Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 
 
 
 
 
 
 
73
Әmәk intizamı 
 2013-cü 
ildә әmәk vә icra intizamına ciddi әmәl edilmәsi mәqsәdi ilә ARDNŞ-nin 
Baş ofisi vә bütün struktur bölmәlәrindә  tәlәbkarlığın artırılması istiqamәtindә müvafiq 
işlәrin görülmәsi davam etdirilmişdir. 2012-ci illә müqayisәdә 2013-cü ilin yekunlarına 
görә nizam-intizamın vәziyyәti haqqında göstәricilәr ARDNŞ-nin müәssisәlәri üzrә 
aşağıdakı cәdvәldә әks olunmuşdur:        
cәdvәl XVII.4 
 Göstәricilәr 2012 
2013 

Әmәk intizamı pozuntularının sayı  (hadisә)                                        
4702 
4859 

Әmәk intizamını pozanlar, nәfәr 6940 
6866 
3 Sәbәbsiz işә çıxmayanlar      
369 
219 

İstehsalat intizamını pozanlar  
2717 
2719 

İcazәsiz işdәn gedәnlәr   
196 
234 
6 Rәhbәrliyin tapşırığını yerinә yetirmәyәnlәrin sayı 2038 
2102 

İşә gecikәnlәr 317 
263 
8 Sәrxoş halda işә gәlәnlәr     
81 
45 
9 Tәhlükәsizlik texnikası qaydalarını pozanlar  
750 
666 
10 Tәnbeh olunan işçilәrin sayı   
6688 
6602 
11 Proqul 
vә  başqa әmәk pozuntularına görә işdәn azad olunmuşdur   
153 
76 
 
“Әmәk veteranı” adının verilmәsi 
 
“Әmәk veteranı” adının verilmәsi Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 
1995-ci il 22 sentyabr tarixli 216 nömrәli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrәli 
qәrarlarına uyğun olaraq aparılır. Müәssisәlәrdәn “Әmәk veteranı” adının verilmәsi ilә 
әlaqәdar  şöbәyә daxil olan bütün sәnәdlәr bir daha yoxlanılır vә ARDNŞ-nin müvafiq 
әmrlәri ilә  rәsmilәşdirilir. 2013-cü ildә  “Әmәk veteranı” adının verilmәsi, vәsiqәnin 
dәyişdirilmәsi mәqsәdi ilә ARDNŞ üzrә 56 әmr hazırlanaraq 293 işçiyә “Әmәk veteranı” 
adı verilmişdir, 2 nәfәrin vәsiqәsi dәyişdirilәrәk yenisi ilә  әvәz edilmişdir. Ümumilikdә 
ötәn il ARDNŞ üzrә 295 әdәd “Әmәk veteranı” vәsiqәsi doldurulmuş vә müraciәt edәn 
şәxslәrә tәqdim edilmişdir.  
Rәhbәr işçi vә mütәxәssislәrin attestasiyası barәdә 
 Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin  “Azәrbaycan Respublikasında 
attestasiyanın keçirilmәsi qaydalarının tәsdiq edilmәsi barәdә” 23 may 2001-ci il tarixli 
97 saylı  qәrarına uyğun olaraq, 2013-cü ildә  “Azneft”, “Azәriqaz”,  “Azәrikimya”  İB, 
“Azәrneftyağ” NEZ, “Neftqaztikinti”, “Kompleks Qazma İşlәri” tresti, 
“Neftqazelmitәdqiqatlayihә”  İnstitutu vә  İnformasiya Texnologiyaları  vә Rabitә 
İdarәsinin vә digәr tәşkilatlarda işçilәrin attestasiyası keçirilmişdir.  
Keçәn il ARDNŞ-nin idarә vә müәssisәlәrindә nәzәrdә tutulmuş 2893 nәfәr rәhbәr 
işçi vә mütәxәssislәrdәn 2350 nәfәr attestasiyadan keçmişdir. Attestasiyadan 
keçәnlәrdәn 2271 nәfәr tutduğu vәzifәyә uyğun olmuş, 79 nәfәr isә uyğun olmamışdır. 
Attestasiya nәticәsindә 121 nәfәrin  dәrәcәsi artırılmış, 23 nәfәr başqa vәzifәyә 
keçirilmiş, 22 nәfәr isә işdәn azad olunmuşdur.  
Әmәk mәzuniyyәtlәrinin istifadә olunması  vә  әmәk qabiliyyәtinin 
müvәqqәti itirilimәsi haqqında 
2013-cü ildә  şöbә  tәrәfindәn ARDNŞ-nin Baş ofisi vә nomenklatura daxil olan 


 
 
 
 
 
 
 
74
işçilәrinin mәzuniyyәtlәrindәn istifadә edilmәsi ilә әlaqәdar 80 müvafiq әmr vә Kadrların 
İdarә Edilmәsi Komitәsinin 1232 Qәrarı hazırlanmış  vә  rәhbәrlik tәrәfindәn 
imzalanmışdır.  
2013-cü ildә ARDNŞ-nin Baş ofisinin işçilәri 782 dәfә  әmәk mәzuniyyәtinә 
çıxmışdır. 15 nәfәr tәhsil, 9 nәfәr (3 nәfәr hamilәliyin 22-ci hәftәsindәn) isә sosial 
mәzuniyyәtdә olmuşdur. ARDNŞ-nin Baş ofisinin 22 işçisinә isә istifadә edilmәmiş әmәk 
mәzuniyyәtinin  әvәzinә 613 tәqvim günü kompensasiya ödәnilmişdir. Hesabat dövrü 
әrzindә 24 nәfәrә müxtәlif sәbәblәrә görә ödәnişsiz mәzuniyyәtdә olmuşlar. 
01 yanvar 2014-cü il tarixә ümumilikdә ARDNŞ-nin müәssisә vә tәşkilatları üzrә 
istifadә edilmәmiş әmәk mәzuniyyәtlәri günlәrinin sayı 37637, ARDNŞ-nin Baş ofisi üzrә 
10249 tәqvim günü olmuşdur.  
2013-cü ildә ARDNŞ-nin müәssisәlәri üzrә  әmәk qabiliyyәtinin müvәqqәti 
itirilmәsi ilә  әlaqәdar 25062 nәfәr işçi 369444 gün işә  çıxmamışdır. 2012-ci illә 
müqayisәdә bu rәqәmlәr müvafiq olaraq 27831 vә 419562 olmuşdur. ARDNŞ-nin Baş 
ofisi üzrә 286  nәfәr xәstәlik vәrәqәsi tәqdim etmiş vә bu sәbәbdәn onlar 2343 gün işә 
çıxmamışdır.  Qeyd etmәk lazımdır ki, 2012-ci ildә bu rәqәmlәr müvafiq olaraq 184 
nәfәr 1862 adam-gün olmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
75
XVIII.  TӘLİM VӘ İNKİŞAF
 
 
 
ARDNŞ-dә  İnsan Resursları Departamenti fәaliyyәtә başladığı gündәn bu günәdәk 
yüksәk sәviyyәli kadrların seçilmәsi, işә  qәbul olunması, karyera yüksәlişinin planlaşdırılması, 
peşәkarlıq sәviyyәsinin artırılması, yüksәk keyfiyyәtli tәlimlәrin, tәqaüd proqramlarının vә yay 
mәktәblәrinin tәşkili, hәmçinin insan resurslarının idarә edilmәsi üzrә digәr işlәri hәyata 
keçirmişdir. 
İRD-dә baxılmış vәtәndaş müraciәtlәri  
Hәmin dövr әrzindә İnsan Resursları Departamentindә ümumilikdә 2424 әdәd әrizәyә, 
hәmçinin 16128 elektron müraciәtә baxılmışdır. Bununla yanaşı 2687 nәfәr vәtәndaş/işçi qәbul 
edilmiş, onların müraciәtlәri dinlәnilmiş, lazımi araşdırmalar aparılmış  vә  әtraflı 
cavablandırılmışdır. Bütün daxil olmuş müraciәtlәrә “Vәtәndaşların müraciәtlәrinә baxılması 
qaydası haqqında” Azәrbaycan Respublikasının 10.06.1997-ci il tarixli 314-İQ nömrәli 
Qanununun tәlәblәrinә uyğun olaraq baxılmışdır.  
İşә qәbul prosesi haqqında 
01.01.2013 cü il tarixindәn 01.01.2014 cü il tarixinәdәk 1357 adda 2095 әdәd vakansiya 
elan olunmuş  vә ARDNŞ-nin  www.socar.az veb-saytının “karyera” bölmәsinin “iş axtarışı” 
bölümünә (http://careers.socar.az) daxil olub elan olunmuş vakansiyalar üzrә elektron 
müraciәt formasını doldurmuş 79830 vәtәndaşın tәqdim etdiyi mәlumatların vakansiyanın 
tәsviri formasında әks olunan tәlәblәrә uyğunluğu yoxlanılmışdır.  
Bu mәrhәlәdәn keçәn 24204 nәfәrdәn 2029 nәfәri ARDNŞ  işçisi olduğu üçün test 
imtahanlarından azad edilmiş, qalan 22175 nәfәr isә test imtahanlarına dәvәt edilmişlәr. 
Ümumilikdә 2441 nәfәr (vakansiyaya uyğunluğun yoxlanılması  mәrhәlәsindәn keçәn daxili 
namizәdlәr vә test imtahanından keçәn kәnar namizәdlәr) peşә  sınaq imtahanlarında iştirak 
etmiş, 753 nәfәr müsbәt nәticә  әldә etmiş  vә  işlә  tәmin edilmәk üçün ARDNŞ-nin idarә  vә 
müәssisәlәrinә göndәrilmişdir. Ümumilikdә 2114 nәfәr (vakansiyaya uyğunluğun yoxlanılması 
mәrhәlәsindәn keçәn daxili namizәdlәr vә test imtahanından keçәn kәnar namizәdlәr) 
müsahibә mәrhәlәsindә iştirak etmişdir ki, onlardan da 81 nәfәri müsbәt nәticә әldә etmiş vә 
işlә tәmin edilmәk üçün ARDNŞ-nin idarә vә müәssisәlәrinә göndәrilmişdir.  
Hesabat dövrü әrzindә ümumilikdә müsabiqә prosesindә (peşә  sınaq imtahanı  vә 
müsahibә) 363 nәfәr ARDNŞ-nin Kadr ehtiyatı bazasına (KEB) daxil edilmişdir. Hesabat dövrü 
әrzindә ümumilikdә 301 nәfәr Kadr ehtiyat bazasından işә  qәbul edilmәk üçün ARDNŞ-nin 
idarә vә müәssisәlәrinә göndәrilmişdir. 
ARDNŞ-nin  әmrlәrinin vә Kadrların  İdarә Edilmәsi Komitәsinin müvafiq qәrarlarının 
tәlәblәrinә uyğun olaraq 257 nәfәr ARDNŞ-nin rәhbәrliyinin tәqdimatı  әsasında işә  qәbul 
edilmiş, 50 nәfәr (31 nәfәr xarici, 19 nәfәr daxili) tәqaüd proqramı üzrә işә qәbul edilmişlәr. 
Cәmi 01.01.2013-cü il tarixindәn 01.01.2014-cü il  tarixinәdәk 1442 nәfәr işә qәbul olunmaq 
üçün ARDNŞ-nin idarә vә müәssisәlәrinә göndәrilmişdir. 
Tarif-İxtisas Komissiyaları  
ARDNŞ-nin müәssisә  vә  tәşkilatlarında keçirilmiş Tarif-İxtisas (kvalifikasiya) 
Komissiyalarının iclaslarında Departament nümayәndәsinin iştirakı  ilә 88 sayda Komissiyanın 
iclaslarında 1747 nәfәr işçinin  ӘÖD-nin dәyişdirilmәsi mәsәlәsinә baxılmış, onlardan 1402 
nәfәrinin (80,2%) iddiası tәmin olunmuşdur.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə