Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi


  Tələblərə uyğunluğun qiymətləndirilməsi



Yüklə 286,91 Kb.
səhifə31/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   27   28   29   30   31   32   33   34   ...   152
844-2015

6  Tələblərə uyğunluğun qiymətləndirilməsi

            6.1          Ümumi

Məhsulların bu sənədin tələblərinə cavab verib-verməməsi aşağıdakılar vasitəsilə müəyyən edilir: ilkin növ sınağı və istehsalçı tərəfindən istehsala nəzarət.

         6.2          İlkin növ sınaqları

Növ sınaqları məhsul istehsal olunan kimi aparılır. Əgər eyni tərkibdən eyni nominal qalınlıqlı və eyni istehsal metodu ilə bir neçə formatda və ya ölçüdə məhsullar istehsal olunursa, növ sınaqları hər bir nominal qalınlığın bir ölçüsü üzrə aparılmalıdır.

6-cı Cədvəldə verilən bütün xüsusiyyətlər üzrə ilkin növ sınağı keçirilir. Xarici yanğın təsirlərinə “Qənaətbəxş” hesab edilmiş məhsulların və A1 sinfinin məhsullarının yanğına reaksiyası sınaqdan keçirilmir. 

Mexaniki xarakteristika adətən sıxılan üst səthdə sınaqdan keçirilir. Əgər əhəmiyyətli fərqlərin ola biləcəyinin ehtimal edildiyi və ya dizayn məqsədləri üçün gərək olduğu təqdirdə, üst səth və alt səthin sınaqları arasında əlaqənin müəyyənləşdirilməsi tələb olunarsa, qüvvə alt səthə tətbiq edilir. Alt səthin sınaqdan keçirilməsinin nəticələri təsnifat üçün uyğun deyil. 

İlkin növ sınağı bu sənədin tələblərinə əməl edilib-edilməməsini müəyyənləşdirmək üçün aparılır. Bu sənədin müddəaları əsasında əvvəllər aparılmış sınaqlar (eyni məhsul, eyni xarakteristika, sınaq metodu, nümunə götürülməsi proseduru, uyğunluğun təsdiqlənməsi və s.) nəzərə alına bilər.  Bundan başqa, ilkin növ sınağı yeni məhsulun və ya məhsulun tərkibi və ya istehsal metodunda edilmiş əhəmiyyətli dəyişikliyin təsdiqlənməsi məqsədilə həyata keçirilə bilər ki, bu cür dəyişikliyin səbəb olacağı təsirlər əvvəlki təcrübə əsasında qabaqcadan proqnozlaşdırıla bilməz. 

Bütün növ sınaqlarının nəticələri istehsalçı tərəfindən qeydə alınmalı və sınağın aid olduğu məhsulların istehsaldan çıxarılmasından sonra ən azı beş il müddətində saxlanılmalıdır. 

Fibrosement lövhənin dizaynı, xammal və ya komponentlərin təchizatçısı və ya istehsal prosesi dəyişdirildikdə, müvafiq xarakteristikanın müəyyən edilməsi məqsədilə bu cür növ sınaqları həyata keçirilməlidir.




Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə