Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

79.1.1.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  və  başqa  şəxslərin  üzərinə  edilən 
basqınların dəf edilməsi üçün;
 
79.1.2.  gömrük  orqanlarına  məxsus  və  ya  onların  istifadəsindəki  binalara,  otaqlara, 
tikililərə  və  nəqliyyat  vasitələrinə,  gömrük  nəzarəti  altında  olan  mallara  və  nəqliyyat 
vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt edildikdə, onların 
azad edilməsi üçün;
 
79
.1.3.  hüquqpozmaları  törətmiş  şəxslər  tabe  olmadıqda,  müqavimət  göstərdikdə, 
digər  hüquqazidd  hərəkətlər  etdikdə,  yaxud  ətrafındakılara  və  ya  özünə  ziyan  vurmaq 
ehtimalı  yarandıqda,  onların  tutulub  saxlanılması  və  gömrük  orqanlarının  xidməti 
binalarına gətirilməsi üçün;
 
79.1.4.  sürücüsü  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  saxlamaq  barədə  tələbini 
yerinə yetirmədikdə, nəqliyyat vasitəsinin saxlanılması üçün;
 
79.1.5.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinə  göstərilən  fiziki  müqavimətin  aradan 
qaldırılması üçün.
 
79.2.  Aşkar  hamiləlik  əlamətləri  olan  qadınlara,  azyaşlılara,  əlilliyi  və  digər  fiziki 
qüsurları  aşkar  bilinən  şəxslərə  qarşı  (onlar  tərəfindən  silahlı  müqavimət  göstərilməsi, 
insanların  həyatı  və  sağlamlığı,  gömrük  nəzarəti  altında  olan  malların  və  nəqliyyat 
vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi 
halları  istisna  olmaqla),  habelə  kənar  şəxslərin  zərər  çəkə  biləcəyi  hallarda  xüsusi 
vasitələrin tətbiq edilməsi qadağandır.
 
79.3. Zəruri müdafiə və ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli şəxsləri 
xüsusi vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.
 
79.4. Bu Məcəllənin 79.1
-
ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə 
olunan xüsusi vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
 
M a d d ə
 80. 
Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə
 
  
80.1.  Müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi  siyahıda  göstərilən  gömrük 
orqanlarının  vəzifəli  şəxslərinə  xidməti  vəzifələrini  yerinə  yetirərkən  bu  Məcəllədə 
müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı 
üzrə istifadə etmək hüququ verilir.
 
80.2. Gömrük orqanlarının odlu silahdan istifadə etmək hüququ olan vəzifəli şəxsləri 
yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısını alarkən odlu 
silahı aşağıdakı hallarda tətbiq edə bilərlər:
 
80.2.1.  gömrük  orqanlarının  işçilərinin  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yaradan 
basqının dəf edilməsi üçün;
 
80.2.2.  başqa  şəxslərin  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  odlu  silahını  əldə 
etmək cəhdlərinin qarşısını almaq üçün (gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub 
saxlanılan  şəxsin  həmin  vəzifəli  şəxs  tərəfindən  göstərilən  məsafəni  azaltmaq  yolu  ilə 
onun odlu 
silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək 
cəhdi kimi qiymətləndirilir);
 
80.2.3.  gömrük  orqanlarına  məxsus  və  ya  onların  istifadəsində  olan  binalara, 
otaqlara,  tikililərə  və  nəqliyyat  vasitələrinə,  gömrük  nəzarəti  altında  olan  mallara  və 
nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində basqının dəf edilməsi üçün;
 
80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında 
qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;
 
80.2.5. sürücü gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün real 
təhlükə  yaradarsa  və  onların  nəqliyyat  vasitəsini  saxlamaq  barədə  dəfələrlə  edilən 
tələblərinə tabe olmazsa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;
 
80.2.6.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  həyat  və  sağlamlığı  üçün  təhlükə 
törədən heyvanların zərərsizləşdirilməsi üçün;
 


80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı 
verilməsi və ya kömək çağırılması üçün.
 
80.3.  Odlu  silahı  tətbiq  etməzdən  əvvəl  şəxsə  şifahi  xəbərdarlıq  edilməli  və  ya 
xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu 
silah tətbiq edilə bilər:
 
80.3.1. qəfil, yəni birdən
-
birə gözlənilməz hücum baş verdikdə;
 
80.3.2. hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan 
yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edildikdə.
 
 
80.4. Qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri 
olan  şəxslərə  və  azyaşlılara  qarşı,  həmçinin  silahın  tətbiqi  nəticəsində  kənar  şəxslərin 
zərər  çəkə  biləcəyi  və  adamların  çox  toplaşdığı  hallarda  odlu  silahın  tətbiq  edilməsi 
qadağandır  (həmin  şəxslər  tərəfindən  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  həyatı  və 
sağlamlığı  üçün  təhlükə  törədən  silahlı  müqavimət,  silahlı  dəstə  və  digər  şəkildə  hücum 
halları istisna edilməklə).
 
80.5. Gömrük orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 81. Gö
mrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və 
ya tələblərinin icrasının məcburiliyi
 
  
81.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  gömrük  işinə  dair  qanuni 
sərəncamlarının və ya tələblərinin icrası şəxslər üçün məcburidir.
 
81.2.  Gömrük 
orqanlarının  vəzifəli  şəxslərinin  qanuni  sərəncamlarına  və  ya 
tələblərinə  tabe  olmamaq,  həmçinin  onların  vəzifələrini  yerinə  yetirməsinə  maneçilik 
törədən hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
 
  
XÜSUSİ HİSSƏ
 
  
VI BÖLMƏ
 
GÖMRÜK 
NƏZARƏTİ
 
  
FƏSİL 13
 
GÖMRÜK NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
 
  
M a d d ə
 82. 
Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi
 
  
82.1.  Bütün  şəxslər  malları  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada,  bərabər 
əsaslarla gömrük ərazisinə gətirmək və bu
 
ərazidən aparmaq hüququna malikdirlər.
 
82.2.  Bu  Məcəllədə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  heç  bir  şəxs  malları 
gömrük  ərazisinə  gətirmək  və  bu  ərazidən  aparmaq  hüququndan  məhrum  edilə  və  ya 
onun bu hüququ məhdudlaşdırıla bilməz.
 
82.3. Bu Məcəllədə
 
nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən 
və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin 
tutulma obyektləri olub
-
olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir.
 
82.4.  Gömr
ük  orqanları  gömrük  nəzarətini  həyata  keçirərkən,  bu  Məcəllənin  84
-cü 
maddəsində  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  müəyyən  edilmiş  hallar 
istisna  olmaqla,  gömrük  nəzarətinin  bu  Məcəllənin  92.2
-
ci  maddəsində  göstərilən  bütün 
formalarından istifadə etmək hüququna malikdirlər.
 
82.5.  Gömrük  sərhəd  buraxılış  məntəqələrində  bu  Məcəllənin  214
-
cü  və  215
-ci 
maddələri,  “Mülki  dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış) 
əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 
və  dövriyyədə  olmasına  xüsusi  icazə  əsasında  yol  verilən  (mülki  dövriyyəsi 
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə