Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   2   3   4   5   6   7   8   9   ...   17

− kənd təsərrüfatı mənşəli, bu paraqrafın tələblərinə cavab verməyən bəzi inqrediyentlər 

ümumi  inqrediyentlər  faizinin  maksimum  5%  m/m  limitində  istifadə  oluna  bilər.  Son 

məhsulda  və  Paraqraf  1.1.(b)-də  göstərilən  məhsulların  hazırlıq  proseslərində  duzu  və 

suyu istisna etməklə.   

− harada ki, kənd təsərrüfatı mənşəli bu cür inqrediyentlər əldə oluna bilmir və ya kifayət 

miqdarda deyildir, bu standartın Bölmə 4-də göstərilən tələblərə müvafiq olaraq;  

3.5 Yarlıklamada  yuxarıda göstərilən paraqrafa müvafiq olaraq  95%-dən 

az  üzvi  inqrediyentlərə  malik  olan  məhsullar  olduqda,  istehsalçı  aşağıda  göstərilən 

elementləri  95% və  70%  üzvi inqrediyentlərə malik olan məhsullara şamil edə bilər:  

a) məhsul paraqraf 3.3.(c), (d) (e), (f) və  (g)-nin tələblərinə cavab verirsə;  

b) ekoloji istehsal metodlarına istinad edən göstərişlər, qeydlər panelin ön hissəsində qeyd 

olunur  və  inqrediyentlərin  təxmini  tərkibini  ümumi  inqrediyentlər  arasında  əlavələr  də 

daxil olmaqla verilir. Lakin su və duz  bu sırada göstərilmir;  

c) İnqrediyentlər tərkibin çoxluğu sırası ilə qeyd edilir;  

d)  Inqrediyentlər  siyahısında  verilən  göstərişlər  də  eyni  rəngdə  verilir  və  lakin 

inqrediyentlər  siyahısının  yazısından  fərqlənən  xüsusi  identifikasiya  və  hərflərin  yazı  

forması ilə seçilir.  

 

Ekoloji və keçid prosesində olan  məhsullarin etiketlənməsi  

 

3.6. Ekoloji istehsal metodlarına  keçid  prosesində olan təsərrüfatların  məhsulları  ancaq 



12  ay  müddətində bu  istehsal  metodlarından istifadə  etdikdən sonra  “ekolojiyə  keçid” 

kimi    etiketlənə  bilər.  Bu  zaman  o,  aşağıdakı  ekoloji  metodların  tətbiqindən  istifadə 

etməlidir:  

a) paraqraf 3.2. və  3.3. tələblərinə tam  əməl olunmalıdır;  

b)  keçid  dövrü  məhsullarının  üzərində  edilən  qeydiyyatlar  alıcını  bu  məhsulları    keçid 

dövrünü  tam başa çatdırmış  təsərrüfatların məhsullarından ayırmağa kömək edir və bu 

fərqi ortaya çıxarır;  

c) bu cür qeydlər “ekoloji təsərrüfatçılığa keçid dövründə olan məhsullar” və ya GABA 

tərəfindən qəbul edilən digər oxşar sözlərlə edilir və satışı təmsil edən qeydlərdən  rəng, 

ölçü və hərflərin stili, həcmi ilə üstün olmamalıdır;  

d) yalnız bir inqrediyentdən ibarət olan ərzaqlar “ekolojiyə keçid” kimi  etiketlənə bilər;  

e)etiketləmə  GABA-nın  adına  və  ya  kod  nömrəsinə,  həmçinin  rəsmən  təsdiqlənmiş 

sertifikatlaşdırma qurumuna istinad edə bilər.  

 

Heyvandarlıq  məhsulları  “ekolojiyə  keçid”  kimi  etiketlənə  bilməz.  Heyvandarlıq 



məhsulları ekoloji kimi ancaq keçid dövrünü tam bitirdikdən sonra etiketlənə bilər. 

 

QEYRİ-PƏRAKƏNDƏ KONTEYNERLƏRİN ETİKETLƏNMƏSİ  



 

3.7.  Paraqraf  1.1.-də  qeyd  olunduğu  kimi    qeyri-pərakəndə    ərzaq  konteynerlərinin 

etiketlənməsi Əlavə 3, paraqraf 11.-in tələblərinə cavab verməlidir. 

