Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
192.6.  İşçinin  əmək  müqaviləsinə  əmək  qanunvericiliyinin  tələbləri 
pozularaq xitam verilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
192.7.  İşəgötürən  tərəfindən  əmək  qanunvericiliyində  müəyyən  edilmiş 
müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
 
192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə 
görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç 
min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya 
mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər 
on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.
 
192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə 
yol  verilməyən  peşə  növləri  və  vəzifələr  istisna  olmaqla,  insanın 
immunçatışmazlığı 
virusuna 
yoluxması 
səbəbinə 
görə 
işə 
qəbul 
etməkdənimtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
192.11.  Şəxsin  dağınıq  skleroz  xəstə  olması  səbəbinə  görə  onunla  əmək 
müqaviləsi  bağlamaqdan  imtina  edilməsinə  və  ya  əmək  müqaviləsinə  xitam 
verilməsinə  (işəgötürənin  müvafiq  işi  (vəzifəsi)  olmadığı,  həmçinin  belə 
şəxslərin  əməyindən  istifadə  olunmasına  yol  verilməyən  iş  yerlərinə  işə 
götürməkdən imtina edilən hallar istisna olmaqla) görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu  Məcəllənin  192.1-ci  maddəsi  həmin  maddədə  göstərilən  əməllər  Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda 
tətbiq edilir.
 
  
Maddə  193. İşçini  əmək  funksiyasına  daxil  olmayan  işi  (xidməti)  yerinə 
yetirməyə məcbur etmə
 
 
 
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən 
edilmiş  güzəşt  və  imtiyazlardan  məhrum  ediləcəyi  hədə-qorxusu  ilə  işçini 
əmək  funksiyasına  daxil  olmayan  işi  (xidməti)  yerinə  yetirməyə  məcbur 
etməyə görə- 
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə 
  
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq 
imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı 
olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul 
edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması 
  
195.1.  Müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  sosial  müavinətin 
təyin  edilməsi  barədə  qərarın  qanunvericiliklə müəyyən  edilmiş  müddətdə 
çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar 
qəbul  edildikdə,  imtinanın  səbəbləri  göstərilməklə,  müraciət  edən  şəxsə 
qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə 
və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
195.2.  Müavinət  alan  şəxs  (onun  ailə  üzvləri)  tərəfindən  müavinətlərin 
ödənişinin  dayandırılmasına  səbəb  olan  hallar  barədə  müvafiq  icra 
hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük 
haqqı köçürməmə 
  
Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar 
ittifaqının  üzvü  olan  işçilərin  əməkhaqqından  mühasibatlıq  vasitəsilə 
həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 
iş  günü  müddətində  həmin  idarə,  müəssisə  və  təşkilatın  həmkarlar  ittifaqı 
təşkilatının xüsusi hesabına köçürülməməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 197. Sosial xidmət haqqında qanunvericiliyin pozulması 
  


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
197.1.  Dövlət  tərəfindən  göstərilən  sosial  xidmətə  olan  tələbatın 
qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün 
olmayan məlumatların verilməsinə görə- 
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
197.2.  Dövlət  tərəfindən  sosial  xidmət  göstərilməsinin  dayandırılmasına 
təsir  göstərən  dəyişikliklər  barədə  sosial  xidmət  göstərən  subyektlərin 
məlumatlandırılmamasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
 
197.3.  Sosial  xidmətə  tələbatı  olmayan  şəxsin  qanunsuz  və  ya  əsassız 
olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsinə və ya dövlət tərəfindən 
sosial  xidmət  göstərilməsi  üçün  əsaslar  olduqda,  şəxsin  sosial  xidmətə 
götürülməsindən imtina edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
197.4.  Sosial  xidmət  göstərilməsi  və  ya  sosial  xidmət  göstərilməsindən 
imtina  barədə  qərar  haqqında  “Sosial  xidmət  haqqında”  Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə müraciət edən şəxsə 
rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda 
imtinanın səbəblərinin göstərilməməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 
197.5.  Sosial  xidmət  göstərilməsinin  keyfiyyətini,  həcmini  və  şərtlərini 
müəyyən edən tələblərin pozulmasına görə- 
fiziki  şəxslər  əlli  manatdan  yüz  manatadək  məbləğdə,  vəzifəli  şəxslər  üç  yüz 
manatdan  altı  yüz  manatadək  məbləğdə,  hüquqi  şəxslər  min  manatdan  min  beş  yüz 
manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması 
  
198.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 
198.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların 
tələblərinə əməl edilməməsinə; 
198.0.2.  binaların,  qurğuların,  avadanlığın  və  texnoloji  proseslərin 
təhlükəsizliyinə riayət edilməməsinə
198.0.3.  bilavasitə  iş  yerlərinin  sağlam  sanitariya-gigiyena  şəraitinin  və 
əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 
198.0.4.  işçilərə  lazımi  sanitariya-məişət  və  müalicə-profilaktika 
xidmətinin təşkil edilməməsinə; 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə