Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


VII FƏSİL. Postsovet məkanında inteqrasiya prosesləri. Müstəqil Dövlətlər Birliyi



Yüklə 0,78 Mb.
səhifə11/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Drs vsaiti.MP.

VII FƏSİL. Postsovet məkanında inteqrasiya
prosesləri. Müstəqil Dövlətlər Birliyi



  1. Müstəqil Dövlətlər Birliyinin yaranması

  2. MDB-də iqtisadi, sosial, humanitar əlaqələrin inkişafı

  3. MDB ölkələri arasında Avroasiya məkanında əmək­daş­lıq və genişlənən əlaqələri

1) 1991-ci ildə Minsk şəhərində Rusiya, Belorusiya və Uk­ray­na dövlətləri arasında bağlanmış razılaşma əsasında, Müs­tə­qil Dövlətlər Birliyinin əsası qoyulmuşdur. Bura keçmiş SSRİ-nin yeddi ölkəsi: Azərbaycan, Ermənistan, Qazaxıstan, Qır­ğı­zıs­tan, Moldova, Tacikistan və Özbəkistan qatılmışdır. 1991-ci il­in 21 dekabrında MDB-nin deklorasiyasında qeyd edilirdi ki, bey­nəl­xalq əmək bölgüsü, qarşılıqlı mənfəətli ticarət, ümumi strateji ma­raqlar və milli maraqlar uğrunda əməkdaşlıq. Bu inteqrasiya bir­liyinin məqsədləridir.


MDB dövlətləri arasında 1993-cü ilin 22 yanvarında Minsk­də ni­zamnamə qəbul edildi. Minsk görüşündə bu ölkələrin döv­lət baş­çıları nizamnaməni imzaladılar. Bu görüşdə Türk­mə­nis­tan və Ukrayna iştirak etmədi. Nizamnamədə birliyin vəzifə və prin­­sipləri sistemləşdirilmişdi. Müstəqil Dövlətlər Birliyinin təş­kilati strukturu müəyyənləşdirilmişdir. Müstəqil Döv­lət­lər Bir­­liyinin təşkilati, icraedici və məhkəmə orqanları aşa­ğı­­da­kılardır.

  • Dövlət başçılarının ali şurası.

  • Hökümət başçılarının şurası.

  • Xarici işlər üzrə nazirlər şurası.

  • Müdafiə məsələləri üzrə nazirlər şurası.

  • Daxili qoşunlar üzrə idarə etmə şurası.

  • Beynəlxalq Assambleya.

  • İqtisadi Məhkəmə.

Müzakirə edilən məsələlərin həlli və icrası üçün icraedici or­qanlar yaradılmışdır:

  • İqtisadi şura.

  • İştirakçı dövlətlərin daimi nümayəndələrindən ibarət şura.

  • İcraedici komitə .

2) Müstəqil Dövlətlər Birliyinin formalaşması bir neçə mər­­hələdən keçib. Birinci mərhələ 1991–1993-cü illəri əhatə edə­rək milli iqtisadiyyatların formalaşması mərhələsi olmuşdur və SSRİ-nin dağılması ilə xarakterizə olunurdu. Bu dövrdə öl­kə­lər­ara­sı milli sərvətlərin bölüşdürülməsində, keçmiş SSRİ-nin kre­­ditlərinin verilməsində ciddi problemlər yaşanırdı.
İkinci mərhələ 1994–1995-ci illəri əhatə edirdi. MDB ölkə­lə­ri öz dövlətlərarası əlaqələrinin bazasının formalaşmasında MDB nizamnaməsindən irəli gələn şərtlər üzərində çalışırdı. MBD dövlətlərinin qurduğu əlaqələrin tənzimlənməsi üçün bir çox sənəd qəbul edilmişdir. 1993-cü ildə iqtisadi ittifaqın ya­radılması, 1994-cü ildə isə azad ticarət zonasının ya­ra­dıl­ma­sı haqqında razılıq əldə edildi. 1994-cü ildə iqtisadi ittifaqın fəa­liyyət göstərən dövlətlərarası iqtisadi komitəsinin daimi or­qa­nı təsis edilmişdir.
Üçüncü mərhələ 1998-ci ildən başlamışdır. Bu dövr sub­re­gio­nal təşkilatların meydana gəlməsi ilə fərqlənir. Bu mər­hə­lə­də mərkəzə yönümlü inteqrasiya prosesləri daha da inkişaf edir. Bu dövrdə MDB məkanında bir neçə subregional qurum ya­ran­mışdır. İştirakçı dövlətlər yeni reallıqları nəzərə alaraq uyğun qar­şılıqlı əlaqə vasitələrini axtarmağa başlamışdılar. Bu dövrdə ya­ranan subregional təşkilatlar MDB-də fəaliyyət gös­tə­rən öl­kə­lərə ziddiyət yaratmırdı. Bu subregional təskilatlara mi­sal ola­raq GUAM, QİƏT, KTMT kimi inteqrasiya qu­rum­la­rı­nı gös­tərə bilərik.
Müstəqil Dövlətlər Birliyi çərçivəsində iştirakçı dövlətlərin qar­şılıqlı iqtisadi, ticari və sosial əlaqələrin inkişafı və də­rin­ləş­mə­si MDB ölkələrinin inteqrasiya siyasətində vacib isti­qa­mət­lər­dir. Milli dövlətlər müstəqillik əldə etsələr də SSRİ-nin ya­rat­dı­ğı iqtisadi məkanda idilər. Bu səbəbdən dövlətlər həm xa­rici, həm də daxili qarşılıqlı əlaqələrlə bir-biri ilə bağlı idilər. 1993-cü ildən baş­la­ya­raq MDB-də xarici ticarət əlaqələri in­ki­şaf etməyə başladı. MDB ölkələrinin əsas xarici tərəfdaşı Ru­si­ya Federasiyası ol­muş­dur. Üçüncü dövr (1998-ci ildən) Ru­si­ya­da böhran vəziyyəti xarici ticarətin zəifləməsinə səbəb ol­muş­dur. Anidən dovlətlər arasında ticarət məhsullarının dövriyyəsi da­­yandı. 1995–2005-ci illər Rusiya MDB ölkələri üçün əsas id­xal məh­sullarının mənbəyi idi. O dövr MDB ölkələri arasında qar­­şı­lıq­lı iqtisadi ticarət orta səviyyədə inkişaf etsə də, bir sıra prob­­lem­lər qalmaqda idi. Postsovet ərazisində ölkələrin iq­tisadi inkişaf səviyyəsinin müxtəlif olması. Yerli əmtəə zəif rə­qa­bət aparma qabiliyyəti. Məhsulu idxal edən ölkələr daha key­­fiy­yət­li əmtəələrə üstünlük verirlər və əsas xammal məh­sul­la­rı və baş­qa strateji məhsullara yer verilirdi. MDB ölkələrinin aqrar sa­hədə zəif in­teqrasiyası müşahidə olunurdu. Dövlətlərdə milli fond­­la­r və valyuta bazaları zəif inkişaf edirdi. Nəqliyyar və ener­getika siyasətində narazılığın olması müşahidə olunurdu. Əsasən də bey­nəlxalq nəqliyyat dəhlizinin inkişafına ehtiyac duyulurdu. Qar­şılıqlı ticari əlaqələrdə maneələrin artması kimi bir sıra mə­sələlər öz həllini tapmamışdır.
Ümumi strateji və milli maraqlar üçün mənəvi mühitin ya­ra­dıl­ması, qarşılıqlı ticari əlaqələri, sosial iqtisadi əməkdaşlığın möh­kəmləndirilməsi MDB-nin əsas vəzifələridir. MDB çər­­çivəsində regional inteqrasiya keçmiş vahid təsərrüfat bazası üzərində yox, müs­təqil ölkələrin mənafeləri üzərində genişləndirilməli idi. MDB ərazisində 1990–2000-ci illərdə bir neçə subregioanal in­teq­rasiya birlikləri yaranmışdı. Rusiya–Belarusiya birliyi; GUAM–Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova birliyi; Mər­­kəzi Asiya birliyi (Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Ta­ci­kistan).
Belarusiya və Rusiya dövlətlərinin MDB birliyi çərçivəsində in­teq­rasiya prosesləri ardıcıl inkişaf etmişdir. 2 aprel 1996-cı ildə imzalanmış və həmin ilin 29 avqustunda qüvvəyə minmiş Be­larusiya və Rusiya arasında vahid məkanın formalaşması haq­­qında müqavilə, MBD-də ittifaq qurumların yaranması yo­lun­da ilk addım idi. 1998-ci ildə Belarusiya və Rusiya itti­fa­qı­nın yaradılması haq­qında müqavilə imzalandı. 1999-cu ilin 8 de­kabrında vahid it­ti­faq dövlətinin yaranması haqqında mü­qa­vi­lə imzalandı. Mü­qa­vi­lə 2000-ci ilin 26 yanvarında hər iki döv­lət parlamenti tə­rə­fin­dən ratifikasiya edildi. İttifaqın ya­ran­ma­sının əsas məqsədi va­hid əmtəə bazarının effektli fəaliyyət gös­tərməsi, kapitalın in­kişafı və işçi güclərinin tərəflər arasında hə­rəkəti məsələsinin ni­zama salınması idi. Bu illər ərzində bu ittifaq dövlətləri arasında bir çox nailiyyətlər əldə edilmişdir. Ru­siya Belarusiyanı əsas ener­ji resursları, qurğu və cihaz eh­ti­yat­ları ilə təmin edirdi.
Yanacaq-enerji kompleksi Belarusiya və Rusiya – 95%, ma­şınqayırma – 85%, kənd təsərrüfatı – 65%. Tikinti industriyası – 80%-ə qədər olmuşdur. 2008-ci ilin axırında dövlətlər ara­sın­da mal dövriyyəsi 34 milyard dollar təşkill etmişdir.
Rusiya Federasiyası və Belarusiya Respublikası arasında va­hid gömrük ittifaqı 5 yanvar 1995-ci ildə yaradıldı. Sonralar bu gömrük ittifaqına Qazaxıstan Respublikası, Qırğızıstan Res­pub­­likası, Tacikistan Respublikası qoşuldu. Bu subregional Göm­­­­rük ittifaqının məqsədi iştirakçı dövlətlərin iqtisadi göm­rük tariflərinin tənzimlənməsi və əlverişli şəraitdə azad ticari tə­­­sərrüfat əlaqələri yaratmaqdır.
Bu Gömrük ittifaqına və vahid iqtisadi ərazinin yaranması və formalaşmasına ümumi idarəedici orqanlar rəhbərlik edir. Aşa­ğıdakı qurumlar təşkilati struktur orqanlarıdır.

  • Dövlət başçılarının şurası.

  • Hökümət başçılarının şurası.

  • İnteqrasiya komitəsi.

  • Parlamentlərarası komitə.

Vahid iqtisadi zonada MDB çərçivəsində inteqrasiya pro­ses­ləri genişlənir. Bu istiqamətdə vahid iqtisadi zonanı yaratmaq, ra­zılaş­dı­rılmış iqtisadi si­yasət yürütmək və ticarət və tarif­lər­lə bağlı müs­təqil döv­lət­lərarası komissiyanın yara­dılması nəzərdə tu­­tu­lur­du.
Vahid iqtisadi zonanın formalaşmasının konsepsiyası növ­­bəti müddəalara əsaslanır:

  • Vahid İqtisadi zonanın formalaşmasının məqsədi iştirakçı dövlətlərdə iqtisadiyyatın və əhalinin həyat tərzinin ef­fekt­li şəkildə inkişafını təmin etməkdir.

  • Vahid iqtisadi zoanın funksiyalaşmasında əsas prinsiplər iş­tirakçı dövlətlərin əmtəə dövriyyəsinin təşkili, xid­mət­lərini, kapitalın və işçi qüvvəsinin azad hərəkətini, əm­təə daşınmasına şərait yaratmaqdır.

  • Vahid iqtisadi zonada inteqrasiya və fəaliyyətin isti­qa­mə­tini beynəlxalq sazişlər, razılaşmalar və vahid iqtisadi zo­nanın təsdiq etdiyi orqanlar əsasında təyin edilir.

  • Vahid iqtisadi zonanın formalaşması və işi (World Trade Or­ganization) Dünya Ticarət Təşkilatının normaları və qaydaları əsasında aparılır.

3) Avroasiya İqtisadi Əməkdaşlıq birliyi Belarusiya, Qa­za­xıs­tan, Qır­ğızıstan, Rusiya və Tacikistan ölkələrinin ümumi göm­rük sər­hədlərini formalaşdıran xüsusi siyasətə malik iqtisadi göm­­rük təşkilatıdıdr. AİB-in yaranması haqqında müqavilə 10 ok­­tyabr 2000-ci ildə Qazaxıstanın Astana şəhərində bu döv­lət­lər­in pre­zidentləri tərəfindən imzalanmışdır. Ra­zılaşmaya görə bu in­teqrasiya qurumunun əsas vəzifələri bunlardır: Üzv döv­lət­­lər­də həyat şəraitinin yaxşılaşdırılması, vətəndaşların hüquq və azad­­­lıq­la­rın qorunması, sosial əlaqələri mohkəmləndirmək və in­ki­şaf etdirmək olmuşdur. Ölkələrin sıx diplomatik əlaqələrinin in­ki­şa­fını tə­min etmək. Vahid iqtisadi zonanı formalaşdırmaq. Və­tən­­daş­­ların sosial müdafiəsinin minimal standartlarını hazır­la­maq və bərabər təhsil almaq imkanlarını və elm, mədəniyyət nai­­liy­yət­lərinin tətbiqinə keçid imkanına çərait yaratmaq. Beynəlxalq arenada la­yiqli yer tutmaq. Xarici sərhədlərin qorunmasında, cinayətkar­lıq­la və terrorla birgə mübarizədə birgə fəaliyyət göstərmək.
Avroasiya İqtisadi Əməkdaşlıq Birliyinin məqsədi gömrük ittifaqını və va­hid iqtisadi zonanın formalaşmasında davamlı və effektli irə­li­ləməkdir. AİB ilə iştirakçı dövlətlərin 2000-ci illərdə mal döv­riyyəsi 88%-ə qədər artmışdır. Digər MBD dövlətlərində isə bu göstərici 11%-dir. Əgər ümumi MBD tərkibində qar­şı­lıq­lı ticarətdə məhdudiyyət Avrasiya İqtisadi Birliyində gömrük və vergi ma­neələri demək olar ki, yox sə­viy­yəsindədir. Avrasiya İqtisadi Bir­­liyinin uğurları ilə yanaşı, bə­zi problemlər də var. Bunlar:

  • AİB iştirakçı dövlətlərinin inteqrasiyanın müxtəlif inkişaf mərhələlərində olması.

  • Milli məhsulların zəif rəqabəti.

  • Milli iqtisadi strukturların eyniliyi və xarici bazara çı­xa­rıl­mış eyni tipli məhsulların oxşarlığı və xarici bazara çı­xa­rılmış eyni tipli məhsulların olması.

  • Aqrar sahənin zəif inteqrasiya etməsi.

  • Nəqliyyat və energetika sahələrində siyasətinin reallaş­ma­sında vahid qərarın alınmaması.

  • Qarşılıqlı ticarətdə maneələrin çoxalması.

  • Əldə edilmiş razılıqlara həmişə əməl edilməməsi.

Avroasiya iqtisadi əməkdaşlıq birliyi ölkələrinin əsas xüsusiyyətləri nə­zə­rə almaqla ölkələrin əməkdaşlığında əsas inkişaf isti­qa­mət­lə­ri aşa­ğıdakı kimi müəyyənləşdirilib:

  1. Nəqliyyatda vahid tarif problemlərinin həlli, əmtəə axı­nının yüksəldilməsi, gömrük prosedurlarının asan­laş­dı­rıl­ma­sı.

  2. Energetika sahəsində mərkəzi asiya hidroenerji kom­pleks­lərini birgə inkişaf etdirmək. Yanacaq-energetika mə­sələlərinin həllini tapmaq.

  3. Əmək miqrasiyasında miqrantların sosial müdafiəsini tə­­min etmək. Əmək miqrasiyasına nəzarət sisteminin ya­ra­dılması. Miqrasiya problemlərinin və işə gö­tü­rən­lə­rin vergidən yayınma problemlərinin qarşısının alınması.

  4. Dövlətlərarası aqrar sənaye kompleksinin təşkili və AİB-də kənd təsərrüfatı siyasətini uyğunlaşdırmaq.

  5. Vətəndaşlıq almaq sahəsində qaydaları nizama salmaq. Hazırda AİƏ dövlətləri öz aralarında vətəndaşlıq statusu və sərbəst hərəkətlər üçün yün­gül şərtlər qoymuşlar.

Başqa bir subregional inteqrasiya qurumu olan GUAM (De­mok­ratiya və iqtisadiyyatın inkişafı üzrə təşkilatdır). Bu subre-gio­anal inteqrasiya birləşməsinə daxil olan ölkələr: Gürcüstan, Uk­rayna, Azərbaycan, Moldova. Müşahidaçi qismində olan döv­­lətlər Türkiyə və Latviyadır. Avropada stabilliyi və təh­lü­kə­siz­­liyi qorumaq məqsədilə 1997-ci ilin 19 oktyabrında Stras­bur­qda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova dördtərəfli əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Ukrayna, Azər­bay­can, Moldova, Ukrayna arasında əlaqələr və ümumi sər­həd­lər möv­cud­dur. Bu ölkələr bir-biri ilə əlaqələrini Qara dəniz va­si­təsilə də sax­layırlar. Özbəkistan GUAM-a 1999-cı il 24 ap­rel­də bir­ləşib. GUAM-ın məqsədlərindən biri Xəzərin yanacaq ener­jisi eh­tiyatlarını Qara dəniz vasitəsilə Avropaya və Uk­ray­na­ya çı­xar­maqdır. 24 aprel 1999-cı ildə Vaşinqtonda bu ölkələr ara­sında im­za­lan­mış xartiyada aşağıdakı məqsədləri elan olun­muş­dur.
Bunlar:Beynəlxalq təşkilatlar və beynəlxalq forumlar çərçivəsində öz hərtərəfli əməkdaşlığını və qarşılıqlı əlaqələrini möh­kəm­lən­dirmək. NATO-nun “Dünya üçün müttəfiqlər” və Av­ro­pa ­At­lantik tərəfdaşlıq şurası çərçivəsində qarşılıqlı əlaqələri in­ki­şaf etdirmək. Süverenliyə hörmət əsasında və başqa dövlətlərin əra­­­zi bütövlüyünə toxunmadan dünyada sülh uğrunda mü­ba­ri­zə­də qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi. Terrorizmə, se­pa­ratçılığa və dini ekstremizmə qarşı birgə mübarizə apar­maq. 2003-cü ildə Özbəkistan öz üzvlüyünü GUAM-da da­yan­dırdı. 2006-cı ildə GUAM-a “Demokratiya və iqtisadiyyatın inkişaf təşkilatı” adı verildi.
MBD daxilində subregioanal inteqrasiya birlikləri postsovet ərazisində vaxtı ilə qurulmuş əməkdaşlıq əsasında inteqrasiya əla­qələrini demokratik səmərəli tərəfdaşlıq əsasında qurmağa ça­lı­şırlar.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə