Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
 
 
 
 
 
 
18
alaraq quyunun layihә dәrinliyinә çatdırılması çox riskli hesab olunmuşdur. Belәliklә, “Xәzәr-6” 
ÜQQ-nun quyunun layihә  dәrinliyinә  qәdәr çatdırılması gücünә malik olmamasını  nәzәrә 
alaraq “Qoşadaş” strukturunda 1314 m dәrinliyә qәdәr qazılmış 2 nömrәli axtarış quyusunda 
qazma işlәrinin dayandırılması vә III
a
 kateqoriyası ilә texniki sәbәbdәn lәğv edilmәsi qәrara 
alınmışdır.  
Quyu  2014-cü ilә lәğvinin gözlәnilmәsi ilә keçir. 
Tumbul 1 №-li kәşfiyyat quyusu. Respublikanın qazla tәminatının yaxşılaşdırılması 
vә qaz hasilatının artırılması istiqamәtindә  qәbul edilmiş  Tәdbirlәr Proqramının yerinә 
yetirilmәsi ilә  әlaqәdar olaraq Naxçıvan MR-nin Tumbul sahәsindә qaz anbarlarının 
yaradılması  mәqsәdilә axtarış-kәşfiyyat vә qazma işlәrinә başlanmışdır. Quyunun layihә 
dәrinliyi 1000 m, layihә horizontu orta Miosenin Konq-Karaqan horizontudur. Qazma işlәrinә 
11.01.2013-cü il tarixindә başlanılmışdır.  İl  әrzindә 1150 m hәcmindә qazma işlәri 
görülmüşdür. 1000 m layihә  dәrinliyinә kimi qazılmış quyunun kәsilişindә 631-688 m 
intervalında duz layları aşkarlanmışdır. Sahәdә aparılmış 2D, 3D seysmik işlәrin vә  qazılmış 
quyuda aparılmış mәdәn-geofiziki tәdqiqat, seysmik karotaj (SK) vә şaquli seysmik profillәmә 
(ŞSP) işlәrinin birgә interpretasiyasına әsasәn Tumbul 1 №-li quyunun kәsilişindә 631-688 m 
intervalında aşkarlanmış duz qatının yaratdığı seysmik dalğa sahәsinin amplitud-tezlik 
xüsusiyyәtilә  sәciyyәlәnәn oxşar dalğa sahәsi 1030-1150 m intervalında tәkrarlandığından, 
hәmin intervalda perspektivli duz laylarının olma ehtimalını  nәzәrә alaraq, quyunun layihә 
dәrinliyi artırılaraq, 1150 m qәbul edilmişdir. 
1150 m dәrinliyә kimi qazılmış quyudan götürülmüş kern vә  şlam nümunәlәrinin 
analizlәrinin nәticәsinә görә, 1000-1150 m intervalında duz layına rast gәlinmәdiyi, bu 
intervalda Oliqosen+alt Miosen yaşlı süxurların olduğu vә bu yaşda duz layına rast gәlinmә 
ehtimalının olmadığı üçün 1150 m dәrinlikdә qazma işlәri dayandırılmışdır. 
Süxurların stratiqrafik kәsilişini, litoloji vә kollektor xüsusiyyәtlәrini öyrәnmәk mәqsәdi 
ilә 47 m-dәn başlayaraq 1150 m-ә  qәdәr 41 intervaldan sütuncuqlu alәtlәrlә  süxur 
nümunәlәri götürülmüş, “Azlab” MMC vә “Geolab” Beynәlxalq Elmi İstehsalat  Şirkәtinin 
laboratoriyalarında analiz edilmişdir. Götürülmüş kern vә şlam analizlәrinin nәticәsinә әsasәn 
631-688 m intervalında duz layının olduğu müәyyәnlәşdirilmişdir.  
ARDNŞ-nın birinci vitse-prezidenti X.Yusifzadәnin 16.12.2013-ci il tarixindә tәsdiq etdiyi 
protokola  әsasәn Tumbul sahәsindә  kәşfiyyat dövrü başa çatan müddәtә kimi 1 nömrәli 
quyunun konservasiyaya qoyulması qәrara alınmışdır. 
Tumbul 2 №-li kәşfiyyat quyusu. Quyunun layihә dәrinliyi 1000 m, layihә horizontu 
orta Miosenin Konq-Karaqan horizontudur. Qazma işlәrinә 01.11.2013-cü il tarixindә 
başlanılmışdır. İl әrzindә 657 m hәcmindә qazma işlәri görülmüşdür. Quyu 2014-cü ilә 657 m 
dәrinliklә qazma ilә keçmişdir. 
Şah-dәniz yatağı SDX-7 (WF1) №-li axtarış (qiymәtlәndirici) quyusu 
(«İstiqlal» YDQQ). Quyunun layihә dәrinliyi 6167 m, layihә horizontu MQ-nin Fasilә LD, 
azimutu 76°, inhirafı 2105 m, dәnizin dәrinliyi 163 m, rotorun hündürlüyü 22,6 m-dir. Qazma 
işlәrinә 21.03.2011-ci il tarixdә başlanılmışdır. Quyu 2013-cü ilә (Sabunçu LD) olmaqla qazma 
ilә (quyudibi 4940 m) keçmişdir.  İl  әrzindә 1243 m hәcmindә qazma işlәri hәyata 
keçirilmişdir. Quyunun faktiki dәrinliyi 6183 m, horizontu MQ-nin Fasilә LD (B+C+D), 6162 m 
dәrinlikdә ümumi orta azimutu 74,5°, inhirafı 1759 m tәşkil edir. Quyuda  MQ-nin Balaxanı 


 
 
 
 
 
 
 
19
IX horizontu 5654 – 5781 m intervalında, X horizontu 5857 – 5928 m intervalında, Fasilә LD 
5943-6167 m (B-5943-5969 m, C-6071-6108 m, D-6122-6167m) intervalında tam açılmışdır. 
Bütün lülә boyu QGT işlәri aparılmışdır.  Şlam vә kern nümunәlәri götürülmәklә  kәsilişin 
litologiyası öyrәnilmişdir. Fasilә LD-dә (B-5943-5969 m intervalında) lay sınayıcısı (“DST”) ilә 
ilkin test işlәri aparılmışdır. Test işlәrinin nәticәsindә gündәlik 1,16 mln. m
3
 qaz, 250 ton 
kondensat hesablanmışdır. Quyuda Şah-dәniz-2 (SD-2) layihәsi üzrә sualtı hasilatın 
aparılmasını tәmin edәcәk konservasiya işlәri aparılmışdır. 
2013-cü ildә ARDNŞ-nin öz daxili imkanları hesabına vә xarici şirkәtlәrlә birgә aparılmış 
axtarış-kәşfıyyat qazma işlәrinin nәticәsindә sahәlәrin geoloji quruluşu vә neft-qazlılıq 
perspektivliyi öyrәnilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
20
V.  NEFT VӘ QAZ YATAQLARININ İŞLӘNMӘSİ
 
 
01.01.2014-cü il tarixinә Respublika üzrә 82 neft-qaz yatağı  aşkar edilmişdir. Hal 
hazırda 59 yataqda karbohidrogen hasil edilir, 23 yataq isә bu vә ya digәr sәbәbdәn 
işlәnmәyә  cәlb olunmamış  vә yaxud işlәnmәsi dayandırılmışdır.  İşlәnmәdә olan 40 yataq 
Azәrbaycanın quru (o c. 16 yataq “Azneft”, 24 yataq MM vә  ӘS-lәri tәrәfindәn istismar 
olunur), 19 yataq isә  dәniz (o c. 13 yataq “Azneft”, 6 yataq - MM vә  ӘS-lәri)  әrazisindә 
yerlәşir.  01.01.2014-cü il tarixinә  işlәnmәnin  әvvәlindәn Respublika üzrә istismarda olmuş 
yataqlardan 1843,0 mln. ton neft-kondensat vә 679,1 mlrd.m
3
 qaz hasil olunmuşdur. 
2013-cü il әrzindә Respublikanın quruda yerlәşәn yataqlarından 1,7 min. ton neft-
kondensat,  0,2  mlrd. m
3
 qaz, dәniz yataqlarından 41,8 min. ton neft-kondensat, 29,2 mlrd. 
m
3
 qaz hasil edilmişdir.  
ABӘŞ tәrәfindәn Günәşli-Çıraq-Azәri yatağında işlәnmәnin әvvәlindәn (1997-ci ildәn) 
323,2 mln. ton neft, 90,9 mlrd.m
3
 qaz hasil edilmişdir. 2000-ci ilin may ayından etibarәn lay 
tәzyiqlәrinin saxlanılması  mәqsәdilә yataqda Fasilә lay dәstәsinә su vә qaz vurmasına 
başlanılmış, tәsirin әvvәlindәn laya 224,7 min. m

su vә 46,3 mlrd. m
3
 qaz vurulmuşdur. 
Şah-dәniz yatağında işlәnmәnin әvvәlindәn (2006-ci ildәn) 12,8 mln. ton kondensat vә 
48,1 mlrd.m
3
 qaz hasil edilmişdir. 
2012-ci ildә Ümid qaz-kondensat sәnaye işlәnmәsinә daxil edilmiş yatağında 
işlәnmәnin әvvәlindәn 43 min.ton kondensat vә 260 mln.m
3
 qaz hasil edilmişdir. 
2013-cü il әrzindә “Azneft” İB-nin istismar etdiyi yataqlarda 135,7 min m istismar 
qazması aparılmış, 69 quyu istismara daxil olunmuş (o c. 6 qazvurma quyusu) vә bu 
quyulardan 170 min t neft hasil edilmişdir. Quru yataqlarında qazılmış 13 yeni quyudan 3,4 
min ton, dәniz yataqlarında qazılmış 50 yeni quyudan isә 166,6 min ton neft hasil 
olunmuşdur. MM vә  ӘŞ-lәr üzrә köhnә yataqlarda qazmadan istismara 31 quyu daxil 
edilmişdir.  
 
Son illәr aparılan qazma işlәrinin nәticәlәrinin tәhlili göstәrir ki, yeni quyuların qazılıb 
istismara verilmәsi yataqlar üzrә hasilatın sabitlәşmәsi vә qismәn artırılması istiqamәtindә 
hәyata keçirilәn  әsas tәdbirlәrdәn biridir. İstismar qazması hesabına işlәnmәdә olan 
obyektlәrdә quyu şәbәkәsi qismәn bәrpa edilir, texniki sәbәbdәn sıradan çıxmış köhnә 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə