Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

övladlığa verilə bilərlər.

117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan  

şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol  

verilir. (

5

)



Maddə 118. Övladlığa götürmə qaydası 

118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında 

məhkəmə   tərəfindən   həyata   keçirilir.   Məhkəmədə   övladlığa   götürmə   barədə   işə  

müvafiq   icra 

hakimiyyəti orqanının

  iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat 

qaydasında baxılır.

118.2.   Övladlığa   götürənlərin   və   övladlığa   götürülən   uşaqların   hüquq   və   vəzifələri   məhkəmənin 

uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi 

gündən yaranır.

118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün 

müddətində bu qətnamədən çıxarışı 

müvafiq icra hakimiyyəti orqanına

 göndərməyə borcludur.

118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən 

olunmuş qaydada qeydiyyata alınır.

118.5.   Hər   hansı   şərtlər   altında,   hər   hansı   müddətə   və   ya   nümayəndələr   vasitəsi   ilə   övladlığa 

götürmək yolverilməzdir.

118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  

tərəfindən   övladlığa   götürüldükdə,   övladlığa   götürənlərə   hüquqi   yardım   akkreditə   edilmiş   orqan  

tərəfindən həyata keçirilir.

118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (

5

)



Maddə 119. Övladlığa götürülən uşaqların və övladlığa götürməyi arzu edən şəxslərin uçotu 

119.1. Övladlığa götürülən uşaqların uçotu bu Məcəllənin 115.5-ci maddəsində müəyyən olunmuş 

qaydada həyata keçirilir.

119.2. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu  

müvafiq icra hakimiyyəti orqanının 

müəyyən etdiyi qaydada həyata keçirilir.

119.3.   Azərbaycan   Respublikasının   vətəndaşı   olan   uşaqların   övladlığa   götürülməsini   arzu   edən 

əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   uçotu  

müvafiq   icra   hakimiyyəti   orqanı

  tərəfindən 

aparılır.

Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər 

120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa 

götürən ola bilərlər:

120.1.1.   məhkəmə   tərəfindən   fəaliyyət   qabiliyyəti   olmayan   və   ya   məhdud   fəaliyyət 




qabiliyyətli hesab edilən şəxslər;

120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik 

hüquqları məhdudlaşdırılmış şəxslər;

120.1.3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi 

vəzifələrindən kənarlaşdırılmış şəxslər;

120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;

120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

120.2. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin 

siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən olunur.

120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.



Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi 

121.1. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az 

olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.

121.2. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə 

tutulmuş yaş fərqinin olması tələb edilmir.

Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı 

122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız 

valideynlərinin   razılığı   ilə   övladlığa   götürülə   bilər.   Yetkinlik   yaşına   çatmayan   valideynlərin 

uşaqlarının  övladlığa  götürülməsi  zamanı  həmin valideynlərin  qəyyumlarının  (himayəçilərinin) və 

valideynlərinin   razılığı,   valideynlər,   qəyyumlar   və   himayəçilər   olmadıqda   isə  

müvafiq   icra 

hakimiyyəti orqanının

 razılığı tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı 

razılığı   notariat   qaydasında,   valideyn   himayəsindən   məhrum   olan   uşağın   yerləşdiyi   müəssisənin 

rəhbəri   və   ya   övladlığa   götürmənin   həyata   keçdiyi   yer,   yaxud   valideynlərin   yaşadığı   yer   üzrə 

qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa 

götürmə zamanı şifahi olaraq verilə bilər.

122.2. Valideynlər  övladlığa  götürmə  barədə məhkəmə  qətnaməsi  qəbul edilənədək  öz uşaqlarını 

övladlığa vermək barədə razılığı geri götürə bilərlər.

122.3. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə 

razılıq verə bilərlər.

122.4. 

Müvafiq icra hakimiyyəti orqanı



 Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan  

Respublikasının   vətəndaşları   tərəfindən   övladlığa   götürüldüyü   zaman   məhkəməyə,   əcnəbilər   və  

vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış  

yerindən   asılı   olmayaraq   uşağın   öz   qohumları   tərəfindən   övladlığa   götürülməsinin   qeyri-

mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına  övladlığa 

götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Uşağın ögey ata (ögey ana) 

tərəfindən övladlığa götürüldüyü hallarda bu cür rəy tələb olunmur. (

5

)



Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə 


Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə