Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə66/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   176

 

201 


ilə sıx yaradıcılıq əlaqələri saxlayırdı) yaradıcılarından və rəhbərlə-

rindən idi. 

Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri 

kimi şöhrət qazanmış, təlim-tərbiyə mövzusunda yazdığı əsərlərində 

yazıçı-pedaqoq  kimi  özünün  məharətini  göstərmiş  Seyid  Əzim 

Şirvaninin  ədəbi  irsinin  mühüm  hissəsini  uşaq  və  gənclərin  təlim-

tərbiyəsinə  həsr  etdiyi  əsərlər  təşkil  edir.  “Qafqaz  müsəlmanlarına 

xitab”, “Təlim-tərbiyə haqqında”,  “Əkinçi” qəzetinə  yardım üçün”, 

“Həsən bəy Məlikov Zərdabiyə”, “Puşkinə heykəl qoyulması müna-

sibətilə” və s. şeirlərində o, bir maarifçi kimi feodal-patriarxal qay-

da-qanunların əleyhinə çıxmış, qabaqcıl ideyaların carçısı olmuşdur. 

Seyid Əzim insanlara dərin və hərtərəfli bilik qazanmağı töv-

siyə edir və bunula bərəbər gözəl əxlaq və ədəbə yiyələnməyi zəruri 

hesab edirdi. 

Seyid  Əzimin  nəcib  ideyalar  tərbiyə  edən  əsərlərini  məktəb 

şagirdləri bir əsrdən artıqdır sevə-sevə oxuyub əzbərləyirlər. Şairin 

öz  oğlu  Mir  Cəfərə  müraciətlə  yazdığı  şeirlərdə  təbliğ  olunan 

fikirlər əslində bütün uşaqlar və gənclər üçün olduqca faydalıdır. 

Şair  “Alimlərə  hörmət  haqqında  moizə”  şeirində  oğlu  Mir 

Cəfərə müraciətlə yazır: 



Üləma haqqını riayət qıl, 

Əhli-elmə həmişə hörmət qıl. 

Demə bu kafər, ol müsəlmandır, 

Hər kimin elmi var, o insandır. 

...Elm bir nur, cəhl zülmətdir, 

Cəhl düzəxdir, elm cənnətdir . 

Şairin  əsərləri  içərisində  öyüd,  təmsil  və  didaktik  mahiyyət 

daşıyan mənzum hekayələr çoxdur. Bunların da müəyyən bir hissəsi 

öz  ideyaları  etibarı  ilə  onun  maarifçi,  didaktik  şeirləri  ilə  birləşir. 

Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzi-

lənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin 

tərbiyələndirilməsi  həmin  öyüdlərin  əsas  məzmununu  təşkil  edir. 

Şairin  öyüdlərinin  çoxu  bu  günə  qədər  öz  tərbiyəvi  əhəmiyyətini 

itirməmişdir. 

Seyid Əzimin öyüdlərində zəhmət, əmək insanı ucaldan başlı-

ca  amillər  kimi  göstərilir  və  gənc  nəslə  işsizlikdən,  bikarçılıqdan 

uzaqlaşıb, müəyyən bir sənətə yiyələnmək tövsiyə olunur: 




 

202 


 

Ey oğul, bil ki, adəmi-bikar, 

Xüşk olan bir odundu, layiqi-nar. 

Bunu bizdən deyibdilər əqdəm, 

Sənəti olmayan deyil adəm. 

Maarifpərvər şair başqa bir şerində birlik, ittifaq ideyasını irəli 

sürərək,  fərdiyyətçiliyin  əleyhinə  çıxır,  gəncləri  birliyə,  ittifaqa 

çağırırdı: 



İttifaq eyləyəndə beş barmaq, 

Xeyli asandı bir işi tutmaq. 

Yoxdur, ey sərvarim, tək əldə səda, 

İttifaq ilədir sünırü səfa. 

Seyid Əzim şeirlərində Şamaxıda o zamanlar rus dilində yeni 

rəsmi dövlət məktəbinin açılmasından, özünün bu məktəbdə müəl-

lim  kimi  çalışmasından  və  elmin  məziyyətlərindən  bəhs  edir.  O, 

elmli şəxsi var-dövlət sahibi, elmsiz şəxsi isə heyvan kimi dəyərlən-

dirir: 


Bu nədəndir? Savadımız yoxdur, 

Elmdə ictihadımız yoxdur... 

... Bixəbər olmuşuq şəriətdən

Başımız çıxmır elmi-hikmətdən... 

...Zinəti-şəxs elmi-ədyandır, 

Elmsiz şəxs misli-heyvandır . 

Oğlu Mir Cəfərə yazdığı bir məktubunda şair bu fikrini daha 

kəskin şəkildə ifadə edərək yazır: “Təvəqqe eləyirəm ki, yaxşı dola-

nasan, ananı incitməyəsən, yoldaşlarını incitməyəsən, oxumağa səy 

eləyəsən”. 

Ey oğul, bu dəlili-bişəkdir, 

Adəmi-bisəvad eşşəkdir. 

Seyid Əzim əsl sənətə yiyələnmək üçün elmi əsas götürür. O 

deyir  ki,  yaxşı  sənətkar  olmaq  üçün  elmli  olmaq  lazımdır,  çünki 

elmsiz sənət dəyərsiz bir şeydir. 

Şair “Cəfər, ey qönçeyi-gülüstanım” misrası ilə başlayan şei-

rində öz övladına əhli-ürfan kimi yetişməyi, bunun üçün “hər lisanə 

rağib” olmağı, bütün elmləri öyrənməyi məsləhət görür: 



 

203 


Demirəm rus, ya müsəlman ol

Hər nə olsan get əhli-ürfan ol... 

...Cəhd qıl neməti-təmamə yetiş, 

Elm təhsil qıl, məqamə yetiş. 

Klassik  rus  ədəbiyyatının  mütərəqqi  rolunu  və  əhəmiyyətini 

düşünən Seyid Əzim Azərbaycan təzkirəçiləri arasında ilk dəfə ola-

raq rus ədəbiyyatına da müəyyən yer ayırmışdır. O, xüsusilə Puşki-

nin zəngin irsindən rəğbətlə bəhs etmiş, onu kamala çatmış ən yük-

sək bir şair, faydalı əsərlər müəllifi və yeni rus ədəbi dilinin mahir 

bilicisi,  ustası  kimi  tərifləmişdir.  Şair  şeirlərinin  birində  oğluna  xi-

tabən öz dövrünün gənclərinə rus dilini öyrənməyi məsləhət görür: 



Ey oğul, hər lisanə ol rağib, 

Xassə ol rusi elminə talib. 

Onlara ehtiyacımız çoxdur, 

Bilməsək dil, əlacımız yoxdur. 

Seyid Əzimin rus dilini öyrənməyi təbliğ etməsi o dövr üçün 

mütərəqqi bir hadisə idi. O zaman Azərbaycanda hakim dairələr, ru-

hanilər rus dilinin, Rusiyadan ucqarlara keçən hər cür qabaqcıl ide-

yaların əleyhinə çıxırdılar. Elə buna görə də avam xalqa rusca oxu-

mağı şəriətcə qadağan edir, rus dilində kitab, qəzet, jurnal oxuyan-

ları “kafir” adlandırırdılar. 

Mütərəqqi  ideyaların  carçısı  olan  Seyid  Əzim  bu  mühafizə-

karların  əleyhinə  olaraq  rus  dilinin  tədrisini,  rus  və  Avropa  mədə-

niyyətinin qabaqcıl nailiyyətlərindən istifadə etməyi günün ən vacib 

və zəruri məsələlərindən sayır və bu sahədə müasiri Həsən bəy Zər-

dabi ilə bərləşirdi 

Seyid Əzim insanın formalaşmasında rərbiyənin roluna böyük 

qiymət  vermiş,  bütün  insanların  tərbiyəyə  möhtac  olduğunu  bildir-

mişdir: 

Filhəqiqət dirəxti-nakamil, 

Tərbiyət feyzinə olur şamil. 

Növi-insan deyil ağacdan kəm, 

Qabili-tərbiyətdi hər adəm. 

Şairin fikrincə, insan elm və tərbiyə sayəsində öz əxlaqını və 

ədəbini inkişaf etdirib  yetkin səviyyəyə çata bilər.  İnsanın səadəti-

nin mayasında tərbiyə dayanır. Tərbiyəsiz elmin isə faydası yoxdur: 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə