Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
Neft-kimyası

Mühazirə 24 
Neft və fraksiyalarda aromatik karbohidrogenlərin miqdarı və növləri 
Müxtəlif neflərdə aromatik karbohidrogenlərin miqdarı 15%-dən 50%-ə 
qədər dəyişir. Keçmiş SSRİ neftlərinin (400-ə qədər) tərkibində olan 
aromatik birləşmələrin miqdarı təyin edilmişdir. Onların orta miqdarı 
müxtəlif parafinli neftlərdə belədir: - Az parafinlilərdə − 37,4% - Orta 
parafinlilərdə − 30,6% - Yüksək parafinlilərdə − 20,8% Tərkibində bərk 
karbohidrogenlərin miqdarı 1%-dən az olan neftlər − az parafinli; 1−7% -ə 


qədər olan neftlər – orta parafinli; 7%-dən çox olan neftlər isə yüksək 
parafinli neftlərə aiddir. 
Neftin tərkibində olan aromatik karbohidrogenlər və onların homoloqları: 
I.benzol və onun törəmələri, 
II. benzolun alkiləvəzli izoprenoid qaruluşlu törəmələri, 
III.benzolun alkilə vəzli qeyri-müntəzəm izoprenoid quruluşlu törəmələri. 
Tri-,tetra-,penta-,heksa-və heptatsiklik aromatik birləşmələr və onların 
metiləvəzli törəmələri ;(1,3-dialkil- və 1,2,4-trialkilbenzol )miqdarı daha çox 
olur.Benzin fraksiyasında di- və trimetil benzollar miqdarca üstünlük təşkil 
edir.Belə ki,C8 aromatiklər üçün etilbenzolun ksilolların cəminə olan 
nisbəti 1:5 kimidir. 
Termodinamiki cəhətdən davamlı aromatiok karbohidrogenlərin miqdarı 
neft və neft fraksiyalarında bir qayda olaraq üstünlük təşkil edir.Bu 
baxımdan C8aromatik krbohidrogenlərinin miqdarı bu sıra üzrə 
dəyişilməlidir. 
İzomer tərkibinin termodinamiki tarazlıqdan belə kənara çıxması,neftin 
əmələ gəlmsində iştirak edən ilkin üzvi ana məhsulunda müəyyən 
quruluşlu birləşmələrin üstünlük təşkil etməsi ilə əlaqədardır.Başqa 
tədqiqatçıların fikrincə bu kənaraçıxma neftlə əlaqədə olan təbii süxurların 
katalitik təsiri ilə bağlıdır. 
Benzin fraksiyasında olan C9-un,yəni mono-,di- və trialkilbenzolların 
miqdarının ümumi cəminin nisbəti 1:3:5 kimidir.Toluol,m-ksilol və 
psevdakumol(1,2,4-trimetilbenzol)benzin fraksiyasında üstünlük təşkil 
edir.Benzin fraksiyasındda az miqdar hibrid quruluşlu indanın da olması 
aşkar edilmişdir. 
Azərbaycanın 
qaz-kondensat 
mədənlərindən 
alınmış 
benzin 
fraksiyalarının karbohidrogen tərkibinin 13,4−18,4 % -ni C6 – C9 aromatik 
karbohidrogenləri təşkil edir. Sərbəst aromatik karbohidrogenlərə gəldikdə 
isə demək olar ki, C7 və C8 -in miqdarı C6 və C9 aromatiklərindən daha 
çoxdur. 
Müəyyən edilmişdir ki, neftin bütün fraksiyalarında benzol sıra
karbohidrogenlərinin miqdarı bi- və politsiklik aromatiklərinkindən
çoxdur. 


