların 
istilikkeçirməsinin  isə  mayelərə  nisbətən  daha  zəif  olduğunu  təcrübədə  müşahidə  edirlər. 
Araşdırma  zamanı  şagirdlərdə  yaranan  sualları  cavablandırmaq  üçün  onlara  istiqamtləndirici 
suallar da vermək olar. 
Dərslikdə  verilmiş  “Nə  öyrəndiniz”  adlı  tapşırığın  açar  sözlərdən  istifadə  etməklə  yerinə 
yetirilməsi  şagirdlərin  öyrəndiyi  əsas  bilikləri  və  anlayişları  müstəqil  olaraq  ümumiləşdirməyə 
xidmət edir. Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi 
yoxlayın”  adlı  tapşırığın  suallarını  məqsədəuyğun  hesab  etmək  olar.  Müəllim  dərsin  təlim 
məqsədlərinə  nail  olmaq  dərəcəsini  şərhetmə  və  əsaslandırma  meyarı  üzrə  dörd  səviyyədə 
qiymətləndirir. Metodik vəsaitdə qeyd olunan meyarlara və səviyyələrə uyğun formativ qiymət-
ləndirmə ətraflı təsvir edildiyindən onun üzərində dayanmağa lüzum görmədik. 
 
Ədəbiyyat: 
1. Murquzov M.İ,Abdurazaqov R.R. Fizikada multimediya. I hissə, Bakı, Bakınəşr, 2007. 
2.  Murquzov  M.İ.,Abdurazaqov  R.R.,Əliyev  R.M.,Əliyeva  D.Z.  Fizika  8.  Dərslik.  Bakı, 
Bakınəşr, 2015,  200 s. 
3.  Murquzov  M.İ.,  Abdurazaqov  R.R.,  Əliyev  R.M.,  Əliyeva  D.Z.  Fizika  8.  Müəllim  üçün 
metodik vəsait. Bakı, Bakınəşr, 2015, 200 s. 
4.  İsmayılov  İ.N.  Fizikanın  tədrisi  metodlarının  təkmilləşməsində  yeni  informasiya 
texnologiyaları vasitələrinin rolu, yeri və funksiyaları. Pedaqoji universitet xəbərləri, 2005,  №2, 
s.26-32. 
5. Veysova Z.A. Fəal / interaktiv təlim.Bakı UNİCEF,2007. 
6.  Беспалько  В.  П.  Oбразование  и  обучение  с  участием  компьютера.  Воронеж,  НПО 
"МОДЭК", 2002. 
7.  Разумовский  В.Г.,  Орлов  В.А.  и  др.  Методика  обучение  физике  /Под  ред.  Г.  Г. 
Никифорова. Москва, ВЛАДОС, 2004. 
 
Xülasə 
Мəqalədə  ümumtəhsil  məktəblərin  VIII  sinifində  “İstilikkeçirmə”  mövzusunun  tədrisi 
nümunəsində  fiziki  hadisələrin  öyrənilməsində  kompüter  modelləşməsindən  istifadənin 
xüsusiyyətləri şərh olunmuşdur. 
Açar sözlər: fiziki hadisə, informasiya texnologiyaları, kompüter modelləşməsi,  istilik keçirmə, 
maddələrin istilikkeçirməsinin fərqli olması. 
 
R e s u m e 
The  article  outlines  the  features  of  the  use  of  computer  modeling  in  the  study  of  physical 
phenomena  on  teaching  the  topic  "Thermal  conductivity"  at  the  VIII  class  of  secondary 
educational schools. 
Keywords:  physical  phenomenon,  information  technology,  computer  modeling,  thermal 
conductivity, different thermal conductivity of materials. 
 
 
 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
94 
 
 
А н н о т а ц и я 
В  статье  излагаются  особенности  использования  компьютерного    моделирования  в 
изучении  физических    явлений  на  примере  преподавания  темы    «Теплопроводност»  на 
VIII классе общеобразовательных школ. 
 
Ключевые  слова:  физическое  явление,  информационные  технологии,    компьютерноe 
моделирование, теплопроводность, различие теплопроводности вещества. 
 
 
 
 
 
 
 
 
 
 
 
PARALEL HESABLAMA  PROSESLƏRİNİN  PROQRAMLAŞDIRILMASI 
 
Heydər Əliyev adina AzərbaycanAli Hərbi Məktəbi 
Baş muəllim Mötəbər Yusifova 
Baş müəllim Nərgiz Əlizadə 
 
Məsələnin praktik əhəmiyyəti 
 
Tətbiqi proqramlaşdırmada paralel hesablama proseslərinin həyata keçirilməsi mühüm praktik 
əhəmiyyət  kəsb  edir.  Paralel  hesablamaların  həyata  keçirilməsi  metodlarının  araşdırılması  hər 
zaman  aktual  olmuş  [2-7]  və  indi  də  aktuallığını  itirməmişdir.  Hesablama  proseslərində 
paralelizmin  tətbiqində  məqsəd  əvvəllər,  əsasən,  iki  və  daha  artıq  hesablama  maşınının  müxtəlif 
üsullarla paralel istismarı ilə sistemin ümumi hesablama sürətinin artırılmasından ibarət idi [3, 4, 6, 
7]. Məsələn, mümkün qədər qısa zamanda çox tərtibli diferensial tənliklərin ədədi üsullarla həlli və 
s. Lakin, mikroprosessorların inkişafı nəticəsində isə eyni hesablama sistemində paralel hesablama 
proseslərinin  proqramlaşdırılması  aktuallaşdı.  Bu  zaman  paralelizmin  məqsədi  hesablama 
sisteminin  məhsuldarlığını  artırmaqdan  daha  çox,  proqramlaşdırılan  fiziki  prosesin  ayrı-ayrı 
hissələrinin  alqoritmində  real  zamanda  paralelliyi  reallaşdırmaq  oldu.  Məsələn,  hər  hansı  bir 
vericidən  (məsələn,  radardan    )  gələn  siqnalın  qəbulu  və  eyni  anda  real  zamanda  onun  emalının 
həyata keçirilməsi paralel proseslərin reallaşdırılmasını tələb edir. Paralel proseslərə bunun kimi bir 
çox misal gətirmək mümkündür. Proqramçı nəzərindən hesablama prosesinin həyata keçirilməsi ilə 
yanaşı  proqramın  interfeys  elementlərindən  gələn  məlumatın  (Events)  emalı  da  paralel 
hesablamalara  misal  ola  bilər.  Məsələn,  vericidən  gələn  siqnalın  emalı  ilə  yanaşı  interfeysin 
idarəetmə  elementləri  ilə  emal  prosesi  parametrlərinin  dəyişdirilməsi  və  ya  proqramın  tamamilə 
saxlanılması. Ümumiyyətlə, bu, proqramlaşdırmada bir  neçə prosesin təşkili kimi  başa düşülür və 
onun  həyata  keçirilməsi  metodikası  öncə  hesablama  sisteminin,  bununla  yanaşı  əməliyyat 
sisteminin arxitekturalarından asılıdır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə