35
göstərir. Dünyada üç tapıntıdan biri olan bu nadir tapıntıya görə
Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil
edilmiş və dünyanın ən qədim sivilizasiya ocaqlarından biri hesab
edilmişdir. Bu dövrün tarixi 700-150 min il arasındadır. Erkən orta
və Aşel dövründə əmək alətləri, ictimai münasibətlər xeyli təkmil-
ləşmiş, yeni növ alətlər meydana gəlmiş, yeni əmək münasibətəlri
yaranmışdır. Azıx mağarasından 850-900 min illik tarixi olan Şel və
Aşel dövrlərinin ən universal alətləri -ürək və badam quruluşlu əl
kəsərləri, itiuclular, qaşovlar, dişli-kəzli iskənəyə bənzər alətlər və
onlarca başqa növ alətlər aşkar edilmişdir. Müxtəlif daşlardan hazır-
lanmış həmin alətlər məişətdə istifadə edilmişdir. İbtidai insanlar bu
alətlər vasitəsilə özlərini vəhşi heyvanlardan qorumuş, ov ovlamış,
balıq tutmuş, geyim tikmiş, toxuculuqla məşğul olmuşlar.
Xalqımızın ulu torpağı olan Cənubi Azərbaycanın bir sıra yer-
lərində də qədim insanlarımızın yaşayışına dair qiymətli tapıntılar
olmuşdur. Urmiya gölünün ətrafında Rizayə şəhərindən 20 km. Şi-
malda yerləşən Tamtama mağarasından neandartala məxsus bəzi
qalıqlar dünya elminə bu gün də məlumdur.
Bakının 50 km-də yerləşən Qobustan insanlığın ən qədim yaşa-
yış məskəni olmuşdur. Qayaların üstündə 1000-dən artıq şəkil və yazı
işarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov
və rəqs səhnələri təsvir edilmiş, insanlar nəyi isə başqalarına öyrət-
mək və ya bildirmək istəmişlər. Qobustan rəsmləri sırasında Mezolit
dövrünə (Miladdan əvvəl XII-X minilliklər) aid olan rəsmlər, işarə-
lər, dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompozisiyaları, hələ Me-
zolit və Enolit dövrlərində Azərbaycanda bədii zövqün, rəsm mədə-
niyyətinin, təsviri sənətin varlığını, nəqqaşlığın, rəssamlığın səviy-
yəsini, inkişafını göstərən əsaslı bir dəlildir. Qayalarda həkk olunmuş
qayıq rəsmləri o dövrün mühəndis ağlından, hesablama işlərinin
dəqiqliyindən xəbər verir. Qayıq bir tərəfdən insanların qida ehtiya-
cını ödəmək məqsədi güdürdüsə, digər tərəfdən bu bir nəqliyyat növü
idi ki, başqa yerlərə səfərlər, ticarət və mədəni əlaqələr demək idi.
Bütün bunlar qədim qobustanlıların təfəkkür tərzini, mədəni səviyyə-
sini, dövrə məxsus öyrətmə-öyrənmə prosesinin, təlim-tərbiyə mə-
dəniyyətinin ilkin formalarda varlığını bildirir.
Qobustan qayaüstü rəsmlərinin təhlilindən məlum olur ki,
buradakı tərbiyə məsələləri əsas etibari ilə ovçuluq, əməksevərlik,
36
vətənpərvərlik, peşəyə, sənətə məhəbbət, fiziki tərbiyə, təsviri sənət,
rəqs, musiqi, estetik tərbiyə kimi keyfiyyətlər gənc nəslə aşılanmış-
dır. Ovlanacaq heyvanı düzgün nişan almaq, atmaq, silah (ox, nizə,
kaman) hazırlamaq və ondan bacarıqla istifadə etmək, eləcə də
əmək alətləri hazırlamaq və istifadə etmək, qida əldə etmək kimi
bacarıq və vərdişləri gənc nəslə öyrətmək olmuşdur. Qobustan mü-
təxəssisləri qeyd etmişlər ki, burada böyük öküz rəsmlərində nizə və
ox izləri indi də görünür. Bu o deməkdir ki, qədim qobustanlılar
vəhşi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə rəsm edilmiş
öküz fiquruna nizə, yaxud ox atmaqla gənc nəslə təcrübi olaraq
məşqlər keçmiş, onları buna öyrətmişlər.
Yetişən gənc nəsil müxtəlif oyun, rəqs, mərasimlər, adət və
ənənələr vasitəsilə xalqın müəyyən etdiyi əxlaq normalarına yiyələ-
nirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik, həyat-
sevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarşılıqlı yardımlaşma,
qoçaqlıq, çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib
formalaşırdı. Qayalardakı rəsmlər, rəqs səhnələri, daş qaval, piktoqra-
fik işarələr maarif və mədəniyyət tariximizin qədimliyindən, insan-
ların estetik və bədii tərbiyəsindən xəbər verir. Uşaqlar və gənclər
oyun və rəqsləri müşahidə etməklə və ya praktik olaraq bu nəsillərə
ötürürdülər. Qayalar üstündə təsviri- süjetli şəkli prosesdə iştirak
etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənimsəyir, onları
yadda saxlayıb digər gələn yazılar, dəmir məmulatlarından istifadə
edərək döymə üsulu ilə rəsmlər, işarələr qədim qobustanlıların bədii
təfəkkür tərzini və bilik və dünyagörüşünü, insanların öyrətmə və
öyrənmə aktlarnı, savad səviyyəsini göstərən dəlillərdir.
1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün
Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur
Heyerdal (Özünün dediyinə görə Azərbaycan əsillidir) ilk növbədə
özü Qobustana səfər etmişdir. Onu müşaiyət edən Qobustanın
tədqiqatçısı C.Rüstəmov söyləyir ki, o çox maraqlı adam idi.Yol
boyu fikirli idi, dinib danışmırdı. Elə bil harasa tələsir, nəyisə gör-
mək istəyirdi, hərdənbir Xəzərə baxır və “Gözəldir” deyirdi. Arzu-
suna çatdı. Qobustanı gəzdi, dolaşdı. Heyranlıqla təsvirləri nəzərdən
keçirdi. Lakin qayıq rəsmlərinin qarşısında duranda elə bil öz dün-
yasına - gəmilər aləminə qayıtdı, qayıqlar aləminin seyrinə daldı.
Gah piano çalan kimi barmaqlarını qayıqların üstünə qoydu, oynat-
37
dı, gah ölçülərini götürdü, gah gendən durdu boylandı, sonra da
sorğu-suala başladı. “Dünyada qaya təsvirlərində əksini tapan qa-
yıqların yaşı 3500 ildən çox deyil, bəs nə üçün sizinkilərin sorağı
səkkiz minilliklərdən gəlir”- dedi. Biz ona qayaların dibində apardı-
ğımız arxeoloji qazıntılardan aşkar etmiş təsvirləri göstərdik.
Gözlərinə inanmadı. Sevincək əllərini qaldırdı və “bax, indi mən
təslim. Bu qaya təsvirləri dünya mədəniyyətinin beşiklərindən
sayılan beynəlnəhrdən daha qədimdir. Görünür Azərbaycan belə
qədim sivilizaysiya ocaqlarından biri olub. Bu danılmaz faktlardan
sonra heç bir şübhəyə yer yoxdur” - dedi.
Tur Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobus-
tandakı qayaüstü təsvirlərdə deyil, bu təsvirlərin eynilə əsrlərlə
sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk
olunması və həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması
ilə müəyyənləşdirmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qa-
yıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məs-
kənləri ilə, xüsusilə yüksək mədəni irsə malik olan Mesopotami-
yanın Şumer sivilizasiyaları ilə sıx əlaqələrindən xəbər verirdi. Tur
Heyerdal öz alim – tədqiqatçı qrupu ilə həmçinin Şəkinin Kiş kən-
dində olmuş və buradakı qədim məbədə dərin maraq göstərmişdir.
Tur Heyerdalın Azərbaycana gəlişi təsadüfi olmamışdır. O öz
kökünü Azərbaycanla bağlayır. Bu barədə Azərbaycan Müəllimlər
İnstitutunun baş müəllimi V.C.Aslan məqaləsində belə yazır: “As-ər
və ya Az-ər mənşəli tayfaların Skandinaviyaya gedib çıxmasına
münasibətlər mahiyyətcə eynidir. Şəkinin Kiş kəndində büstü
qoyulan, 1981, 1994, 1997, 1999-cu illərdə ölkəmizdə səfərdə olan,
Şimali Avropaya Az-ər adlanan yerdən gəldiklərini “mifologiya
yox, əsli tarix və coğrafiya” hesab edən, 1999-cu ilin mayında Azər-
baycanda olarkən söylədiyi nitqində... özünü də Az-əri adlandıran
Tur Heyerdal bu miqrasiyanı “tarixi kökümüzün mənşəyi e.ə.800-cü
ilə gedib çıxır”- şəklində açıqlayır və Snordan (Snorri Sturlusondan)
belə bir misal gətirir: “Odin öz torpağında yaşayanda Romalılar
başqa dövlətlə müharibə aparırdılar və sonra da Azər tərəfə yönəl-
məli idilər. Odin eşidəndə ki, Romalılar Azər torpağına gələcəklər,
adamları götürüb Avropanın şimal hissəsinə gedir” (V.C.Aslan.
Azərbaycan –Norveç mifik düşüncə tərzi: müqayisə və paralellər.
AMİ. Xəbərlər. 2012,№ 1).
Dostları ilə paylaş: |