40
XI. PERSONAL VӘ ӘMӘK HAQQI
İqtisadiyyat vә Uçot İdarәsinin Personal vә әmәk haqqı şöbәsinә 1239 sәnәd
daxil olmuşdur.
Daxil olmuş sәnәdlәr şöbәdә müvafiq qaydada baxıldıqdan sonra aidiyyәti üzrә
icrası tәmin olunmuşdur.
Daxil olmuş sәnәdlәrdәn 545-i şöbә tәrәfindәn müvafiq araşdırmalar aparıldıqdan
sonra “Şirkәtin idarәetmә strukturuna daxil olan qurumlarda әmәk normalarının, onların
tәşkilati strukturunun vә gәlir vә xәrclәr smetasının müәyyәn edilmәsi üzrә daimi
fәaliyyәt göstәrәn Komissiya”sına tәqdim edilmişdir. Onlardan 225-i Şirkәtin tәrkibinә
daxil olan qurumların ştat cәdvәllәrinә dәyişikliklәr
edilmәsi, tәşkilati strukturlarının
tәsdiq edilmәsi vә işçilәrin optimal sayına yenidәn baxılması, 43-ü ARDNŞ-dә işçilәrin
sayının optimallaşdırılması üzrә tәdbirlәrin hәyata keçirilmәsi ilә әlaqәdar artıq işçi
qüvvәlәrinin sәrbәstlәşdirilmәsinin stimullaşdırılması, 50-si “ARDNŞ-nin müәssisә vә
tәşkilatlarının üçüncü şәxslәrlә bağladığı müqavılәlәrdә nәzәrdә tutulan öhdәliklәrin
icrasında iştirak edәn işçilәrinә әlavә әmәk haqqının verilmәsi Qaydaları”nın
tәtbiq
edilmәsi, 59-u ARDNŞ-nin strukturuna daxil olan müәssisәlәrin, Ortaq neft şirkәtlәrinin,
Nümayәndәliklәrin illik saxlanma xәrclәri smetalarının vә büdcә xәrclәrinin tәsdiq
edilmәsi, 32-si Şirkәtin strukturuna daxil olan müәssisәlәrdә çalışan işçilәrә “aparıcı,
mәsul işçilәrә vә sәlahiyyәtә görә әlavә ödәniş”lәrin
tәyin edilmәsi, 49-u “ARDNŞ-nin
müәssisә vә tәşkilatlarında müәyyәn edilmiş әmәk şәraiti ağır vә zәrәrli peşә vә
vәzifәlәrin Siyahısı”nın tәsdiq edilmәsi, 20-si ARDNŞ-nin nümayәndәliklәrinin ştat
cәdvәllәrinә vә hәmin nümayәndәliklәrdә çalışan işçilәrә tәyin
olunmuş әlavә
ödәnişlәrin mәblәğlәrinә yenidәn baxılması, 7-sı Baş ofisin şöbәlәrinin Әsasnamәlәrinin
vә işçilәrin vәzifә tәlimatlarının tәsdiq olunması, 22-si işçilәrin iş vaxtından artıq vaxtda
işlәrә cәlb olunmaları, 6-sı mükafatlandırma haqqında vә 32-si digәr mәsәlәlәrlә
әlaqәdar olmuşdur.
Daxil olmuş digәr 694 müraciәt vә hesabat xarakterli sәnәdlәr dә aidiyyәti üzrә
baxılmış vә müvafiq qaydada icra olunmuşdur.
2013-cü ildә ARDNŞ-dә çalışan işçilәrin orta siyahı sayı 65568
nәfәr tәşkil etmiş
vә bu da 2012-ci il ilә (70901 nәfәr) müqayisәdә 5333 nәfәr azalmışdır.
2013-cü ildә şirkәt üzrә işçilәrin orta siyahı sayının 5333 nәfәr (7,5%)
azalmasının әsas sәbәblәri aşağıda qeyd edilmiş әmrlәrin vә Әmr-qәrarların icrası ilә
әlaqәdardır:
-
ARDNŞ-nin vә ANQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81 vә 14-29ә nömrәli
“ARDNŞ-dә işçilәrin sayının optimallaşdırılması üzrә tәdbirlәrin hәyata keçirilmәsi ilә
әlaqәdar artıq işçi qüvvәlәrinin sәrbәstlәşdirilmәsinin stimullaşdırıması barәdә” әmr-
qәrarına әsasәn iş yerlәrinin lәğvi ilә bağlı işçilәrә orta aylıq әmәk haqqının 5 misli
miqdarında birdәfәlik müavinәt (2269689 manat) verilmişdir.
-
ARDNŞ-nin 28.12.2012-ci il tarixli 180 nömrәli “Kompleks qazma işlәri” tresti vә
ARDNŞ-nin bәzi müәssisәlәrindә fәaliyәtinin sәmәrәliliyinin artırılması haqqında;
-
ARDNŞ-nin 11 dekabr 2012-ci il tarixli 169 nömrәli Әmrinә әsasәn Qaraçuxur
41
İrilәşdirilmiş Neft Mәdәninin “Azneft” İstehsalat Birliyinin
tәşkilati strukturundan
çıxarılması;
-
ARDNŞ-nin 18.04.2013-cü il tarixli 51 nömrәli “Xәzәr Dәniz Neft Donanmasında vә
ARDNŞ-nin bәzi müәssisәlәrindә fәaliyyәtinin sәmәrәliliyinin artırılması haqqında;
-
ARDNŞ-nin 10 avqust 2012-ci il tarixli 104 saylı “Geofizika vә geologiya İdarәsinin
strukturunun tәkmillәşdirilmәsi” haqqında;
-
ARDNŞ-nin 10 avqust 2012-ci il tarixli 105 saylı “Xәzәr Dәniz Donanmasının
strukturunun tәkmillәşdirilmәsi” haqqında;
-
ARDNŞ-nin 01.11.2013-cü il tarixli 153 nömrәli Әmrinә әsasәn “Azәrikimya”
İstehsalat Birliyinin “Üzvi sintez” vә “Mexaniki tәmir” zavodlarının lәğv edilmәsi, eyni
zamanda İstehsalat Birliyi üzrә aparılan struktur dәyişikliklәrin aparılması;
-
ARDNŞ-nin 24.08.2012-ci il tarixli 117 nömrәli Sosial İnkişaf İdarәsinin
“Mәktәbәqәdәr Tәhsil Departamentinin lәğv edilmәsi haqqında”, 01.11.2013-cü il
tarixli 160 nömrәli әmrinә әsasәn Mәdәni-Kütlәvi Tәdbirlәr, İstirahәtin Tәşkili vә
Tәsәrrüfat Departamentinin vә Sosial inkişaf İdarәsinin idarәetmә aparatında
fәaliyyәt göstәrәn “Tibbi xidmәtә nәzarәt vә sığortanın tәşkili Departamenti”nin lәğv
edilmәsi haqqında әmrlәrinә әsasәn müvafiq struktur dәyişikliklәrinin aparılması.
-
ARDNŞ-nin vә ANQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81 vә 14-29ә nömrәli
“ARDNŞ-dә işçilәrin sayının optimallaşdırılması üzrә tәdbirlәrin
hәyata keçirilmәsi ilә
әlaqәdar artıq işçi qüvvәlәrinin sәrbәstlәşdirilmәsinin stimullaşdırılması” haqqında
Әmr-qәrarın icrası ilә әlaqәdar 2013-cü il әrzindә ARDNŞ-nin müәssisә vә
tәşkilatlarında işçilәrin sayının optimallaşdırılması ilә bağlı mütәmadi olaraq müvafiq
tәdbirlәr hәyata keçirilmişdir.
2013-cü ildә işçilәrin orta siyahı sayının 2012-ci ilә nisbәtәn azalması (5333
nәfәr) әsasәn aşağıdakı müәssisәlәrdә olmuşdur:
- “Azneft” İstehsalat Birliyi üzrә - 357 nәfәr;
- “Azәrikimya” İstehsalat Birliyi üzrә - 610 nәfәr;
- Geofizika vә geologiya İdarәsi üzrә - 166 nәfәr;
- H. Әliyev adına Bakı dәrin özüllәr zavodu üzrә - 1752 nәfәr;
- Sosial İnkişaf İdarәsi üzrә - 1392 nәfәr;
- “Kompleks qazma işlәri” tresti üzrә - 732 nәfәr.
Şirkәtin strukturuna daxil olan müәssisәlәr üzrә hesablanmış әmәk haqqı vә ona
bәrabәr tutulan digәr ödәnişlәr barәdә hesabatlar әsasında әmәk haqqının
strukturu
araşdırılır vә müvafiq tәkliflәr hazırlanır.
Hesabat dövründә ARDNŞ üzrә cәmi hesablanmış әmәk haqqı vә digәr ödәnişlәr
660,39 mln manat olmuşdur ki, bu da 2012-ci il ilә (662,67 mln man.) müqayisәdә
2,28 mln manat vә ya 0,34 % azdır.
2013-cü ildә işçilәrә cәmi hesablanmış әmәk haqqı vә digәr ödәnişlәrin tәrkibindә
vәzifә (tarif) maaşlarının mәblәği 365,54 mln manat vә ya әmәk haqqı fondunda xüsusi
çәkisi 55,4% tәşkil etmişdir.
Şirkәt üzrә işçilәrin orta aylıq әmәk haqqı 839,32 manat tәşkil etmişdir. 2012-ci il
ilә (778,87 man.) müqayısәdә 60,45 manat vә ya 7,8% artmışdır.