WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb
olmadıqda tətbiq edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun
qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin
səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən
boyun qaçırmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun
qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş
şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin səhiyyə orqanları
tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına
görə-
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı
virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə
onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin
adının
gizlədilməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs tərəfindən
yoluxma mənbəyinin,
habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı
virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti
haqqında qanunvericiliyin pozulması
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı
xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-
etməməsi barədə düzgün məlumatın verilməməsinə görə-
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.
162.2.
Tibbi
müayinə
keçirilmədən
donordan
qanın,
qan
komponentlərinin
götürülməsinə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan
altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək
məbləğdə cərimə edilir.
162.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin
resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər
barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti
müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat
verilməməsinə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan
altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək
məbləğdə cərimə edilir.
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar
olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə-
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər
on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
FƏSİL 21
Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar
Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması
qaydalarının və müddətinin pozulması
164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının
və müddətinin pozulmasına görə-
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
WWW.RIGHTS.AZ
Sizin hüqüq bələdçiniz.
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa
çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş
teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri
nəşrlərdə
onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə
görə -
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya
namizədin seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat
materiallarının
yerləşdirilməsi
üçün
nəzərdə
tutulan yerlərdə
asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər belə
təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının
yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa
görə-
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili
orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə
və ya onları başqa üsullarla yaymağa görə-
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 167. Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin,
vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının,
referendum
üzrə
təşviqat
qrupunun
səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
hüquqlarının pozulması
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş
şəxslərin, namizədlərin, siyasi
partiyaların,
siyasi
partiyaların