Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   17   18   19   20   21   22   23   24   25

131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3 

gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət qeydiyyatına alındığı ərazi üzrə 

müvafiq   icra   hakimiyyəti   orqanına

  uşağın   yaşadığı   (olduğu)   yer   üzrə   müvafiq   icra   hakimiyyəti  



orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan  

şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına  

göndərməlidir. (

5

)



Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları 

132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

132.1.1.   övladlığa   götürənlər   onlara   həvalə   edilmiş   valideynlik   vəzifələrini   yerinə 

yetirmədikdə;

132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa 

götürməni ləğv edə bilər.

Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar 

Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa 

götürülən 14 yaşına çatmış uşaq və 

müvafiq icra hakimiyyəti orqanı

 tələb edə bilər.

Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri 

134.1.   Övladlığa   götürülənlər   və   onların   övladları   övladlığa   götürənlərə   və   onların   qohumlarına 

münasibətdə,   eləcə   də övladlığa  götürənlər   və  onların  qohumları   övladlığa   götürülənlərə  (onların 

övladlarına)   münasibətdə   öz   şəxsi   qeyri-əmlak   və   əmlak   hüquq   və   vəzifələrinə   görə   mənşəcə 

qohumlara bərabər tutulurlar.

134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və 

əmlak hüquq və vəzifələrini itirirlər.

134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə, əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər 

qadındırsa,—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.

134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin 

atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə 

şəxsi   qeyri-əmlak   və   əmlak   hüquq   və   vəzifələri   saxlanıla   bilər.   Ölən   valideynin   qohumlarının 

övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata 

keçirilir.

134.5.   Uşağın   övladlığa   götürülməsi   haqqında   məhkəmənin   qətnaməsində   övladlığa   götürülənin 

valideynlərindən biri və ya ölmüş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd 

olunur.

134.6. Bu Məcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələr övladlığa 




götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun valideynləri qismində yazılmasından 

asılı olmadan yaranır.

134.7.   Məhkəmə   övladlığa   götürülməni   ləğv   etdikdə,   övladlığa   götürülmüş   uşağın   və   övladlığa 

götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi 

bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa 

olunur.


134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

134.9.   Bu   halda   uşağın   valideynləri   olmadıqda,   yaxud   uşağın   valideynlərinə   qaytarılması   onun 

mənafeyinə ziddirsə, uşaq 

müvafiq icra hakimiyyəti orqanının

 himayəsinə verilir.

134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da 

həll edir.

134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər.

134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin  76—78-ci maddələrində  qeyd 

edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi haqqında qətnamə qəbul edə 

bilər.

134.13. Azərbaycan  Respublikasının  vətəndaşı   olan  uşağın  əcnəbilər   və  ya  vətəndaşlığı   olmayan  

şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı  

beynəlxalq   müqavilələrdə   ayrı   qayda   nəzərdə   tutulmamışdırsa,   müvafiq   icra   hakimiyyəti   orqanı  

Azərbaycan   Respublikasının   vətəndaşı   olan   uşağın   Azərbaycan   Respublikasının   ərazisinə  

qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı)  

dövlətin   qanunvericiliyinə   uyğun   yerləşdirilməsi   məqsədilə   övladlığa   götürənin   vətəndaşı   olduğu  

(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə  

qaytarılan   uşaq   bu   Məcəllənin   114-116-cı   maddələrinə   uyğun   olaraq   yenidən   uçota   alınır   və  

müəyyən olunmuş qaydada yerləşdirilir. (

5

)



Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi 

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, 

övladlığa   götürülən   və   övladlığa   götürülənin   valideynləri   (valideynlər   sağdırsa,   valideynlik 

hüquqlarından  məhrum   olunmamışdırsa,   məhkəmə   tərəfindən   fəaliyyət   qabiliyyəti   olmayan  hesab 

edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

XX fəsil. Uşaqlar üzərində qəyyumluq və himayə

Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar 

136.1.   Qəyyumluq   və   himayə   valideynlərini   itirmiş   uşaqlara   (bu   Məcəllənin   114.1-ci   maddəsi) 

onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması 

məqsədi ilə müəyyən olunur.

136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin 

edilir.


136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının 

mülki qanunvericiliyi ilə müəyyən edilir.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə