Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı 

borc   tutulduğu   vaxtda   Azərbaycan   Respublikası   üzrə   orta   əmək   haqqına   görə   müəyyən   edilir. 

Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin 

tərəf   məhkəməyə  müraciət  edə   bilər.  Bu  halda  məhkəmə   tərəflərin  maddi  və   ailə   vəziyyətini   və 

diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə 

bilər.


106.5. Icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər 

biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə 

bilər. (

16

)



Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə 

107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən 

azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər 

üzrlü   səbəblərə   görə   əmələ   gəldiyini,   ailə   və   maddi   vəziyyətinin   bu   borcları   ödəməyə   imkan 

vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.



Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət 

108.1. Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə 

borclar yarandıqda, təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar 

yarandıqda,   təqsirkar   şəxs   aliment   alana   ödənilməmiş   alimentin   məbləğinin   faizi   miqdarında 

ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.

108.3.   Aliment   alan   həmçinin   aliment   öhdəliklərinin   vaxtında   yerinə   yetirilməməsi   nəticəsində 

yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.



Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi 

109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.

109.2. Aşağıdakı hallar istisna olmaqla alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz:

109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə 

və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin 

saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim 

edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik 

yaşına çatan  fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin nümayəndəsi  tərəfindən  edilmişsə,  aliment  geri 

tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar 

nümayəndədən tutulur.



Maddə 110. Alimentin indeksasiyası 

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan 

təşkilatın   müdiriyyəti   tərəfindən   müəyyən   olunmuş   minimum   əmək   haqqı   məbləğinin   artımına 

mütənasib olaraq müəyyən edilir.

110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş 

minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.



Maddə 111. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə aliment tutulması 

111.1. Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə 

uyğun   olaraq   qanunla   saxlamağa   borclu   olduğu   ailə   üzvləri   ilə   aliment   ödənilməsi   barədə   saziş 

bağlaya bilər.

111.2.   Aliment   ödənilməsi   barədə   saziş   olmadıqda,   maraqlı   şəxslər   məhkəməyə   müraciət   edərək 

aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə onun birdəfəlik üsul ilə ödənilməsini və ya 

alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə 

bilərlər.



Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən 

azadetmə 

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən 

olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə 

tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment 

ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən 

azad edə bilər.

112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı 

qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün 

aliment tutulması barədə tələbi rədd edə bilər.

Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi 

113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən 

birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam 

verilir.


113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

113.2.1.   uşaq   yetkinlik   yaşına   çatdıqda   və   ya   yetkinlik   yaşına   çatmamış   tam   fəaliyyət 

qabiliyyəti əldə etdikdə;

113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;

113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin 

bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə