AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
ÜMUMİ HİSSƏ
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
FƏSİL 1
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR
QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi
bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına,
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsaslanır.
1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş
şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu
Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.
Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin vəzifələri
2
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin
vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların
sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai
mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai
qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını
qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati
xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 3. İnzibati məsuliyyətin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın
törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün
digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi)
törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin prinsipləri
Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına
hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik,
təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının
alınması prinsiplərinə əsaslanır.
Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına
hörmət edilməsi prinsipi
3
5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə
malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün
dövlət orqanları (vəzifəli şəxslər) məsuliyyət daşıyırlar.
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və
azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən
pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını
təmin edir.
5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin
olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan
qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir.
Maddə 6. Qanunçuluq prinsipi
6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun
olaraq tətbiq edilir.
6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması
tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması
yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və
prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.
6.3. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi
7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq
qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş
4
əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati
məsuliyyətdən azad oluna bilməz.
7.2. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun
arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə
üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanunu ilə tənzimlənir.
7.3. Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən,
təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati
məsuliyyətə cəlb edilirlər.
Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta
yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı
ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini
sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması
barəsində şübhələr onun xeyrinə həll edilir.
Maddə 9. Ədalətlilik prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh
ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun
5
törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin
şəxsiyyətinə uyğun olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati
məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə
şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı
törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi
Dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının
alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və
şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq
şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan
Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə
olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.
Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında
işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə
qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya
onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır,
yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş,
Dostları ilə paylaş: |