2
I. NEFT STRATEGİYASININ TӘNTӘNӘSİ
Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyevin qalibiyyәtli enerji strategiyası
bu gün ölkә Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi altında uğurla davam etdirilir,
Azәrbaycan iqtisadiyyatını, xüsusilә neft-qaz sәnayemizi durmadan yüksәlişә doğru
aparır, ona misilsiz nailiyyәtlәr qazandırır. Azәrbaycanın tәşәbbüsü vә yaxından iştirakı
ilә hәyata keçirilәn regional vә qlobal әhәmiyyәtli neft-qaz layihәlәri beynәlxalq alәmdә
ölkәmizin nüfuzunu yüksәltmiş, onu bütün dünyada etibarlı tәrәfdaş kimi tanıtmışdır.
Artıq Azәrbaycan tәkcә qәdim neft diyarı, dünya neft sәnayesinin inkişafına
әvәzsiz töhfәlәr
verәn bir ölkә kimi deyil, hәm dә zәngin tәbii qaz mәnbәyi, etibarlı vә
tәhlükәsiz mavi yanacaq tәchizatçısı kimi dünya birliyinin diqqәt mәrkәzindәdir.
Azәrbaycan qazı hazırda Gürcüstan, Türkiyә, Rusiya, İran vә Yunanıstana ixrac olunur.
Yaxın zamanlarda bu siyahıya yeni-yeni ölkәlәrin adı әlavә olunacaq. Tәbii qaz tәdarükü
diversifikasiyasında Avropa Birliyinin böyük ümid bәslәdiyi vә dәstәk verdiyi “Cәnub
enerji dәhlizi” layihәsi hәm Birlik ölkәlәrinin enerji tәhlükәsizliyini tәmin edәcәk, hәm dә
Azәrbaycanın enerji potensialının tam açılmasına, enerji ixracı yollarının
şaxәlәndirilmәsinә imkan verәcәkdir.
Regionun aparıcı şirkәtinә çevrilәn ARDNŞ-nin hәyata keçirdiyi
neft-qaz layihәlәri
çәrçivәsindә kәşfiyyat, qazma vә hasilat göstәricilәri ilbәil yüksәlir. Artıq inamla demәk
olar ki, Azәrbaycanın enerji tәhlükәsizliyi tam vә dönmәz şәkildә tәmin edilmişdir. Bu
gün tәbii qaz potensialının artırılması prioritet mәsәlәlәrdәn biridir. 20 illik fasilәdәn
sonra ARDNŞ-nin daxili imkanları hesabına müstәqil surәtdә hәyata keçirdiyi axtarış-
qazma işlәri 2010-cu ilin noyabrında “Ümid” yatağının kәşf olunması ilә nәticәlәnmiş, tez
bir zamanda yataqdan hasilata başlanılmışdır. 2011-ci il isә Azәrbaycanın enerji
potensialını daha da güclәndirәn “Abşeron” qaz-kondensat yatağının kәşfi ilә әlamәtdar
olmuşdur. Digәr perspektiv strukturlarda da kәşfiyyat işlәri davam etdirilir. Yüksәk
perspektivliyi nәzәrә alınaraq, “Bulla-dәniz” yatağında yeni laylara quyular qazılır. Artıq
90 saylı kәşfiyyat quyusu
istismara verilmiş, 3 istismar quyusu üçün nәzәrdә tutulan
yeni 122 saylı stasionar dәniz özülü quraşdırılmışdır. Dәnizin 26 metr dәrinliyindә
yerlәşdirilmiş 10 bloklu özüldәn qazılacaq hәmin quyulardan sutkada ümumilikdә 2
milyon 400 min kubmetr qaz vә 450 ton kondensat hasil edilmәsi nәzәrdә tutulur.
Nәhәng qaz ehtiyatlarının üzә çıxarılması hәm dә bu hәcmlәrin dünya bazarlarına
nәql marşrutlarının şaxәlәndirilmәsini tәlәb edir. Ötәn il “Şahdәniz-2” layihәsi üzrә işlәrә
start verildi. Layihәnin inkişaf konsepsiyasına uyğun olaraq, bu mәrhәlәdә hasilatın ildә
minimum 16 milyard kubmetrә çatdırılması planlaşdırılır. Bunun üçün 30 istehsal quyusu
istismara verilmәli, yeni platforma vә kommunikasiya sistemi qurulmalıdır. “Faza-2”
çәrçivәsindә hasil olunacaq qazın 6
milyard kubmetrinin Türkiyәyә, 10 milyard
3
kubmetrlik hissәsinin isә Avropaya ixrac edilmәsi nәzәrdә tutulur. Bu mәqsәdlә Cәnubi
Qafqaz boru kәmәrinin genişlәndirilmәsi hәyata keçirilәcәk, yeni nәqliyyat sistemi
qurulacaqdır. Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin tәşәbbüsü ilә
gerçәklәşdirilәn Trans-Anadolu boru kәmәri layihәsi (TANAP) ilk mәrhәlәdә “Şahdәniz”,
“Ümid”, “Abşeron” yataqlarından, habelә Azәrbaycanın mövcud perspektiv
strukturlarından, sonradan isә Xәzәr hövzәsi vә digәr Şәrq ölkәlәrindә hasil
olunan tәbii
qaz hәcmlәrinin Türkiyә üzәrindәn Avropaya nәqlini nәzәrdә tutur. Belәliklә, TANAP vә
onun operatorluğunu hәyata keçirәn ARDNŞ Avropa enerji tәhlükәsizliyindә hәlledici
әhәmiyyәt kәsb edәn “Cәnub qaz dәhlizi”nin başlıca hәlqәsinә çevrilir. Avropanın enerji
xәritәsindә mühüm dәyişiklik edәcәk bu dәhlizin әsas komponentlәrindәn biri dә Trans-
Adriatik boru kәmәri (TAP) layihәsidir. 870 kilometrlik TAP kәmәri Türkiyә-Yunanıstan
sәrhәdindә TANAP-la birlәşәcәk, sonra Yunanıstan vә Albaniya әrazisindәn keçәrәk,
Adriatik dәnizi vasitәsilә İtaliyanın cәnub sahillәrinәdәk uzanacaqdır. Cәnub-Şәrqi
Avropanı tәbii qazla tәmin edәcәk TAP Avropanın әn böyük qaz bazarından birinә
çıxmaqla Xәzәr hövzәsindә hasil olunan tәbii qazın
qitәnin digәr böyük qaz
istehlakçılarına – Almaniya, Fransa, Böyük Britaniya, İsveçrә vә Avstriyaya ötürülmәsi
üçün dә geniş imkanlar açacaqdır.
Bu mәnada “Şahdәniz” yatağının işlәnilmәsi layihәsinin ikinci mәrhәlәsi üzrә ötәn
ilin sonlarında yekun investisiya qәrarının imzalanması Avropa Birliyi vә tranzit ölkәlәrin
şirkәtlәri ilә beş ildәn artıq davam etmiş gәrgin danışıqlar nәticәsindә әldә olunmuş ciddi
uğurdur. Tәsadüfi deyil ki, Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev
cәnabları bu sәnәdi 21-ci әsrin müqavilәsi kimi sәciyyәlәndirmiş, “Şahdәniz-2” layihәsini
dünyanın әn
iri enerji layihәlәrindәn biri, enerji tәhlükәsizliyi vә enerjinin
şaxәlәndirilmәsi layihәsi kimi dәyәrlәndirmişdir.
Dövlәt Neft Şirkәtinin emal kompleksindә hәyata keçirilәn işlәr hәm ölkәnin neft
mәhsullarına olan tәlәbatının ödәnilmәsinә, hәm dә әtraf mühitә mәnfi tәsiri minimuma
endirmәyә yönәldilmişdir. Şirkәtin emal zavodlarında 2013-cü ildә açıq rәngli neft
mәhsullarının çıxımı artırılmış, neftin emal dәrinliyi 92% olmuşdur.
Biz mövcud emal
zavodlarının imkanlarından sәmәrәli istifadә etmәklә paralel şәkildә yeni Neft-Qaz Emalı
vә Neft-Kimya Kompleksinin inşa edilmәsinә hazırlaşırıq. NQNK layihәsinin
reallaşdırılması üzrә işlәr qrafikә uyğun davam etdirilir. Kompleks üçün Sәngәçal
terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahәsi ayrılmışdır. Hәmin әrazidә