WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
İnzibati xətalar
FƏSİL 20
Sağlamlıq əleyhinə olan inzibati xətalar
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı
yetirməyə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin
hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək
müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla
törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət
məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında
qanunvericiliyin pozulması
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin
tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında
və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi
asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə
edilməsinə
yönəlmiş hərəkətlərə görə-
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə
qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına
yönəlmiş hərəkətlərə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım
mərkəzlərinin akkreditasiyadan keçmədən
fəaliyyət göstərməsinə görə-
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” dedikdə, “Məişət zorakılığının qarşısının
alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa
düşülür.