Benzin fraksiyasından fərqli olaraq, neftin kerosin və ya orta
fraksiyasının tərkibinə daha mürəkkəb quruluşlu müxtəlif aromatik
birləşmələr daxildir. 
Kerosin 
fraksiyasından 
(200-
230°C)alkilbenzollar,naftalin(IV),tetralin(XVI)və 
onların 
metiləvəzli 
törəmələri ayrılaraq idenrifikasiya edilmişdir.Bu fraksiyada olan benzol 
sırası birləşmələri(I)quruluşlu olub,bir yaxud iki metil və 6-8 karbon atomu 
saxlayan az şaxəli alkil qrupuna malikdirlər.Neftin orta fraksiyalarından 
benzolun müntəzəm (II)və qeyri-müntəzəm (III)quruluşlu alkil izoprenoid 
törəmələri də tapılmışdır.Bu karbohidrogenlərin təbii 
Ɓ
-karotinlə
bilavasitə genetik əlaqəsi vardır . 
Neftin tərkibində metilnaftalinin miqdarı əvəz olunmamış naftalindən 
daha çox olur .Eyni zamanda bifenil və onun homoloqlarının da olması
aşkar edilmişdir ,lakin sonuncular naftalinin sırası birləşmələrindən 
miqdarca geri qalır 
Dimetilnaftalinin on mümkün izomerindən doqquzu 255-275 0 C 
fraksiyasından ayrılmışdır .Bunlardan yalnız 1,8-dimetilnaftalin aşkar 
edilməmişdir Dimetilnaftalinin 4 izomeri (1,6-,1,7-,2,6-və 2,7-)C2 –
alkilnaftalinlərinin ümumi miqdarına görə 80%təşkil edir 
275-3050 C-də qaynayan neft fraksiyasından trimetilnaftalinin 14 
mümkün izomerindən səkkizi ,tetrametilnaftalinin isə üç izomeri 
ayrılaraq identifikasiya edilmişdir 
Kerosin fraksiyasından tetralin(XVI)və onun tprəmələri az miqdar 
kondensləşməmiş həlqəli feniltsikloheksan quruluşlu (XIV)və ya 
(XV)karbohidrogenləri də çıxarılaraq identifikasiya edilmişdir 
Qazoyl fraksiyasında az miqdatr asenaften (XIX),flüoren və onların 
törəmələrinin olması aşkar edilmişdir 
Neftin daha ağır fraksiyalarında qopan sıra karbohidrogenlərilə genetik
əlaqəsi olan üç (XX)dörd (XXI)və beş (XXII) doymuş həlqə saxlayan hibrid
qurluşlu monoaromatik karbohidrogenlər tapılmışdır .Ağır fraksiyalarda
həmçinin steroid qurluşlu (XXIII)C27 -c29 )monoaromatik birləşmələr də 
ayrılaraq identifikasiya edilmişdir Göstərilən izoprenoid qurluşlu
alkilbenzolun törəmələri relikt birləşmələrə aiddir .Bu isə neftin üzvü 


mənşəli olması haqqında söylənən fikirlərdən biridir .Lakin canlı 
orqanizmlərdə aromatiklərin qatılığı yox dərəcəsindədir.Bununla əlaqədar 
bu birləşmələrin təbiətdə ilkin bioloji maddələrdə karbon skletinin az 
dəyişməsi ilə təbii katalizatorlar üzərində asanlıqla aromatikləşməsi 
nəticəsində alınması fikri söylənmişdir. 
Neftin 
ağır 
fraksiyalarında 
dörd 
kondensləşmiş 
nüvəli 
piren 
(VII),xrizen(VIII),1,2-benzantrasen(IX)və 3,4-benzfenantrenin (X)olması 
müəyyən edilmişdir.Hibrid quruluşlu karbohidrogenlər 1-3 aromatik və 
bir neçə doymuş həlqə saxlaya bilər.Kondensləşmiş 5-7 aromatik həlqəli 
alkilaromatik 
birləşmələrdən 
isə 
perilen(XI),1,12 
benzperilen(XII),koronen(XIII)identifikasiya 
edilmişdir.Kondensləşmiş 
həlqələrin sayı artdıqca neftdə aromatiklərin miqdarı azalır 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə