Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə93/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   90   91   92   93   94   95   96   97   98

370 
 
 
Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, 
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün 
sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə- 
otuz manat məbləğində cərimə edilir.   
 
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin 
şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz 
alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına 
qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi)  
qaydalarının pozulması 
 
567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya 
pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina 
edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə 
tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların 
verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət 
vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində 
süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov 
götürülməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin 
verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün 
qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb 
edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol 
verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən 
(dəyişdirilməsindən)  əsassız imtina edilməsinə, verilməsi 
(dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə 
tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət 
sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol 


371 
 
verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə 
onun verilməsi qaydalarının pozulmasına görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 568. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza 
verilməsi, Azərbaycan Respublikasının ərazisində 
onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti 
olma müddətinin uzadılması, onlara müvəqqəti və ya 
daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi 
(müddətinin uzadılması) qaydalarının pozulması 
 
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, 
Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə 
qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara 
müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin 
verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında 
süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının 
Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb 
edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə 
görə - 
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək 
hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması 
 
Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan 
Respublikasına gəlmək hüququnun qanunsuz olaraq 
məhdudlaşdırılmasına görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  570. Sərhədboyu rejiminin pozulması 
 


372 
 
570.1. Sərhədboyu zonaya daxilolma və ya orada yaşama 
qaydalarının pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli 
manatadək məbləğdə cərimə edilir.  
570.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu 
zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan 
və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla 
təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına 
və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə- 
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək 
məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər 
dənizinin Azərbaycan Respublikasına mənsub olan 
bölməsində) sərhədboyu rejiminin pozulması 
 
Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd 
çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin 
Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, 
ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz 
başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, 
saxlanması, onların yanalma körpülərindən dəniz və digər 
sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması 
qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya 
belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla 
ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata 
keçirilməsinə görə - 
gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya 
edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli 
manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı 
yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 


373 
 
Maddə 572. Azərbaycan Respublikasının dövlət sərhədinin 
buraxılış məntəqələrində rejimin pozulması 
 
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış 
məntəqələrində rejimin pozulmasına görə- 
vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə 
edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq 
edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək 
məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarılır.   
 
Maddə 573. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), 
hava limanlarında və digər dövlət sərhədinin buraxılış 
məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların 
qanunsuz olaraq götürülməsi 
 
573.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava 
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində 
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli 
şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri 
tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ 
hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, 
xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların 
protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz 
olaraq götürülməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
573.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava 
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində 
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə