Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
63.6.  On  səkkiz  yaşına  çatmayan  şəxslər  barəsində  inzibati  xətalar 
haqqında  işlərə  baxılarkən  həmin  şəxsin  qanuni  nümayəndəsinin  iştirakı 
məcburidir. 
  
Maddə 64. Hüquqi şəxsin nümayəndəsi 
  
64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər 
çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi 
onların nümayəndələri tərəfindən həyata keçirilir. 
64.2.  Hüquqi  şəxsin  rəhbəri,  habelə  etibarnamə  əsasında  hüquqi  şəxsin 
mənafelərinin  təmsil  edilməsi  həvalə  edilmiş  digər  şəxslər  hüquqi  şəxslərin 
nümayəndələri  hesab  edilirlər.  Hüquqi  şəxsin  rəhbərinin  səlahiyyəti  onun 
qulluq mövqeyini təsdiq edən sənədlə, hüquqi şəxsin digər nümayəndələrinin 
səlahiyyəti etibarnamə ilə müəyyən edilir. 
64.3.  Hüquqi  şəxs  tərəfindən  törədilmiş  inzibati  xətalar  haqqında  işlərə 
hüquqi  şəxsin  nümayəndəsinin  və  ya  vəkilinin  iştirakı  ilə  baxılır.  Həmin 
şəxslərin  iştirakı  olmadan  inzibati  xəta  haqqında  işə  yalnız  o  hallarda  baxıla 
bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə 
məlumat  olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq  haqqında  ondan  vəsatət 
daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
64.4.  İnzibati  xətalar  haqqında  işlərə  baxarkən  hakim  hüquqi  şəxsin 
nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 
  
Maddə 65. Müdafiəçi və nümayəndə 
  
65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi 
yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər 
çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. 
65.2.  Müdafiəçi  qismində  və  nümayəndə  kimi  inzibati  xəta  haqqında  iş 
üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. 
65.3. İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və 
nümayəndə  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirak  etməyə 
buraxılırlar.  Törədilmiş  inzibati  xətaya  görə  fiziki  şəxs  barəsində  inzibati 
qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
tutulduğu  vaxtdan  inzibati  xəta  haqqında  iş  üzrə  icraatda  iştirak  etməyə 
buraxılır. 
65.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır: 
65.4.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 
65.4.2. sübutlar təqdim etmək; 
65.4.3. vəsatət və etirazlar vermək
65.4.4. işin baxılmasında iştirak etmək; 
65.4.5.  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edilməsi 
tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 
65.4.6. inzibati  xəta  hadisəsinin  baş  verdiyi  yer  videomüşahidə 
vasitələrinin 
(videokameraların) 
nəzarəti 
altındadırsa, 
hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
65.4.7. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki 
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat 
nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda 
sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 
65.5.  Müdafiəçi  və  nümayəndə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  digər 
hüquqlardan da istifadə edə bilərlər. 
65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq 
edilir.  Nümayəndənin  səlahiyyəti  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. 
  
Maddə 66. Vəkilin iştirakının məcburiliyi 
  
66.1. İnzibati  qaydada  tutulan  yetkinlik  yaşına  çatmayanların, lal,  kar, 
kor, fiziki  və  ya  psixi  qüsurlarına  görə  özlərinin  müdafiə  hüququnu  həyata 
keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən 
hallarda  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin 
müdafiəçidən imtinası qəbul olunmur. 
66.2.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs 
tərəfindən  seçilmiş  vəkilin  gəlməsi  mümkün  olmadıqda,  hakim,  səlahiyyətli 
orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 
66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, 
inzibati  qaydada  tutulmuş  şəxsə  hüquqi  yardım  dövlətin  vəsaiti  hesabına 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
göstərilir.  Belə  halda  vəkil  öz  vəzifələrini  yerinə  yetirməkdən  imtina  edə 
bilməz. 
  
Maddə 67. Şahid 
  
67.1.  İnzibati  xətalar  haqqında  işlərdə  şahid  qismində  iş  üzrə  müəyyən 
edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. 
67.2.  Şahid  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  çağırışı  ilə 
göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş 
izahatını  imzası  ilə  təsdiq  etməyə,  iş  üzrə  ona  məlum  olan  məlumatları 
bildirməyə və suallara cavab verməyə borcludur. 
67.3.  Şahidin  özünə  və  yaxın  qohumlarına  qarşı  izahat  verməmək, 
tərcüməçinin  köməyindən  pulsuz  istifadə  etmək,  izahatının  doğru  yazılması 
barədə protokola müvafiq qeydlər etmək hüququ vardır. 
67.4.  On  dörd  yaşı  tamam  olmamış  şəxslər  pedaqoji  işçinin  və  ya 
psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. 
67.5.  Bilə-bilə  yalan  izahat  verməyə  görə  inzibati  məsuliyyət  haqqında 
şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış 
üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş 
qaydada inzibati məsuliyyətə cəlb edilir. 
Qeyd: Bu  maddədə  “yaxın  qohumlar”  dedikdə  -  valideynlər,  uşaqlar,  övladlığa  götürənlər, 
övladlığa götürülənlər, doğma və ögey qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa 
düşülür.
 
  
Maddə 68. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər 
  
68.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır: 
68.0.1. fiziki və ya psixi  qüsurlarına  görə  inzibati  xəta haqqında  iş  üçün 
əhəmiyyətli  olan  hadisələri  dərk  edə  bilməyən  və  onlar  haqqında  düzgün 
izahat verə bilməyən şəxs; 
68.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati 
xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin 
müdafiəçisi; 
68.0.3.  nümayəndə  (qanuni  nümayəndə)  vəzifələrini  icra  etməsi  ilə 
əlaqədar  onlara  məlum  olmuş  hallar  haqqında  fiziki  şəxsin  qanuni 
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə