Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə19/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   176

 

59 


Həlqədə 20 nəfərə qədər adam olurdu. Həlqədən çıxan hər bir 

müdavim Quranı əzbər öyrənə bilirdi. Cami və məscidlərdə Quran, 

Hədis,  Fiqh  kimi  dini  elmlər  öyrədilməklə  bərabər  sosial  həyatla 

bağlı elmlər də öyrədilirdi. Camilərdə tədris həlqələrində dərs verən 

alimin səsi və sual verən tələbələrin səsləri yüksəlir, müxtəlif həlqə-

lərdən  gələn  səslər  bir-birinə  qarışırdı.  Belə  bir  vəziyyət  əslində 

ibadət məqsədiylə tikilən məscidlərdə sükunəti pozurdu. Məscid və 

camidə ibadət edənlərin səsi təhsil alanların səsinə qarışdıqda böyük 

gurultu meydana çıxırdı. Beləliklə məscidlərin həm ibadət, həm də 

tədris işi üçün fəaliyyəti mümkün olmayan hala gəlmişdi. İlk vaxtlar 

buna  ehtiyac  duyulsa  da,  sonralar  məsciddə  məktəb  yaratmaq 

əlverişli sayılmadı və məktəblər məsciddən ayrılaraq ayrı və ya ona 

bitişik yerlərdə yaradılmağa başladı. 

 

4.1.3. Kuttablarda təhsil 

 

Cami və məscidlərdən kənarda müxtəlif yerlərdə, məhəllələrdə 



xüsusi tədris, təlim yerləri yaradırdı ki, bunlara “Kuttab” deyilirdi. 

“Kuttab” ərəbcə “Yazı öyrətmək” mənasını verir. 

Kuttablar məsciddən kənarda yaradılsa da yenə də məscid və 

camilərdə ibadətlə bərabər təlim işi də aparılırdı. Məscid və camilə-

rin daha təmiz və səliqəli saxlanılması məqsədilə kiçik uşaqların da-

ha  çox  cami  və  məscidlərdən  kənar  kuttablarda  və  ya  islam  bö-

yüklərinin təşkil etdiyi məktəblərdə təhsil almaları təşkil olunurdu. 

Kuttablarda bugünkü müasir təlim sisteminin izləri çox aydın 

görünürdü. Kuttablarda  dərs deyənlərə, öyrədənlərə “Müəllim” de-

yilirdi  ki,  bu  da  ərəb  sözü  olub  “Öyrədən”,  “Tədris  edən”  məna-

larını verir. Kuttablarda ilk dəfə olaraq yazı lövhəsindən və silgidən 

istifadə edilmişdir. Kuttablarda adətən bir müəllim  işləyirdi.  Bəzən 

yüksək  səviyyəli  tələbələr  üçün  ikinci  müəllim  də  dəvət  olunurdu. 

Burada  müəllimlərə  əmək  haqqı  da  verilirdi.  Beləliklə  müəllimlik 

bir  peşə  kimi  formalaşırdı.  Kuttablarda  hər  bir  dərs  arası  öyrənən-

lərə  fasilələr verilirdi.  Kuttablarda 18  yaşına qədər oxumaq olardı. 

Bu məktəblərdə oğlan və qızlar 7  yaşına qədər bir  yerdə təhsil ala 

bilərdilər.  7  yaşından  sonra  qızlar  məktəbdən  çıxarılıb  ev  işləri  ilə 

məşğul olurdular. Varlı adamlar evə müəllim çağıraraq qızlarına ya-

zı, oxu və Quran dərsləri öyrədirdilər. Azərbaycanın müxtəlif yerlə-




 

60 


rində  VIII-IX  əsrlərdə  Xorasanda,  Həmədanda,  Bərdədə,  Nax-

çıvanda kuttablar, məktəblər fəaliyyət göstərmişdir. 



Kuttablar  əsasən  iki  növdə  ola  bilirdi.  Uşaqlara  yalnız 

oxuma  və  yazma  öyrədən  kuttablar  və  Quranı,  dini  hökmləri 

öyrədən  kuttablar.  Oxuma-yazma  kuttabları  müstəqil  fəaliyyət 

göstərirdi. Yazı müəllimi Quran müəllimindən fərqli idi. Yazı müəl-

limi  Qurana  hörmətindən  irəli  gələrək  yazı  materiallarını  Quran 

ayələrindən  deyil,  müxtəlif  şeirlərdən  istifadə  edirdi.  Uşaqlar  Qu-

ranı şifahi şəkildə öyrəndiyi kuttabdan ayrılaraq, yazı müəllimindən 

də yazı bacarıq və vərdişlərini öyrənirdi. Yazı öyrədilən kuttablarda 

sonrakı dövrlərdə yazı vərdişlərindən başqa, ərəb dili, qrammatika, 

poeziya,  stilistika,  kolleqrafiya,  ərəb  və  fars  tarixi,  riyaziyyat 

öyrədilirdi. Belə kuttabların bəziləri pullu olduğundan hamını əhatə 

edə bilmirdi. Oxuma-yazma üçün istifadə edilən kuttablar çox vaxt 

müəllimlərin evlərində təşkil edilirdi. 

Kuttablarda  müəllim  kürsü  əvəzinə  həsirin  və  ya  kilimin 

üstündə bardaş quraraq otururdu. Uşaqlar da üzü müəllimə tərəf bu 

qayda  ilə  otururdular.  Müəllim  hər  bir  şagirdə  lövhə  əvəzi  kiçik 

taxta parçası və ağ rəng verirdi. Uşaqlar əvvəlcə bu lövhəni rənglə 

malalayır, sonra qamış qələmlə lövhənin üzərində əlifbanın  hərflə-

rini  yazır  və  əzbərləyirid.  Bu  üsul  yorucu  və  çox  vaxt  aldığından 

uşaqların oxu və yazı vərdişləri uzun müddət çəkirdi. 

İlk  vaxtlarda  təşkil  edilmitş  kuttablar  üçün  proqram  Həz. 

Ömər  tərəfindən  tərtib  edilmişdir.  Proqramın  mətnində  belə  deyi-

lirdi: “Uşaqlara üzməyi və ata minməyi öyrədin. Onlara geniş yayıl-

mış  zərbül-məsəlləri  və  gözəl  şeirləri  də  öyrədin.  Uşaqlara  öy-

rədiləsi  gərəkən  şeylər:  Oxu,  yazı,  hesab  və  üzməkdən  ibarətdir”. 

Oxuma  və  yazma  yolu  ilə  bilik  əldə  edərək  kamilliyə  çatmağı 

müsəlmanlara  tövsiyə  edən  ilk  kitab  Quran  idi.  O  dövrdə  yazının 

işlədilməsi  bir  yenilik  idi.  Məktəbin  proqramında  uşaqlara  ədəb, 

əxlaq  öyrədilməsi  də  başlıca  yer  tuturdu.  Bu  səbəblə  kuttablarda 

əxlaq dərsləri keçilirdi. 




 

61 


4.1.4. Məktəblərdə təhsil 

 

“Məktəb”  ərəbcə  “Ketb”  kökündən  əmələ  gəlmişdir.  Mənası 



“yazmaq” deməkdir. “Məktəb” - “Yazı yazılan yer” deməkdir. 

O  dövrdə  Azərbaycanda  savadlı,  bilikli  şəxslərə  “Molla”  və 

ya “Mirzə” deyilməsi məlum bir faktdır. “Hər oxuyan Molla Pənah 

olmaz”-  ifadəsi  də  elə  buradan  meydana  gəlmişdir.  Buna  görə  də 

məktəblərdə dərs deyənlərə “Molla” istilahından da istifadə edilmiş 

və məktəblərimizə də orta əsrlərdə “Mollaxana” deyilmişdir. Peda-

qoji dərs kitablarımızda, tədris vəsaitlərimizdə də o dövrün məktəb-

ləri  “Mollaxana”  adı  ilə  işlənmiş  və  həmişə  də  haqq-nahaq  tənqid 

obyektinə  çevrilmiş,  bu  məktəblər  ətalət,  gerilik,  savadsızlıq  mər-

kəzləri  kimi  qələmə verilmişdir ki,  bu da bir çox hallarda həqiqəti 

olduğu kimi əks etdirməmişdir. 

Qeyd  edək  ki,  o  dövrün  məktəblərini  bu  günlərimizdə  də 

“Mollaxana” ifadəsi ilə işlətmək heç də doğru sayılmaz. “Məktəb” 

uşaqların həm oxuma-yazma; həm də Quran və digər bilikləri aldıq-

ları  yer  idi.  Məktəblər  geniş  şəkildə  islamın  yayıldığı  yerlərdə  ən 

ucqar kəndlərdə belə təşkil olunmağa başladı. 

Ərəblər ölkələri fəth etdikcə islamı da, elmi də yayırdılar. Bu-

nun  üçün  ərəblər  məscidlərin  yanında  məktəblər,  mədrəsələr  açırdı-

lar. Azərbaycanda hələ X əsrdən öncə də “Məktəb” və  ya “Kuttab” 

adları  ilə  ibtidai  təhsil  verən  təlim  ocaqları  mövcud  olmuşdur.  Ərəb 

hakimiyyətindən sonra, mənbələrdən məlum olur ki, VIII əsrin birin-

ci yarısında Azərbaycanda ibtidai məktəblər fəaliyyətə başlamışdır. 

VIII-IX əsrlərdə Azərbaycanın müxtəlif şəhərlərində məktəb-

lər tədricən yayılır, Zərdüşt və Alban məktəblərinin yerinə ərəbdilli, 

islam  təmayüllü  məktəblər  açılır,  mövcud  Alban,  Arami  (Aramey) 

əlifbalarının yerinə ərəb əlifbası, Pəhləvi və Alban yazısının yerinə 

ərəb yazısı daxil olurdu. 

Məktəblər əsasən ilkin ibtidai təhsil verirdi. Məktəblərdə oxu 

müəllimi ayrı, yazı müəllimi isə ayrı idi. Quranı oxu müəllimi şifahi 

yolla öyrədirdi. 

Bir  çox  məktəblərdə  fərqli  proqramlarla  da  dərslər  keçilirdi. 

Belə ki, bəzi saraylarda, xüsusilə xəlifələrin saraylarında ibtidai təh-

sil verən məktəblər açılırdı ki, bu məktəblərin proqramları daha ge-

niş,  məzmunlu  və  hərtərəfli  idi.  Burada  dərs  deyənlərə  “Müəllim” 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə