131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3
gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət qeydiyyatına alındığı ərazi üzrə
müvafiq icra hakimiyyəti orqanına
uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti
orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına
göndərməlidir. (
5
)
Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları
132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:
132.1.1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə
yetirmədikdə;
132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;
132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.
132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa
götürməni ləğv edə bilər.
Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar
Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa
götürülən 14 yaşına çatmış uşaq və
müvafiq icra hakimiyyəti orqanı
tələb edə bilər.
Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri
134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına
münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların
övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə
qohumlara bərabər tutulurlar.
134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və
əmlak hüquq və vəzifələrini itirirlər.
134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə, əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər
qadındırsa,—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.
134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin
atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə
şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Ölən valideynin qohumlarının
övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata
keçirilir.
134.5. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində övladlığa götürülənin
valideynlərindən biri və ya ölmüş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd
olunur.
134.6. Bu Məcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələr övladlığa
götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun valideynləri qismində yazılmasından
asılı olmadan yaranır.
134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa
götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi
bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa
olunur.
134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.
134.9. Bu halda uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun
mənafeyinə ziddirsə, uşaq
müvafiq icra hakimiyyəti orqanının
himayəsinə verilir.
134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da
həll edir.
134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər.
134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci maddələrində qeyd
edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi haqqında qətnamə qəbul edə
bilər.
134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə
qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı)
dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu
(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə
qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun olaraq yenidən uçota alınır və
müəyyən olunmuş qaydada yerləşdirilir. (
5
)
Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi
Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən,
övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik
hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab
edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.
XX fəsil. Uşaqlar üzərində qəyyumluq və himayə
Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar
136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi)
onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması
məqsədi ilə müəyyən olunur.
136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin
edilir.
136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının
mülki qanunvericiliyi ilə müəyyən edilir.