 

 



 

4. Istehsal və hazirliq qaydalari  

4.1.  Ekoloji  istehsal  metodları  məhsulların  istehsalında      paraqraf  1.1.(a)-ya  istinad 

olunmalıdır :  



a) ən azı  Əlavə 1-in istehsal tələbləri yerinə yetirilməlidir;  

b) yuxarıda göstərilən (a) bəndində qeyd olunan tələblər effektiv olmazsa, Bölmə 5.1.-in 

qarşıya  qoyulan  kriteriyalarına  cavab  verən  Əlavə  2,  Cədvəl  1.2.-də  siyahıya  alınan 

maddələr  bitki  mühafizə  məhsulları  kimi,  gübrələr  kimi,  torpaq  strukturverici  kimi, 

istifadə oluna bilər; 

4.2  Ekoloji  emal  metodları  tələb  edir  ki,  paraqraf  1.1.(b)-yə  istinad  edən  məhsulların 

hazırlanması prosesində:  

a) ən azı Əlavə 1.-in emal tələblərinə əməl edilməlidir;  

b)  Bölmə  5.1.-in  qarşıya  qoyulan  kriteriyalarına    cavab  verən  Əlavə  2,  Cədvəl  3.4.-də 

siyahıya  alınan  maddələr  qeyri-kənd  təsərrüfatı  mənşəli  inqrediyentlər  kimi,    müvafiq 

situasiyada, yaxşı emal praktikası sahəsində istifadəsi müvafiq milli tələblər ilə qadağan 

edilməyən  elementlər,  qida  məhsullarının  hazırlanması  və    emal  prosesində  köməkçi 

vasitələr kimi istifadə oluna bilər; 

4.3. Ekoloji məhsullar Əlavə 1.-in tələblərinə müvafiq olaraq saxlanmalı və daşınmalıdır.  

4.4. Paraqraf  4.1. (a) və 4.2. (a)-da  göstərilən  müddəaların zəifləməsi zamanı Əlavə 1.-

ə  müvafiq  olaraq  heyvandarlıq  məhsulları  istehsalında  GABA  daha  detallı  şəkildə 

qaydalar  və  göstərişlər  verə  bilər.  Bu  isə  həyatakeçirmə  mərhələsində  ekoloji 

təsərrüfatçılıq praktikalarının tədricən inkişafına imkan verəcək. 



 

5.  Maddələrin əlavə 2-yə daxiledilmə tələbləri  

Bu  standartların  Əlavə  2.  bəndinə  edilən  hər  hansı  bir  dəyişikliklər  European 

Community's Regulation (EEC) No 2092/91- Avropa Birliyi Əsasnaməsinə uyğun olaraq 

edilə bilər.   

5.1.  Ən azından aşağıdakı kriteriyalar Bölmə 4.-də qeyd olunan, istifadəsinə icazə verilən 

maddələr  siyahısının  dəyişdirilməsi  məqsədilə  istifadə  oluna  bilər.    Bu  kriteriyalardan 

ekoloji  istehsalda  istifadə  edilə  biləcək  maddələrin  qiymətləndirilməsindən  istifadə 

edərkən GABA bütün milli və beynəlxalq səviyyədə  tətbiq edilə biləcək bütün qanunları 

və  tənzimləmələri  nəzərə  almalıdır.  Hər  hansı  bir  yeni  maddə  aşağıda  göstərilən  əsas 

kriteriyalara cavab verməlidir:  

a) onlar ekoloji istehsal prinsiplərinə zidd olmamalıdırlar 

(“Bazara çıxış” paraqraf 9-10);  

b) maddələrdən istifadə vacibdir/xüsusilə məqsədli istifadə zamanı;  

c) maddələrdən istifadə ətraf mühitə zərərli təsir etməməlidir;  

d)  onlar  insan  və  heyvan  sağlamlığına  və  ya  həyat  səviyyəsinə  ən  az  neqativ  təsirə 

malikdir;  

e) əgər  qəbul edilmiş alternativlər kifayət kəmiyyətdə və keyfiyyətdə  əldə edilə bilmirsə.  

Ekoloji  istehsalın  tamlığının  qorunması  məqsədilə    yuxarıda  göstərilən  kriteriyalar 

qiymətləndirilməlidir.  Bundan  əlavə  aşağıda  qeyd  olunan  kriteriyalar  qiymətləndirmə 

prosesində tətbiq olunmalıdır:  

a)  əgər  onlar  gübrələmə  və  torpağı  yaxşılaşdırma  məqsədi  güdürsə  −  onlar  torpağın 

münbitliyini yüksəltmək və ya onu qorumaq üçün vacibdir və ya məhsulun xüsusi qida 

tələbatlarını  ödəmək  üçün  və  ya  xüsusi  olaraq  torpaq  yaxşılaşdırıcı  və  növbəli  əkin 

məqsədləri daşıyırsa və Əlavə 1.-də göstərilən praktikalar və ya Cədvəl 2.-də  Əlavə 2.-

də qeyd olunan digər məhsullarla kifayətlənə bilmirsə;   

− inqrediyentlər bitki, heyvan, mikrobioloji və ya mineral mənşəli olacaq və fiziki, (məs. 

mexaniki, termiki)  fermentativ, mikrobioloji təsirlərə məruz qala bilər və 

− onların  istifadəsi  torpaq orqanizmlərinə/torpağın fiziki xassələrinə  zərərli təsir etmir;  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə