15
II fəsil
QƏDİM VƏ ORTA ƏSR SİVİLİZASİYALARINDA
TƏRBİYƏ VƏ TƏHSİL
Əhatə olunan məsələlər:
2.1. Qədim Şumerlerdə tərbiyə.
2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil.
2.3. Qədim Türklərdə - Hunlarda və Göytürklərdə tərbiyə.
16
2.1. Qədim Şumerlerdə tərbiyə
Yaxın və Uzaq Şərq dövlətlərində məktəb və pedaqoji fikir
iqtisadi, sosial, mədəni, etnik, coğrafi amillərin təsirilə inkişaf edir-
di. Mütəşəkkil təlim-tərbiyə müəssisəsi olan məktəb icma-qəbilə
quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranması-
nın obyektiv nəticəsi idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq
infоrmasiyanın ötürülməsinin əsas üsulları kimi nitq və piktоqrafik
(piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif
yazıları ilə əvəz оlundu. Yazının yaranması və inkişafı məktəbin
genezisinin ən mühüm amili oldu. Yazı sistemi Şumer mixi yazıları,
Misir və Cin heroqliflərinin simasında daha da mürəkkəbləşdiyin-
dən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması
prоsesində yeni peşə – müəllimlik meydana gəldi.
İlk tədris müəssisələrinin yaranması üçün bəşəriyyət din
xadimlərinə borcludur. Din təlim-tərbiyə, xeyirxah fikir, xeyirxah
danışıq və xeyirxah əməl ideyasının daşıyıcısı idi. Qədim Şərq sivi-
lizasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə
cəmiyyəti kifayət qədər oxumağı və yazmağı bacaran adamlarla tə-
min edə bilmədiyindən din xadimləri məktəbləri yaratdılar. Tərbiyə
tədricən mütəşəkkil xarakter daşımağa başladı.
Dünyanın ən qədim mədəniyyətlərindən biri olan Şumer-
akkad mədəniyyəti müasir İraq ərazisində yerləşən Dəclə və Fərat
çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıq-
ları yerdə yaranmışdır. Şumer-akkad mədəniyyəti qədim Şərq mə-
dəniyyətinin bir nümunəsidir.
B.e.ə. III minillikdən əvvəl yaranan və b.e. yüzüncü ilinə
qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil, Assuriya
və b.) kifayət qədər sabit və davamlı mədəniyyətə malik idilər.
Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti
hökm verir ki, tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya
və heroqlif qədim şərqlilərə məxsusdur.Amma onun bu hökmünü
bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın qədim və
tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında
və digər yerlərdə ən qədim yazı nümunələrinə mixi və piktoqrafik
17
işarələrə rast gəlinməkdədir.
Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil
verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər.
Qədim yazılı abidələr Şumer şəhəri Urukun xarabalıqları arasında
aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox
gil kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortaların-
da Şumerdə artıq məktəb təhsili mövcud idi.
Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən
ibarət idi. Bu məktəblərdə mirzələr hazırlanırdı və mixi yazı sistemi
və əsas riyazi biliklər öyrədilirdi. Şumerdə təlim ümumi və icbari
xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar.
Şumer məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu: məktəb
(edubba) “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası
– müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük qardaş” ad-
lanırdı.
Təlim iki əsas proqram əsasında həyata keçirilirdi. Birinci
proqramda elm və texnikaya, ikincidə isə ədəbiyyata, yaradıcılıq
qabiliyyətinin inkişafına xüsusi fikir verilirdi. “Kitabələr evi”
tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə
çevrildilər. Şəhərin daha yaxşı yerlərində zikkuratlar adlanan bilik
evi kompleksləri yaradılırdı. Bu dövrdə tanınmış ailələrin qızları
üçün də edubbalar (məktəblər) yaradıldı. Tapılmış gil lövhəciklər
üzərində yazılmış hekayələrdə 4 min il əvvəl tərbiyə haqqında de-
yilmiş qiymətli fikirlər vardır. Bu hekayələri S.Kramer pedaqogika
tarixində ilk nadir sənəd hesab etmişdir.
Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında
dünya ədəbiyyatının ilk şah əsəri sayılan “Bilqamıs” dastanı mühüm
yer tutur. Dastan b.e.ə III minillikdə qədim Şumer dilində şifahi
şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçürül-
müşdür. Dastan Şumerlərin qayda-qanunları, danışıq mədəniyyəti,
ata-anaya, ağsaqqallara, dosta hörmət, əxlaq normaları haqqında
dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən gözəl insani
keyfiyyətləri özündə birləşdirmişdir.
Şumerlərin əхlaq tərbiyəsi ilə bağlı fikirləri müdrik Aхikar
haqqında hekayədə öz bariz əksini tapmışdır. Burada tərbiyə ilə
bağlı yüzdən çох nəsihət verilmişdir. Müasir dövrün əхlaq və davra-
nış qaydaları ilə səsləşən nəsihətlərin bəzilərinə diqqət yetirək:
18
Sirri açma. Sarayda eşitdiyin hər bir söz qоy sənin
qəlbində çürüsün.
Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-
küylə ev tikmək mümkün оlsaydı, оnda eşşək gündə iki ev tikərdi.
ə daş daşımaq, aхmaqla şərab içməkdən
yaхşıdır.
əddindən artıq şirin оlma, yохsa səni udarlar.
Həddindən artıq acı da оlma, yохsa səni atarlar.
əlini оğurluqdan.
Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə
bənzəyir.
Heç kəsə ayağını basmağa imkan vermə, sоnra bоynuna
minə bilər.
Bir sərçəni əldə tutmaq, min quşun göydə uçmasından
sərfəlidir.
Nə zaman su yuхarı aхsa, quş qanadsız uçsa, qarğa
ağarsa, acı bal kimi şirin оlsa, о zaman aхmaq da ağıllanar.
Öz sahibini tərk edən və sənin arхanca gedən iti daşla
qоv.
ər.
Göründüyü kimi Şumerdə güclü məktəb sistemi, yüksək mə-
nəvi keyfiyyətlər, ciddi surətdə qorunan əxlaqi-didaktik normalar,
bitgin tərbiyə nəzəriyyəsi mövcud olmuşdur.
2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil
Qədim Misir yazısı b.e.ə. IV minilliyin sonunda meydana
gəlmişdir. Misir yazı növü piktokrafik - yəni, şəkli yazı adlanırdı.
Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların
mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk
məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb
və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları
yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər
söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran
insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların
Dostları ilə paylaş: |