Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

358 
 
538.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət 
tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini 
təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə - 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanının göstərişlərinin yerinə yetirilməməsi 
 
539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və 
işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən 
müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının 
dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına 
dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli 
şəxslərinin iş yerlərinə buraxılmamasına görə-  
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə 540. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, 
hesabatın verilməməsi 
 
540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən 
çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən 


359 
 
olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi 
məlumatın verilməməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.  
540.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın 
göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya 
işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə 
görə- 
altmış manat məbləğində cərimə edilir.  
 
Maddə  541. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanının tələblərinin 
yerinə yetirilməməsi 
 
Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə 
yetirilməməsinə görə- 
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə
vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanının tələblərinin 
yerinə yetirilməməsi 
 
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə 
görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə 
törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması 
və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz 
təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanının qərarlarının yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir. 


360 
 
 
Maddə 543. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət 
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanının qərarlarının yerinə yetirilməməsi 
 
Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların 
təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanının texniki yoxlamanın nəticələri barədə 
qərarlarının yerinə yetirilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
 
 
 
Maddə 544. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının 
pozulmasının aradan qaldırılması haqqında tələblərin 
yerinə yetirilməməsi 
 
544.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən 
qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin 
keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə 
səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin 
şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.  
544.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının 
pozulmasının aradan qaldırılması haqqında istehlakçıların 
hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə 
yetirməməyə görə- 
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.   


361 
 
 
Maddə 545. Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti 
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə 
yetirilməməsi 
 
Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının 
vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 546. Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti      
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi 
 
Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli 
şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  547. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin 
müvafiq təqdimatlarının icra edilməməsi 
 
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə 
dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank 
hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının 
xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə 
görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
 
Maddə  548. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə