Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə29/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   25   26   27   28   29   30   31   32   ...   152
844-2015

5.3.3.3   Əyilmə anı

7.3.2.2 bəndi əsasında sınaqdan keçirildikdə, lövhələrin qırılmasında hər uzunluğa düşən minimal əyilmə anı Cədvəl 4-də müəyyən edilir.



Cədvəl 4. Minimal əyilmə anı

 

 

Qırılma zamanı uzunluğun hər metrinə düşən minimum əyilmə anı

Kateqoriya

h (mm)

(Nm/m)

 

 


 

 


uzunluq > 0,9 m

uzunluq ≤ 0,9 m

 

 


 

 


Sinif X                       Sinif Y

 

 


A

15 -30

40

30

25

B

25 - 45

55

40

30

C

40 - 80

55

40

30

D

60 - 120

55

45

40

E

90 - 150

55

45

-

QEYD:   A kateqoriyasında minimal əyilmə anı 20 Nm/m olan xüsusi Z sinfi vardır

 


5.3.3.4 Zərbəyə davamlılıq

Tələb olunduğu hallarda, zərbəyə davamlılıq EN 15057 standartı əsasında müəyyən edilir.



5.3.4 Sukeçirməməzlik

7.3.3 bəndi üzrə sınaqdan keçirildikdə, lövhələrin alt tərəfində yaş izlər yarana bilər, lakin heç bir halda orada su damcıları əmələ gələ bilməz.



5.4  Davamlılıq tələbləri

5.4.1    Ümumi

Mexaniki və material xüsusiyyətləri adətən satışa hazır məhsullar üçün müəyyən olunur. Nəticələr üzlənmiş və ya üzlənməmiş matreiallar üçün müəyyən oluna bilər. 5.4.2 və 5.4.3 bəndlərində nəzərdə tutulan sınaqlarda üzlük materialın rolu məhsulun qiymətləndirilməsi zamanı nəzərə alınmır.  



           5.4.2   Donma-ərimə

                5.4.2.1       Donma-ərimə — Profillənmiş fibrosement lövhələr

7.4.1 bəndi əsasında sınaqdan keçirildikdə, 100 donma-ərimə dövründən sonra fibrosement lövhənin 7.4.1.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.



                5.4.2.2       Donma-ərimə — Fibrosement fitinqlər

7.4.3 bəndi əsasında sınaqdan keçirildikdə, hər hansı görünən dəyişiklik istifadəyə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.



           5.4.3   Bərk istiyə-yağışa davamlılıq

7.4.2 bəndi əsasında sınaqdan keçirildikdə, 50 isti-yağış dövründən sonra fibrosement lövhələrdə hər hansı görünən çatlar, delaminasiya və ya digər qüsurlar onların istifadə edilmə qabiliyyətinə təsir edəcək dərəcədə olmur.   

(a)    Sukeçirməməzlik 5.3.4 bəndinə əsasən qiymətləndirilir.

(b)   Deformasiya və əyilmə vizual olaraq qiymətləndirilir.



          5.4.4    İsti su

7.3.4 bəndi əsasında sınaqdan keçirildikdə, 56 gün ərzində temperaturu 60°C təşkil edən suya salınmadan sonra fibrosement lövhənin 7.3.4.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.



           5.4.5    İslanma-quruma

7.3.5 bəndi əsasında sınaqdan keçirildikdə, 50 islanma-quruma dövründən sonra, fibrosement lövhənin 7.3.5.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.  



                 QEYD: RL= > 0,7 göstəricisi islanma/quruma, isti su və donma/ərimə üçün olan sınaqlar zamanı müəyyən edilən hiqrotermik qüvvələrin ciddiliyini nəzərə alır. Təcrübələr göstərir ki, bu tələbə cavab verən məhsullar nəzərdə tutulan istifadə şərtlərinə uyğundurlar.


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə